Dərbəndin işğalı — 1722-ci ildə başlayan Rusiya-Səfəvi müharibəsi zamanı Rusiya çarlığının Dərbənd şəhərini işğal etməsi nəzərdə tutulur.
Dərbəndin işğalı | |||
---|---|---|---|
Rusiya-Səfəvi müharibəsi | |||
| |||
Tarix | Avqust 1722 | ||
Yeri | Dərbənd | ||
Səbəbi | Pyotrun Xəzəryani bölgələri ələ keçirmə planı. | ||
Nəticəsi | Ruslar qələbə qazandı və Dərbənd ələ keçirildi.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
1722-ci ilin avqustunda rus ordusu sürətlə Dərbəndə doğru irəliləməyə başladı. Bu yürüş boyunca rus ordusu həmçinin yerli əhali ilə də başa çıxmalı idi. Dərbəndin ələ keçirilməsi rus ordusu üçü mühüm strateji əhəmiyyət daşımaqda idi. Bu şəhərin ələ keçirilməsindən sonra Xəzər dənizi boyunca sahil şəhərləri ələ keçirilə bilərdi. Dərbənddən sonra ələ keçirilmə növbəsi Bakı şəhərində idi, lakin hava şəraitinə görə bu yürüş həyata keçməsi və növbəti ilə qədər ertələndi.
Həştərxandan yola çıxan I Pyotr süvarilərlə birlikdə quru yolu ilə, donanma isə dəniz yolu ilə Dərbəndə doğru irəlilədi. 25 iyul 1722-ci ildə I Pyotr Səfəvi şahına məktub yazdı və bu məktubda onun torpaqlarını işğal etməyə gəlmədiyini, sadəcə onlara problem yaradan, rus tacirlərinin canına və malına qəsd edən üsyançıları cəzalandırmağa gəldiyini bildirdi.[2] 5 avqustda yola çıxan rus sordusu Dərbəndə qədər bəzi müqavimətlə qarşılaşdı. Bu müqaviməti təşkiledən əsas qüvvə Osmanlı imperiyasına bağlı yerli bəyliklər idi. Bu hücumlar dəf edildikdən sonra 23 avqustda Dərbənd döyüşsüz şəkildə ruslara təslim oldu. Mənbələrdə bu hadisə bu cür qeyd olunur:
şəhərin valisi bizi qarşıladı və şəhərin açarını təqdim etdi.[3] |
Dərbənddəki hakiomiyyət nümayəndəli rus ordusuna qarşı qonaqpərvər davranırdılar, bunda əsas məqsədləri Rusiya dövləti ilə yaxşı münasibətlər qurma istəkləri idi. Dənizdə başlayan tufana görə ərzaq daşıyan rus donanması ciddi ziyan gördü. Bundan sonra yürüşü müvəqqəti dayandıran I Pyotr Həştərxana geri döndü.[4] Dərbənd yürüşün əsas məqsədlərindən biri idi və I Pyotrun planlarına görə gələcəkdə başqa bölgələrin ələ keçirilməsində də açar funksiyasını oynamalı idi. Həmçinin bu şəhərin rus tacirlərinin şərq mallarını alaraq qərbdə satmalarında əsas vasitəçi bölgələrdən biri olması planlanmaqda idi.
Rusların Qafqaz yürüşü zaman I Pyotrun hələ əvvəldə Səfəvi mülklərinə müdaxilə üçün bəhanə etdiyi Davud bəy ruslara qarşı müqaviməti davam etdirdi. O, 1722-ci ildə Dəbəndi mühasirəyə alsa da, şəhəri ələ keçirə bilmədi. Uğursuzluqdan sonra o, şəhərin ətrafınakı bölgələri yağmalayaraq geri çəkildi. Bu hücum zamanı Dərbənd artıq bir neçə ay idiki rusların əlində idi.[5]
Yeni Səfəvi şahı II Təhmasibin nümayəndəsi İsmayıl Mirzənin 1723-cü ildə Peterburqda imzaladığı müqaviləyə görə Səfəvilər əfqan üsyançılara qarşı göndəriləcək yadım qarşılığında Dərbənddən Gilana qədər Xəzər sahili vilayətlərin rusların əlinə keçməsinə razılıq verirdilər. Lakin bu müqavilənin şərtlərindən xəbər tutan II Təhmasib müqaviləni ratifikasiya etmədi və buna görə də, edam ediləcəyini bilən nümayəndə İsmayıl Mirzə Səfəvi imperiyasına geri dönmədi.[6][7]
Bir müddət də Səfəvi torpaqlarını əldə saxlayan rus qoşunları ilkin mərhələdə Rəşt müqaviləsi, ikinci mərhələdə isə Gəncə müqaviləsi ilə 1722-1723-cü illər yürüşündə əldə etdikləri bütün torpaqları geri qaytardılar.[8][9][10]