Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. Lütfən, məqaləyə etibarlı mənbələrəlavə edərək onu təkmilləşdirməyə kömək edin. Mənbəsiz məzmun problemlər yarada və silinə bilər. Problemlər həll edilməmiş şablonu məqalədən çıxarmayın. Daha ətraflı məlumat və ya məqalədəki problemlərlə bağlı müzakirə aparmaq üçün məqalənin müzakirə səhifəsinə diqqət yetirə bilərsiniz.
Uyğur mətbəxi (uyğ.ئۇيغۇر تائاملىرى)— Türk xalqlarından biri olan Uyğurların ənənəvi yeməkləri. Uyğur mətbəxi dünyanın ən böyük və zəngin mətbəxlərindən biridir. Uyğur mətbəxi öz unlu yeməkləri və çeşidli ədviyyatların geniş istifadəsi ilə də seçilir.
Uyğurlardakı yemək və içmək adətləri Sincan bölgəsinin tarixi ipək yolu üstündəki yerləşimi, Sincanın iqlim və coğrafiya baxımından özəllikləri və Uyğurlardakı islami dini tərəfindən əməl elədiklərindən şəkilləndirir. İpək yolunda bir çox fərqli koltorun alışverişinə imkan yaratmasıyla Uyğur mətbəxi başqa Orta Asiya, Ön Asiya, Ortaşərq və Şərq Asiya mətbəxlərində var olan ünsürləri də özündə içərir. Plov, lagman və samsa kimi yayğın Uyğur yeməkləri bu əski koltor alışverişini göstərir. Uyğur mətbəxinin özəlliklə Özbək mətbəxi kimi Orta Asiya mətbəxləri ilə paylaşdığı bənzərliklər çox bəlli; ayrıca Çin İslam mətbəxi ilə paylaşdığı bir çox ortaq nöqtəsi mövcüddür. Uyğur mətbəxindəki təməl yemək maddələri çörək (uyğ.نانnan) və əriştə (uyğ.چۆپçöp) kimi unlu yeməklər (uyğ.ئۇن تاماقun tamaq) və heyvan ətidir (xüsus ilə qoyun və quzu əti).[1]
Qoyun əti, mal əti , dəvə əti, toyuq , qaz , yerkökü , pomidor , soğan , bibər, badımcan , kərəviz , müxtəlif süd məhsulları və meyvələr Uyğur mətbəxinin xarakterik maddələridir. Uyğurlara qonaq olduqda, əsas yeməklər hazır olmadan qonaqlara çay, çörək (nan) və meyvə verirlər . Uyğur yeməklərinin çoxu özəl çubuqlarla yeyilir; Bu, XIX əsrdə Han Çin mədəniyyətindən qəbul edilmiş bir vərdişdir.[2]
Ədviyyatlar arasında daha çox cirə, qara bibər və qırmızı bibər geniş İstifadə olunur.
Göşörya— Soğan, kələm, tərəvəz və ətdən əldə edilən xəmir yeməyi.
Plov— ət və ədviyyatla qaynadılmış düyü. Uyğur mətbəxi müxtəlif növ plovlarla seçilir: göyərti, darı , buğda, torbada plov, ətli plov, yumurta plov, meyvəli plov.
↑Food and Resistance among the Uyghur in Contemporary Xinjiang
↑Bellér-Hann, Ildikó (2002). "Temperamental Neighbours: Uighur-Han Relations in Xinjiang, Northwest China". Schlee, Günther (Ed.). Imagined Differences: Hatred and the Construction of Identity. LIT Verlag Münster. s. 76.