Mənzum dram

Mənzum dram — nəzmlə (şeirlə) yazılmış dram əsəri.

Dramatik növün faciəkomediya kimi janrları hələ antik yunan ədəbiyyatında (Esxilin faciələri, Aristofanın komediyaları) mövcud olsa da, dram janrı orta əsrlərdən sonrakı dövrün məhsuludur. Dünya ədəbiyyatında mənzum dramın ilk nümunələrini U.Şekspir (XVI əsr), Azərbaycan ədədbiyyatında isə H.Cavid yaradıb.

Mənzum dramın özünəməxsus səhnə həlli var. Əgər nəsrlə yazılmış dram əsərində sözlərin tam surətdə hərəkət və əməllə dolması şərtdirsə, mənzum dramda aktyor həm də şeiriyyətin gözəlliyini tamaşaçıya çatdırmağı bacarmalıdır. Poeziya sözün musiqi həddinə çatdırılması deməkdir. Burada sözün fəlsəfi tutumu aktyorun ifasında aydın verilməlidir.[1]

  1. "Əliyeva-Kəngərli G.Tarixi həqiqət və poetik vüsət. /525-ci qəzet.- 2014.- 20 sentyabr.- S.18;23". 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-11-02.