Dünən, bu gün, sabah (film, 1963)

"Dünən, bu gün, sabah" (it. Ieri, oggi, domani) — rejissor Vittorio de Sikanın üç hissəli filmi.[5]

Dünən, bu gün, sabah
it. Ieri, oggi, domani
Janr komediya filmi
Əsas mövzu fahişəlik, Aldatmaq
Rejissor
Prodüserlər
Baş rollarda
Distribütor Netflix
İlk baxış tarixi 21 dekabr 1963[4]
Mükafatları Ən yaxşı xarici dildə filmə görə "Oskar" mükafatı
Müddət 118 dəq.
Ölkələr
Dil italyan dili
Rəng rəngli
Çəkiliş yeri Roma, Milan
IMDb ID0057171
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmun[redaktə | mənbəni redaktə et]

Film 3 hissədən ibarətdir.

Birinci hissə "Adelina" adlanır. Eduardo de Filippo tərəfindən yazılıb. Bu əhvalat Neapoldakı ispan məhəlləsində həqiqətən baş vermişdir. Qaçaqmal siqaret satıcısı Adelina Sbaratti həbsdən xilas olmaq üçün hər dəfə ana olur. Yeddinci uşağın doğulmasından sonra bu əzablardan bezmiş Adelina əri Karmin haqqında fikirləşir. O, başa düşür ki, Karmi onu böyük işgəncədən xilas edib.

İkinci hissə "Anna" adlanır və Alberto Moravia tərəfindən yazılıb. Bu əhvalat Milandan olan varlı xanım haqqındadır. Onun ciddi bir kişi ilə sevgi intriqaları var. Anna Renso ilə qaçmağa da hazırdır, lakin onlar az qala yolda dayanmış uşağı vuracaqdılar. Bundan qaçan Renso Annanın sevimli Rolls-Roysunu başa tərəfə çırpır. Olmuş hadisə həm Rensonu, həm də Annanı münasibətlərinə başqa tərəfdən baxmağa imkan verir.

Üçüncü hissə Çezare Zavattininin yazdığı "Mara"dır. Romada yaşayan gözəl fahişə haqqındadır. Mara ona vurulan ruhani seminariyasının tələbəsilə qonşudur. Əvvəl bu, Maranı əyləndirir, amma seminariya tələbəsinin təhsilini davam etdirmək istəməməsindən sonra o, öz səhvini başa düşür.

Film haqqında[redaktə | mənbəni redaktə et]

  • "Adelina" hissəsinin müəllifi əhvalatı real həyatdan götürüblər. Bu əhvalat qaçaqmalçı Konçetta Mukkardinin başına başına gəlmişdi. Həbsxanaya düşməmək üçün o, 19 dəfə hamilə qalmış və 7 oğul dünyaya gətirmişdi. Konçetta qaçaqmal siqaretlərini ölümünə qədər satdı. Həmin qadın 21 noyabr 2001-ci ildə 78 yaşında vəfat etmişdi.
  • Filmin "Mara" hissəsinin ən yaddaqalan epizodu müştərisi Ruskoninin qabağında Maranın striptiz göstərməsi səhnəsidir. Bu səhnə 30 ildən sonra Robert Oltmenin "Yüksək dəb" filmində yenidən təqdim olunmuşdur.

Mükafatlar və nominasiyalar[redaktə | mənbəni redaktə et]

Mükafatlar[redaktə | mənbəni redaktə et]

1964-cü ilin "Oskar" mükafatı:[redaktə | mənbəni redaktə et]

Xarici dildə ən yaxşı filmə görə

1964-cü ilin "Devid di Donatello" mükafatı:[redaktə | mənbəni redaktə et]

Ən yaxşı aktyor – Marçello Mastroyanni
Ən yaxşı aktrisa – Sofi Loren
Ən yaxşı quruluş

1965-ci ilin "BAFTA" mükafatı:[redaktə | mənbəni redaktə et]

Ən yaxşı xarici aktyor – Marçello Mastroyanni

Nominasiyalar[redaktə | mənbəni redaktə et]

1964-cü ilin "Qızıl Qlobus" mükafatı:[redaktə | mənbəni redaktə et]

Samuel Goldwyn Award

Filmin heyəti[redaktə | mənbəni redaktə et]

Film üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: İzabella Kuarantotti, Eduardo de Filippo, Çezare Zavattini
Rejissor: Vittorio de Sika
Operator: Cüzeppe Rotunno
Bəstəkar: Armando Trovayoli
Prodüser: Karlo Ponti

Rollarda[redaktə | mənbəni redaktə et]

"Adelina"[redaktə | mənbəni redaktə et]

Sofi Loren – Adelina Sbaratti
Marçello Mastroyanni – Karmin Sbaratti
Aldo Quffre – Paskuale Nardella
Aqostinyo Salvetti – həkim Veraçe
Lino Mattera – Amedio Skapisi
Tekla Skarano – Veraçenin bacısı
Silviya Monelli – Elvira Nardella
Karlo Krokkolo
Paskuale Çennamo
Antonio Çançi

"Anna"[redaktə | mənbəni redaktə et]

Sofi Loren – Anna Molteni
Marçello Mastroyanni – Renso
Armando Trovayoli

"Mara"[redaktə | mənbəni redaktə et]

Sofi Loren – Mara
Marçello Mastroyanni – Auqusto Ruskoni
Tina Pika
Covanni Ridolfi
Cenaro di Qreqorio

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. http://www.imdb.com/title/tt0057171/.
  2. 1 2 3 http://www.cinematografo.it/cinedatabase/film/ieri-oggi-domani/9658/.
  3. 1 2 http://www.imdb.com/title/tt0057171/fullcredits.
  4. IMDb (ing.). 1990.
  5. "NY Times: Yesterday, Today and Tomorrow". The New York Times. 2012-10-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 19 avqust 2016.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]