"Dünən, bu gün, sabah" (it. Ieri, oggi, domani) — rejissor Vittorio de Sikanın üç hissəli filmi.[5]
Dünən, bu gün, sabah | |
---|---|
it. Ieri, oggi, domani | |
Janr | komediya filmi |
Əsas mövzu | fahişəlik, Aldatmaq |
Rejissor | |
Prodüserlər | |
Baş rollarda | |
Distribütor | Netflix |
İlk baxış tarixi | 21 dekabr 1963[4] |
Müddət | 118 dəq. |
Ölkələr | |
Dil | italyan dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Roma, Milan |
IMDb | ID0057171 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Film 3 hissədən ibarətdir.
Birinci hissə "Adelina" adlanır. Eduardo de Filippo tərəfindən yazılıb. Bu əhvalat Neapoldakı ispan məhəlləsində həqiqətən baş vermişdir. Qaçaqmal siqaret satıcısı Adelina Sbaratti həbsdən xilas olmaq üçün hər dəfə ana olur. Yeddinci uşağın doğulmasından sonra bu əzablardan bezmiş Adelina əri Karmin haqqında fikirləşir. O, başa düşür ki, Karmi onu böyük işgəncədən xilas edib.
İkinci hissə "Anna" adlanır və Alberto Moravia tərəfindən yazılıb. Bu əhvalat Milandan olan varlı xanım haqqındadır. Onun ciddi bir kişi ilə sevgi intriqaları var. Anna Renso ilə qaçmağa da hazırdır, lakin onlar az qala yolda dayanmış uşağı vuracaqdılar. Bundan qaçan Renso Annanın sevimli Rolls-Roysunu başa tərəfə çırpır. Olmuş hadisə həm Rensonu, həm də Annanı münasibətlərinə başqa tərəfdən baxmağa imkan verir.
Üçüncü hissə Çezare Zavattininin yazdığı "Mara"dır. Romada yaşayan gözəl fahişə haqqındadır. Mara ona vurulan ruhani seminariyasının tələbəsilə qonşudur. Əvvəl bu, Maranı əyləndirir, amma seminariya tələbəsinin təhsilini davam etdirmək istəməməsindən sonra o, öz səhvini başa düşür.