Dan Meridor

Dan Meridor (ivr.דן מרידור‏‎; 23 aprel 1947[1], Qüds[1]) — İsrail siyasətçisi və hüquqşünası, knessetin üzvü (11, 12, 13, 14, 15, 16, 17, 18 çağırışlar), İsrailin ədliyyə naziri (1988–1992), İsrailin maliyyə naziri (1997–1998), keçmiş kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri.

Dan Meridor
ivr.דן מרידור‏‎
bayraq
İsrailin Maliyyə Naziri
1996 – 1997
ƏvvəlkiAvraam Şoxat
SonrakıBenyamin Netanyahu
bayraq
İsrailin Ədliyyə Naziri
1988 – 1992
ƏvvəlkiAvraam Şrir
SonrakıDavid Libai
Şəxsi məlumatlar
Doğum tarixi 23 aprel 1947(1947-04-23)[1] (77 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi, hərbi qulluqçu, vəkil, advokat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dan Meridor 23 aprel 1947-ci ildə Mandat Fələstini ərazisində Menaxem Beginin ortağı Eliyahu Meridor və doktor Raanana Meridorun ailəsində anadan olub.[2] İsrail Müdafiə Qüvvələrinə çağırılmış, zirehli qüvvələrdə xidmət etmiş və zabit rütbəsinə qədər yüksəlmişdir. Altı günlük müharibədə iştirak etmişdir.[3]

Meridor Yerusəlim Yəhudi Universitetinin bakalavr məzunu olmuşdur.

1982–1984-cü illərdə Meridor hökumət katibi vəzifəsini icra etdi. 1984-cü ildə Likud partiyasının üzvü kimi 11-ci knessetin tərkibinə daxil oldu, bu çağırışda parlamentin iki alt komitəsinin sədri vəzifəsini icra edirdi. 1988-ci ildə, 12-ci knessetə yenidən seçildi, bu dövrdə ölkədə Yitzhak Şamirin başçılıq etdiyi iki hökumət mövcud idi ki, hər ikisində Meridor İsrailin ədliyyə naziri vəzifəsini icra edirdi. Mərkəzin Partiyasının təmsilçisi kimi 15-ci Knessetə seçildi. 2003-cü ildə Likuda qayıtdı. 16-cı knessetə seçkilərdən sonra (2003) Dan Meridor knessetdəki yerini itirdi. Təxminən bir il ərzində İsrailin 27-ci hökumətində maliyyə naziri vəzifəsini icra edirdi, onun xələfi Benyamin Netanyahu oldu. Şaronun ilk hökumətində "portfelsiz nazir" idi.

Likud partiyadaxili seçkilərdə 18-ci knesset seçkilərindən əvvəl 17-ci yeri tutdu, Benyamin Netanyahunun qurduğu hökumətdə Meridor kəşfiyyat naziri və atom enerjisi komissiyasının rəhbəri oldu.

Meridor 19-cu knesset seçkilərinə qatılmadı.[4]

  1. 1 2 3 4 חה"כ דן מרידור. Knesset.
  2. Ra’anana Meridor, Associate Professor Emeritus of Classics Arxivləşdirilib 2012-02-20 at the Wayback Machine Hebrew University of Jerusalem
  3. Дан Меридор Arxivləşdirilib 2021-07-30 at the Wayback Machine — статья из Электронной еврейской энциклопедии
  4. "הליכוד – ישראל ביתנו בהנהגת בנימין נתניהו לראשות הממשלה" (ivrit). Центральная избирательная комиссия Израиля. 2013-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-08-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Dan Meridor Knessetin saytında