David Niyazi oğlu Məmmədov — Azərbaycanın əməkdar mühəndisi (2005), Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti (2005–2021).[1]
David Məmmədov | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1955 |
Doğum yeri | |
Partiya | |
Təhsili | |
Fəaliyyəti | siyasətçi |
|
|
Təltifləri |
David Məmmədov 1955-ci ildə Kürdəmir şəhərində anadan olmuşdur. 1980-ci ildə M. Əzizbəyov adına Neft və Kimya İnstitutunu (Azərbaycan Dövlət Neft Akademiyası) "Neftin və qazın kimya texnologiyası" ixtisası üzrə bitirmişdir.
Əmək fəaliyyətinə 1976-cı ildə Vladimir İliç adına Yeni Bakı neft emalı zavodunda başlamışdır. 1994-cü ilədək Yeni Bakı neft emalı zavodunun operatoru, qurğu rəisi, sex rəisinin müavini, sex rəisi, şöbə rəisi vəzifələrində işləmişdir. 1994–2005-ci illərdə "Azərneftyanacaq" İB-nin baş direktorunun birinci müavini-baş mühəndis, Heydər Əliyev adına Bakı neft emalı zavodunun baş mühəndisi olmuşdur.
2005–2021-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin emal üzrə vitse-prezidenti vəzifəsində çalışmışdır.
2005-ci ildə "Azərbaycan Respublikasının əməkdar mühəndisi" fəxri adına layiq görülmüş, 2010-cu ildə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Yeni Azərbaycan Partiyasının üzvüdür.