Dəniz xəstəliyi bir digə adı ilə yırğalanma olan bu hal gəmidə olarkən dəniz bərk dalğalandıqda, təyyarədə və ya maşında gedərkən baş verə bilir. əsas səbəbi daxili qulağın vestibulyar aparatının qıcıqlanmasıdır. əsasən sağlamlığı zəif adamlarda və vegetoniklərdə baş verir. əsas səbəblərdən biri vestibulyar aparatın oyanması zamanı qanda natriumun miqdarının azalmasıdır. iki variantda özünü göstərir: astenik variant zamanı baş ağrısı, ürəkbulanma, qusma, iştahanın pozulması, başgicəllənmə, soyuq tər, bradikardiya, hipotoniya, huşun tormozlanması və yuxuculuq əlamətləri özünü göstərir. ajiotajlı variantda isə oyanma, ağızda quruluq və yanğı hissi, tez-tez sidik ifrazına meyillik, taxikardiya, hipertoniya müşahidə olunur. əlamətlər adətən yırğalanma qurtardıqdan sonra keçir.[3]
Dəniz xəstəliyi | |
---|---|
XBT-10-KM | T75.3 |
XBT-9-KM | 994.6[1][2] |
OMIM | 158280 |
DiseasesDB | 11908 |
MeSH | D009041 |
Vikianbarda əlaqəli mediafayllar |