I Pyotrun Rəşti işğal etməsi — 1722-ci ilin dekabrı ilə 1723-cü ilin martı arasında baş vermişdir. Rus-Səfəvi müharibəsinin bir hissəsidir. Bu işğalla Rəşt də daxil olmaqla, Səfəvi imperiyasının Xəzər dənizi sahili torpaqlarının bir hissəsi təxminən 10 illik rus işğalı altına düşmüşdür. Bu işğal 1732-ci il Rəşt müqaviləsinə qədər davam etmiş, bu müqavilədən sonra Səfəvi imperiyasına geri qaytarılmışdır.
I Pyotrun Rəşti işğal etməsi | |||
---|---|---|---|
Rusiya-Səfəvi müharibəsi | |||
Tarix | Dekabr 1722 - mart 1723 | ||
Yeri | Gilan, Rəşt | ||
Səbəbi | Pyotrun Xəzəryani bölgələri ələ keçirmə planı. | ||
Nəticəsi | Ruslar qələbə qazandı və Rəşt ələ keçirildi.[1] | ||
Münaqişə tərəfləri | |||
|
|||
Komandan(lar) | |||
|
|||
Tərəflərin qüvvəsi | |||
|
|||
İtkilər | |||
|
|||
Müharibənin başlaması üçün bəhanə rəsmi olaraq Səfəvi dövlətinin təbəəsi olan, lakin mərkəzi hökümətə qarşı artıq uzun müddətdir üsyan qaldırmış olan ləzgi tayfalarının 1721-ci ildə Şirvan əyalətində hücum edərək rus tacirlərinin canına və malına ziyan vurmaları olmuşdur.[2] Bundan əlavə, 1722-ci ildə Səfəvi dövləti tənəzzül etməkdə idi. Ölkənin bir çox yerini üsyanlar bürümüşdü. Buna görə də, Gilan əyalətinin valisi rus yardımına müraciət etdi.[2]
Hücum əməliyyatı Pyotr və onun ordusu üçün sürətli cərəan etməkdə idi. O, artıq Səfəvi torpaqları olan Dağıstanı ələ keçirmiş və təxminən müasir Azərbaycan Respublikasının ərazisini təşkil edən Aran və Şirvana doğru yürüşlər planlamaqda idi. II Təhmasibin ümidsiz vəziyyətindən olduqca çox yararlanmağa çalışan Pyotr mümkün olduğu qədər torpaq ələ keçirmək istəyirdi.[3] 1722-ci ilin sentyabrında meydana çıxmış tufan nəticəsində çox sayıda hərbi gəmilərin dağılmasına və xeyli sayıda döüşçünün Həştərxana geri çəkilməsinə, ordu daxilində yayılmış at epidemiyasının rus süvari dəstələrinə böyük ziyan vurmasına, döyüşçülər arasında yayılmış xəsəliklər sayəsində xeyli sayıda döyüşçünün həyatını itirməsinə baxmayaraq, Pyotr hücumun davam etdirilməsi barədə əmr vermişdi. Əsas hədəf müasir İranın və Azərbaycanın Xəzər sahilindəki torpaqlarının ələ keçirilməsi idi.[3]
1722-ci ilin noyabrında o, polkovnik Şipova iki tabor ordu ilə birlikdə Gilana üzməyi əmr etdi.[4] Xəzər dənizindəki hərbi donanma Soymonovun komandanlığı altında idi.[4] İki tabor döyüşçünün bunun üçün kifayət edib-etməyəcəyi ilə bağlı Şipov sual edərkən, Laurens Lokxartın bildirdiyinə görə "niyə də yox? Stenka Razin orada 500 kazak ilə ayaqda qalmağı bacarmamışdımı? Və sənin nizami döyüşçülərdən ibarət iki taborun var, amma şübhə edirsən!" deyə cavablamışdır.[4]
1722-ci ilin sonlarında Pyotrun ordusu artıq Gilan əyalətinə daxil olmuşdu. Gələn ordu görünüşdə şəhər xalqına şəhərlərini müdafiə etmək üçün gəlirdi.[3] Bir müddət keçdikdən sonra yerli hakim ruslardan geri çəkilmələrini istədi. 1723-cü ilin fevralında yerli hakim yenidən şəhərin müdafiəsində rusların yardımlarına ehtiyyacları olmadığına, şəhərlərini özlərinin də artıq müdafiə edə biləcəklərinə dair təminatlar verdi.[3] Həm hakim təbəqə, həm də yerli əhali tərəfindən xoş qarşılanmayan ruslar Gilan əyalətinin sərhədlərində yerləşən karvansarayda yerləşdirildilər.[2] Təxminən elə bu zamanda II Təhmasib də onlardan dərhal geri çəkilməyi tələb etdi.[2] Rus komandanı polkocnik Şipov öz ləvazimatlarını və artilleriyalarını göndərdikdən sonra geri çəkiləcəklərinə dair söz versə də, buna əməl etmədi.[3] Yerli hakim tərəfindən toplanmış ordu rusların qaldığı karvansarası mühasirəyə aldı.[3] Yerlilərin ordusu əsasən kəndlilərdən ibarət olmaqla, hərbi təlim görməmiş və pis silahlandırılmış 15 min nəfərdən təşkil edilmişdi.[2] Karvansaray ətrafında baş vermiş döyüşdə iki cinahdan hücum edən[3] və artilleriya tərəfindən dəstəklənən ruslar qələbə qazandılar. Yerli silahlı dəstələr qaçmağa başladı, onları təqib edən ruslar isə ən azı min nəfəri qətlə yetirdilər.[1][3]
Bu qələbədən sonra Rəştdəki real hakimiyyət rusların əlində idi. Qələbə xəbərini eşidən Pyotr kömək üçün 4 tabor döyüşçü göndərdi və polkovnik Şipovu briqada generalı Levaşevlə əvəzlədi.[2] Sentyabrda Gilana gələn Levaşev hələ də əyalətdə güclü müqavimətin olduğuna şahidlik etdi.[2]
Mövcud şərtlər altında və rusların da hücumlarını davam etdirdiklərini nəzərə alaraq II Təhmasibin danışıqlara başlamaqdan başqa çıxış yolu yox idi.[5] Bir neçə ay sonra Sankt-Peterburq müqaviləsi imzalandı.[5]
Müqavilə preambula və 5 maddədən ibarətdir. Preambulada göstərilirdi: "Məlum olsun ki, bir neçə il qabaq İran dövlətində baş verən böyük qarışıqlıqlar və həmin dövlətin təbəələri, Şafi həzrətlərinə qarşı üsyan qaldırıblar, öz qanuni hökmdarlarına qarşı deyil, həm də bütün Rusiya imperator həzrətlərinin təbəələrinə pis təsir göstərirlər ki, bu da qədimdən dostluq və traktatla bağlı olan hər iki dövləti, öz aralarında ticarətlə bağlı olanlara, böyük ziyankarlıq edib dağıntılar törədiblər. Buna görə də Şah həzrətləri təbəəsində olan üsyankarların öhdəsindən gələ bilmirdi, ona görə də bütün Rusiya imperatoru həzrətləri Şah həzrətlərinə olan dostluğa sadiq qalaraq, üsyankarların Rusiya sərhədlərinə yaxınlaşmağına və İran 71 dövlətinin tam dağılmasının qarşısını almaq üçün özü silah işlədərək bütün üsyankarları və bəzi şəhərləri və Xəzər sahilində olan başqa yaşayış məntəqələrini, hansılardakı üsyankarlar sığınacaq tapmışdılar, silah gücünə onlardan azad etdi və Şah həzrətlərinin təbəələrini gələcəkdə qorumaq üçün öz qoşunlarını yerləşdirdi, bir tərəfdən məlum oldu ki, üsyankarlar silahlanıb, güclənib İran dövlətinin paytaxtını tutublar və Şah həzrətlərini və onun ailəsini əsir götürüblər. Salamat qalan təkcə oğlu Təhmasib qanuni olaraq taxta sahib olub.... Beləliklə, Rusiya Azərbaycan və İranın Xəzərsahili torpaqlarının işğalına "bəraət" qazandırır, buna uyğun olaraq müqavilənin şərtləri irəli sürülür"[6]
Şah Təhmasib təbii olaraq Peterburq müqaviləsini təsdiq etməkdən boyun qaçırdı. Şahın razılığını almaq üçün Rusiyadan göndərilən elçi knyaz B. Meçerskini qəbul etməyərək, geri qaytardı. Baş vəzir ona bildirdi ki, İsmayıl bəyə andlaşma səlahiyyəti verilmədiyi üçün təsdiq etmək barədə danışığı “eşitmək belə istəmirlər”. Rezident Avraamov da saraya buraxılmadı. İsmayıl bəyin dövlətə xəyanət etməsi rəsmən bildirildi. Bu, ona ölüm hökmü verilməsi demək idi. Buna görə o vətənə geri dönmədi. İmperatorun buyruğu ilə böyük pul təqaüdü verilən və Həştərxanda ev alan İsmayıl bəy ömrünün sonuna qədər burada yaşayır.
Nəticədə, Səfəvi imperiyası Şimali və Cənubi Qafqazı, müasir Azərbaycanı (həm şimali, həm də cənubi), Gilana qədərki torpaqları itirdi. Pyotr Gilanı, Mazandaranı və yeni ələ keçirilmiş torpaqların onun əlinə keçməsinə nail oldu.[5] 1724-cü ildə Pyotr Gilandakı rus komandanı Matyuşkinə "ermənilər və əgər varsa, başqa xristianlar Gilana və Mazandarana yerləşdirilsinlər.[5] Bu zaman müsəlmanlar sakit olsunlar ki, onlar bilməsinlər. Onların sayını mümkün olan qədər azaldın".
Lakin Pyotr heç bir zaman bu niyyətinə nail ola bilmədi və 1725-ci ildə vəfat etdi.
Rəşt şəhəri də daxil olmaqla Gilanın yerdə qalan bütün hissələri, digər Xəzər sahili bölgələr kimi rus hakimiyyəti altında qaldı. Bu, 1732-ci ildə Pyotrun varisi Çariça Anna ilə Səfəvi generalı Nadir xan arasında imzalanmış Rəşt müqaviləsinə qədər davam etdi. Bundan sonra Osmanlı ilə müharibəyə köklənən Nadir xan onları məğlub etdi və Rusiyadan Səfəvi torpaqlarının hamısından çıxmağı tələb etdi. 1735-ci ildə imzalanmış Gəncə müqaviləsi ilə ruslar bütün əldə etdikləri torpaqları itirdilər və rus orduları akuasiya edildilər.[2]