Dapanci (çin. ənən. 大盘鸡, pinyin: Dàpánjī) və ya çon təxsə toxu korumisi (uyğ. چوڭ تەخسە توخۇ قورۇمىسى, чоң тәхсә тоху қорумиси, qong təhsə tohu ⱪorumisi) — buxarda bişirilmiş toyuq növü. Çinin Sincan-Uyğur Muxtar Rayonuna aid məşhur bir yeməkdir.
Dapanci | |
---|---|
Aid olduğu milli mətbəxlər | |
Uyğur mətbəxi | |
Mənşəyi | |
Tarixi | 1990-cı illər |
Müəllif |
Uyğurlar çinlilər |
Təfərrüatları | |
Tipi | Toyuq |
Digər mətbəxlərdə | |
Digər mətbəxlərdə | Dak-bokkeum-tan (Koreya) |
Dapanci Çin dilində "böyük boşqab toyuğu" deməkdir. Yeməyin uyğur dilində olan adındakı çon (چوڭ, Чоң, qong) "böyük", təhsə (تەخسە, Тахсә, təhsə) "süfrə", toxu (توخۇ, Тоху, tohu) "toyuq", korumisi (قورۇمىسى, Korumisi, ⱪorumisi) isə "qızardılmış" deməkdir.
Yemək 1990-cı illərin ortalarında Çinin Sincan bölgəsində populyarlıq qazanmışdır. İddia edilir ki, yemək ilk dəfə Sıçuan bölgəsindən olan, çili bibərini toyuq və kartofla qarışdıran bir miqrant tərəfindən Şimali Sincanın Şavan şəhərində hazırlanmışdır.[1] Yeməyin mənşəyinin Şavan olduğu düşünülsə də, başqa iddialar da mövcuddur. Bunlar arasında yeməyin Urumçi şəhərinə yaxın olan Çayvopu gölü yaxınlıqlarında bir xunanlı tərəfindən hazırlanması iddiası da var. Bəzilərinə görə, yemək ilk vaxtlarda bir neçə kiçik boşqabda verilirdi, lakin sonradan böyük bir boşqabdan istifadə olunmuşdur ki, yeməyin uyğur dilindəki adı buradan gəlir. Yemək Sincan yolları boyunca restorançılar tərəfindən yük maşını sürücüləri üçün hazırlanırdı. Dapanci tez bir zamanda bölgədə populyarlaşmış, daha sonra isə Çinin qalan hissəsinə yayılmışdır.[2]
Dapancinin içində olan əsas məmulatlar soğan, sarımsaq, zəncəfil, çili bibəri, üyüdülmüş cirə, Illicium verum, üyüdülmüş Sıçuan bibəri, xörək yağı, həmçinin istəkdən asılı olaraq soya sousu və pivə ilə bişirilmiş toyuq, bolqar bibəri və kartofdur.[3]
Adətən sümüksüz olan toyuq hissələrə bölünür, ədviyyatlar və qaba doğranmış tərəvəzlərlə qovurulur və bulyonda qaynadılır. Yemək adətən lağman əriştəsi ilə verilir.[4]
Yeməyin digər variantları Sincanda populyar olan nan çörəyi ilə verilə bilər.