David Aqmaşenebeli prospekti (gürc. დავით აღმაშენებლის გამზირი) — Tbilisidə Çuqureti rayonunda, Saarbrücken meydanından Tsabadze küçəsinə qədər olan prospekt. Prospekt şəhərin əsas küçələrindən biri sayılır.
David Aqmaşenebeli prospekti | |
---|---|
gürc. დავით აღმაშენებლის გამზირი | |
| |
Ümumi məlumatlar | |
Ölkə | Gürcüstan |
Rayon | Çuqureti |
metro | Marcanişvili stansiyası |
Əvvəlki adları | Mixaylovski prospekti, Plexanov prospekti |
Şərəfinə adlandırılıb | Qurucu IV David (Aqmaşenebeli) |
Prospektin ilk adı Mixaylovski Prospekti (1851) olmuşdur. Rusiya imperatoru I Nikolayın oğlunun şərəfinə, Avlabar qapısından keçən köhnə Avçal yoluna paralel olaraq salınmışdır. 1735-ci il şəhərin baş planında müasir Vaxuşti Baqrationi prospektinin[1] əvvəlində Axalsopeli kəndi göstərilir. 1800-cü il baş planında kilsəsi olan Kukia kəndi bu yerdə göstərilir. Üstəlik ərazi qala ilə əhatə olunmuş və divarları, ətrafında geniş bir şəxsi bağ mövcud idi.
1818-ci ildə, burda əsasən kənd təsərrüfatı ilə məşğul olan, tərəvəz bağları üçün sahə şumlayan, hətta suvarma kanalı çəkən Vürttemberg alman kolonistlərinin Aleksanderdorf (Rusiya monarxı I Aleksandrın şərəfinə adlandırılan) qəsəbəsi yarandı.
1853-cü ildə ərazi şəhər sərhədlərinin bir hissəsi oldu.
Qalaktion Tabidze körpüsü (1883) inşasından sonra, hazırkı formasını alan küçənin hər iki tərəfi, o illərdə hökm sürən yeni eklektik üslub ruhunda intensiv şəkildə qurulmağa başladı. Bir zamanlar geniş olan bağlardan yalnız (Filarmoniyanın yay bağı, Qorki Klubunun bağçası (gül bağı), "Müştaidi" parkı) bir neçəsi qaldı.
1883-cü ildə prospekti dəmiryol stansiyası ilə birləşdirən at tramvayı - konki işə düşdü.
1918-ci ildə Rusiya inqilabi hərəkatının lideri G.V.Plexanovun şərəfinə Plexanov prospekti olaraq dəyişdirildi.
1925-ci ildə Vokzalnaya küçəsi prospektə qədər uzadıldı.
1930-cu illərin ilk yarısında prospektin sonunda (memar A.Kurdiani, N.Qrinevskinin iştirakı ilə) 30.000 tamaşaçı üçün nəzərdə tutulmuş "Dinamo" stadionu tikildi.
1940-cı illərdə Peter və Paul Lüteran kilsəsi söküldü (memar L.Bilfeld). Sökülən binaların yerində Marcanişvili Meydanı salındı. Meydanın perimetri boyunca "L" şəkilli üç ev tikildi (memar M.S.Melia) Bunlardan ikisi yaşayış (1948, 1950-ci il üçün III dərəcəli Stalin mükafatı), üçüncüsü Tbilgorproekt İnstitutu idi(1956).
1953-cü ildə köhnə Verijski körpüsünün yenidən qurulması (Stalin körpüsü, memar M.Melia, mühəndis G. Çomaxidze) şəhərin sol sahili və sağ sahili bölgələri arasında nəqliyyat əlaqələrini canlandırdı.
1954-cü ildə prospektə bitişik Qorki Parkında Maksim Qorkinin abidəsi qoyuldu (heykəltəraşlar B.Avalişvili və İ.Okropiridze).
11 yanvar 1966-cı ildə David Aqmaşenebeli prospektində Marcanişvili metro stansiyası açıldı.
Prospekt müasir adını Gürcüstan çarı Qurucu IV David (Aqmaşenebeli) şərəfinə alıb.
23 noyabr 2011 - Pravoslav bayramı "Giorgoba" günü və Qızılgül inqilabının 8-ci ildönümü şərəfinə, Gürcüstan Prezidenti və Tiflis Bələdiyyə Başçısı prospektin bərpa edilmiş hissəsini təntənəli şəkildə açlışını etmişdilər.[2][3][4].