Dünyanın 7 möcüzəsi

Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli.[1] Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı.

7-Möcüzənin siyahısı

[redaktə | mənbəni redaktə et]
Möcüzə Yer Şəkil
Xeops ehramı Cizə, Misir
Semiramidanın (Babilin) asma bağları Əl-Hilləh, İraq
Olimpdə Zevsin heykəli Olimpiya, Yunanıstan
Artemida məbədi İzmir, Türkiyə
Rodoslu Koloss heykəli Rodos, Yunanıstan
İsgəndəriyyə mayakı İsgəndəriyyə, Misir
Halikarnas (Yunanıstan)

mavzoleyi

Bodrum, Türkiyə
border=none Əsas məqalə: Xeops ehramı

E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi.[2]

Semiramidanın (Babilin) asma bağları

[redaktə | mənbəni redaktə et]

Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi. Bu bağların salınmasını e.ə. əsrdə padşah II Navuxodonosor sevgili arvadı, Midiya şahzadəsi Semiramidanın vətəni Midiyanın həsrətini çəkməməsi üçün əmr etmişdi. Bağlar tağları 25 metrlik sütunlara söykənən, pillə-pillə qalxıb, əlvan daşlardan hörülmüş əydəmli pilləkənlər, bir-biri ilə birləşən dörd yarusdan ibarət idi. Bağların meydançasında yastı daşlar, qır qarışıqlı, qurğuşun təbəqəli bir qat qamış döşənmişdi ki, su aşağıdakı mərtəbələrə keçməsin. Hər yarusda iri ağacın yetişə biləcəyi qədər qalın torpaq qatı salınmış, şimaldan nadir bitki və kol toxumu, ağac tingləri gətirilmişdi. Beləliklə, II Navuxodonosor arvadına olan sevgisini sübut edir və bu bağlar "Semiramidanın asma bağları" adı ilə məşhurlaşıb, tarixin yaddaşında daşlaşır. Belə bir maraqlı fikir də var ki, Semiramida adını daşıyan bu bağlarda heç vaxt yaşamayıb. Bağlar müasir dövrə gəlib çatmayaraq, yerləşdiyi şəhər ilə birlikdə məhv olub gedir.[3]

Hollandiyalı rəssam Marten van Hemskerk tərəfindən təsvir edilən, dünyanın yeddi möcüzəsi haqqında olan rəsm əsərlərinin kolajı.

Olimpdə Zevsin heykəli

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Olimpdə Zevsin heykəli

Zevs heykəli e.ə 430-cu illərdə qədim yunanların baş ilahı Zevsin şərəfinə Olimpiyadakı Zevs məbədi üçün heykəltaraş Fidi tərəfindən hazırlanmışdı. Antik müəlliflərin məlumatına görə, Zevs qızıl və fil sümüyü ilə bəzədilmiş taxtda əyləşmişdi. Onun gövdəsinin yuxarı hissəsi çılpaq, aşağı hissəsi isə zəngin paltara bürünmüşdü. Zevsin bədəni və başı ağacdan düzəldilmiş və üzəri fil sümüyü ilə örtülmüşdü. Zevsin bir əlində Nika – qələbə ilahəsinin heykəli, o biri əlində isə Zevsin müqəddəs quşu – qartalın təsviri ilə bəzədilmiş jezl – hökmdarlıq əsası var idi. Zevsin başını qızıldan düzəldilmiş zeytun yarpaqlarından ibarət çələng bəzəyirdi. Zevs məbədinin içində olan heykəl, məbədə çətinliklə sığırdı, hətta oturaq vəziyyətdə təsvir edilən Zevs, ayağa qalxsa məbədin tavanı yıxılacaqmış kimi dayanırdı. Heykəlin oturdulduğu döşəmə 6,5 metr genişliyində və 1 metr hündürlükdə, heykəlin özü isə 12 metr hündürlükdə idi. Üzərində qədim yunan tanrıları və sfinks kimi mistik heyvan fiqurları təsvir edilmişdi. Heykəlin dərisi fil dişindən, saqqalı, saçları və paltarı isə qızıldan idi.

391-ci ildə Roma imperatoru Diokletian (284–305) tərəfindən olimpiada oyunlarının qadağan edilməsi nəticəsində Zevs məbədinə olan maraq azaldı. Varlı bir yunan tərəfindən Konstantinopola gətirilən heykəl, 462-ci ildə baş verən böyük bir yanğında tamamilə yox olmuşdur. Daha sonra 1829-da Olimp dağında heykələ aid bəzi parçalar tapılıb Fransaya aparılmış və Parisdəki Luvr Muzeyində sərgilənməyə başlanmışdır.

Artemida məbədi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Artemida məbədi

Qərbi Anadolunun qədim şəhəri Efesdə yerləşən məbədin təməlləri e.ə VII əsrə kimi gedib çıxır. Məbəd yunan mifologiyasında ay, ov və vəhşi təbiət ilahəsi Artemidanın şərəfinə yox, Efesin bəzən Diana da adlanan bərəkət və doğruluq ilahəsi Artemidanın şərəfinə tikilmişdi. Bu qədim məbəddə Yupiterdən düşən bir meteor olduğu təxmin edilən müqəddəs bir daş var idi. Lidiya kralı Krez, e.ə 550-ci ildə Efesi və Anadoludakı digər yunan şəhərlərini fəth etdi. Bu döyüş zamanı məbəd dağıdıldı. Krez memarlıqda əvvəlkilərin hamısını kölgədə qoyan yeni bir məbəd tikdirdi. Yeni məbəd əvvəlkindən mərtəbə sayında 4 mətəbə, yüksəklikdə 90 və enlikdə 45 metr böyük idi. Məbədin damı yüzdən çox daş sütunla dəstəklənirdi. Amma, bu məbəd də e.ə 356-cı ildə Herostratus adlı şəhər sakini tərəfindən törədilən yanğında dağılır. Hadisədən qısa müddət sonra yeni bir məbəd tikilir. Romalı tarixçi Pliniyə görə yeni məbəd 130 metr uzunluqda və 68 metr enlikdə idi. Tavanı yüksəkliyi 18 metr olan 127 ədəd sütun dəstəkləyirdi. Tikinti 120 il davam etmişdi. Yeni məbəd yunan məbədləri içərisində o vaxta qədər tikilən ən böyük bina idi. Məbədin başqa xüsusiyyəti onun bütünlüklə mərmərdən tikilməsi idi. Lakin bu məbəd də, qotların 262-ci ildəki basqınında şəhərlə birlikdə dağıdıldı. Bu hadisədən bir əsr sonra Roma imperatoru I Konstantin Efesi bərpa etsə də, xristian olduğu üçün məbədi bərpa etdirmir. Məbədin qalıqlarının böyük hissəsi digər tikintilərdə istifadə olundu.

Halhazırda məbədin dövrümüzə çatan qalıqlarının əksəriyyəti Britaniya Müzeyində saxlanılsa da, Türkiyədəki qədim Efes şəhərində onun bir-iki qalığı sərgilənir.

Rodoslu Koloss heykəli

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Rodoslu Koloss

Rodos şəhərindəki limanının girişində yerləşən, dəmir və daşla dəstəklənən 32 metr hündürlüyündə tunc heykəl yunan günəş tanrısı Helios şərəfinə ucaldılmışdı.

E.ə 305-ci ildə Makedoniyalı İsgəndərin davamçıları olan Antiqonidlər Rodosa hücum etdilər və mühasirə 1 il davam etdi. M.ö 304-cü ildəki sülhdən sonra Rodoslular tanrılara minnətdarlıqlarını bildirmək üçün heykəl tikdirmək istədilər. Heykəl dövrünün məşhur heykəltaraşı Lissipin şagirdi Xares tərəfindən 12 ilə tikilir və e.ə 282-ci ildə inşaat tamamlanır.

32 metrlik tunc heykəldə gənc oğlan təsvir olunmuşdu. Onun möhkəm ayaqları azca aralı, sağ əli gözlərinin üstündə idi. Başında günəş şüalarının rəmzi sayılan tac vardı. Bu heykəl günəş tanrısı Heliosun təsviri idi. Camaat onu öz himayəçisi hesab edirdi. Limanın girişində dayanan heykəlin ayaqları arasından gəmilərin keçdiyi barədə bir rəvayət var, lakin o dövrün tikinti texnikası və materialları ilə belə bir heykəli düzəltməyin mümkün olmadığı düşünülür.

Heykəl e.ə 226-cı ildə baş verən zəlzələ nəticəsində ən zəif yeri olan diz nahiyəsində qırıldı. Rodoslular Misir fironu III Ptolemey tərəfində bərpa üçün kömək təklifi alsalar da, bir kahinlə məsləhətləşdilər və bunun Heliosu incidəcəyindən qorxub, köməkdən imtina etdilər. Heykəl təxminən 900 il xaraba vəziyyətində qaldı.

653-cü ildə I Muaviyənin başçılıq etdiyi ərəb qoşunları Rodosu ələ keçirdi və heykəli əridərək, tuncunu 900 dəvəyə yükləyib, Edessalı (Şanlıurfalı) yəhudi tacirə satdılar.

İsgəndəriyyə mayakı

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: İsgəndəriyyə mayakı

Halikarnas mavzoleyi

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Halikarnas mavzoleyi
  1. "Doğuhan Murat Yücel — Dünyanın yedi harikası". 2021-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-02.
  2. Xeops ehramı: Piramidanı neçə nəfər tikib? – Tarixi sirr açılır [ölü keçid]
  3. "7 möcüzədən biri – Babilin asma bağlarının hekayəsi". 2021-08-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-31.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]