Bu məqalə qaralama halındadır. |
Dünyanın Tarixi Şəhərləri Liqası — nadir mədəniyyəti və ənənələri, zəngin tarixi irsi olan şəhərlərin meriyaları tərəfindən yaradılmışdır. Bu təşkilat mədəniyyət, tarix, incəsənət, ekologiya sahəsində proqramların işlənib hazırlanması və həyata keçirilməsi məqsədilə 1994-cü ildə[mənbə göstərin] qurulmuşdur. Hazırda Dünyanın Tarixi Şəhərləri Liqasında planetimizin 126 şəhəri vardır.[1]
Azərbaycanın Şəki şəhərinin Dünyanın Tarixi Şəhərləri Liqasına üzv olması barədə 2008-ci il dekabrın 8-də təşkilatın prezidenti, Yaponiyanın Kyoto şəhər bələdiyyəsinin sədri Daisaku Kodokavadan gəlmiş təbrik məktubunda bildirilir ki, Dünyanın Tarixi Şəhərləri Liqasının İdarə Heyətinin 2008-ci ilin oktyabrında keçirilmiş iclasında Şəki təşkilata üzv qəbul edilmişdir.[2]
Azərbaycanın Şuşa şəhəri 14–16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində baş tutan18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Tarixi Şəhərlər Liqasına daxil edilmişdir.[1]