Dağ korcası

Dağ korcası (lat. Ellobius lutescens ) — Rodentia dəstəsindan bir məməli növü. Talışın dağüstü çöllərində və nadir halda Naxçıvanın şimalında yaşayır.

Dağ korcası
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təsviri və yayılması

[redaktə | mənbəni redaktə et]

Bədənin uzunluğu 115 mm-ə qədər olub, üstünün rəngi tünd — oxra qumdur.

Yayılması: Türkiyədə, Qərbi İranda, Cənubi Qafqazda yayılmışdır. Azərbaycanda mozaik məskənləri Talışın Zuvand (Diyabar), Naxçıvan vadisində, d.s-dən 100–2540 m hüdudlarında rast gəlinir. Yaşayış yeri və həyat tərzi: Dağ korçası dağlıq yarımsəhralarda efemer bitkilər bitən yumşaq topraqlarda yaşamağa uyğunlaşmışdır. Əsasən bitki növləri ilə qidalandığından başı və güclü kəsici dişləri ilə uzun yeraltı yollara malik yuvalar qazır və belə yuvaların çıxış yolları olmur. Çünki bu zaman heyvan torpağı, 20–25 sm diametrli topaları bir — birindən müxtəlif məsafələrdə yer üzərinə atır. Yuvalarında ehtiyat qidanı toplamaq üçün anbar olur. Ehtiyatı əsasən müxtəlif bitkilərin soğanaqlarından, kökcüklərindən toplayır. Dağ korçası yuva qazarkən torpağı boşaldır ki, bu da öz növbəsində bitkilərin məhsuldarlığının artmasına səbəb olur.

Azalma səbəbi

[redaktə | mənbəni redaktə et]

Sayı məlum deyil.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Təbii və antropogen amillər nəticəsində yayılma, biotopların dəyişkənliyə uğraması.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Xüsusi mühafizə tədbirləri qəbul olunmayıb.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

IUCN siyahısına salınmışdır. Ekologiyası öyrənilmədiyinə görə qorunma tədbirləri hələ hazırlanmamışdır.

  • AZƏRBAYCAN RESPUBLİKASININ QIRMIZI KİTABI FAUNA, II NƏŞR. 197səh, Cənubi Qafqaz dağ korcası. (2013)
  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0