David Vaçnadze

David Vladimiroviç Vaçnadze (gürc. დავით ვაჩნაძე ;4 avqust 1884, Tiflis23 yanvar 1962, Münxen) — Gürcü siyasətçisi, Gürcüstan Milli Demokrat Partiyasının yaradıcılarından biri.

David Vaçnadze
gürc. დავით ვაჩნაძე
Doğum tarixi 4 avqust 1884(1884-08-04)
Doğum yeri
Vəfat tarixi 23 yanvar 1962(1962-01-23) (78 yaşında)
Vəfat yeri
Fəaliyyəti siyasətçi

Rusiya imperiyası ordusunun polkovniki Vladimir Vaçnadze və Helen Maçabelinin ailəsində anadan olub.

Tiflis Kadet Korpusunda (1894–1902), sonra Sankt-Peterburq Hərbi Məktəbində təhsil alıb.

1907-ci ildən kiçik zabit kimi hərbi xidmətə qəbul olunmuşdur. David Vaçnadze Hərbi işlə yanaşı ictimai və jurnalist fəaliyyətlərində də iştirak etmişdir. 1912-ci ildə Revaz Qabaşvili ilə birlikdə həftəlik "Klde" jurnalının təsisçisi olmuşdur.

Birinci Dünya müharibəsi zamanı Tiflis gürcü dəstəsinin rəisi polkovnik Georgi Jandyenin köməkçisi idi. David Vaçnadze 1915-ci ildən 1914-cü ildə Cenevrədə Petr Surguladze tərəfindən qurulan "Müstəqil Gürcüstan Komitəsi" ilə əlaqələr saxlamağa başlamışdır. Vaçnadze Georgi Maçabeliyə kömək edirdi. 1917-ci ildə Milli Demokrat Partiyasının qurucularından biri və Mərkəzi Komitəsinin üzvü oldu. David Vaçnadze aktiv siyasi fəaliyyətlə məşğul olur, Gürcüstanın azadlığını arzulayırdı. Bu səbəbdən o, Gürcüstan Milli Şurasının və Gürcüstan Təsis Məclisinin üzvülünə daxil olmuşdu.[1] Vaçnadze 26 may 1918-ci ildə Gürcüstanın İstiqlal Bəyannaməsini imzalayan şəxslərdən biri idi. 1918-ci ilin iyununda Almaniya imperiyası hərbi missiyası ilə danışıqlar aparmaq üçün Gürcüstanın diplomatik nümayəndə heyətinə üzv təyin edilmişdi. Gürcüstan və Almaniya baş hərbi qərargahı ilə birlikdə Gürcüstan ordusunun təşkilində fəal iştirak etmişdir.

Vaçnadze 1918-ci ilin noyabrında Almaniya Birinci Dünya müharibəsində məğlub olduqdan sonra mayor Georgi Abxazi ilə birlikdə Batumi vasitəsilə Almaniya missiyasını Gürcüstandan təxliyə etmişdir. O, 1918-ci ilin dekabrında Gürcüstan-Ermənistan müharibəsində iştirakçı olmuşdur.

1921-ci ilin fevralında Qızıl Ordunun Gürcüstanı işğalına qarşı müqavimət təşkil etməyə çalışmışdır. 1924-cü il Avqust üsyanının yatırılmasından sonra gizli müqavimət hərəkatına qatılmışdır.

David Vaçnadze 1922-ci ildə həbs edildi. 1924-cü ilin fevralında xaricdən yardım təşkil etmək üçün gizli olaraq Türkiyəyə getdi. 1924–1926-cı illərdə İstanbulda "Qafqazın Qurtuluş Komitəsi"nin fəaliyyətində iştirak etmişdir.

1927-ci ildən Fransa, İtaliyaAlmaniyada yaşamışdı. Mühacir mətbuatı ilə fəal əməkdaşlıq edirdi.

David Vaçnadze 4 kitabın və 30-a qədər məqalənin, həmçinin xatirələrin müəllifidir. Paris icmasının mədəni həyatında iştirak etmiş, mühazirələr oxumuşdur. Vaçnadze bir neçə gürcü mühacir təşkilatının üzvü idi.[2]

İkinci Dünya müharibəsi zamanı, 1942-ci ildə, Almaniya Xarici İşlər Nazirliyi vasitəsi ilə Berlində mühacir Zaqafqaziya hökumətlərinin üzvü olaraq konqresdə iştirak etdi. Konqresə dəvətlilər "Adlon" Otelində qalırdılar, buna görə də konqres "Adloniada" adlanırdı. Konqresin əsas məqsədi Cənubi Qafqazda müstəqil ölkələr qurmaq idi.[3] Lakin Fridrix-Verner fon Şulenburqun planı həyata keçirilmədikdən sonra Vyanaya köçdü. Müharibədən sonra Qərbi Almaniyayada məskunlaşdı. 1962-ci il yanvarın 23-də Münhendə vəfat etmişdir.

Həyat yoldaşı və qızları Qazaxıstana sürgün edilmişdilər.

  1. "Remix of "საქართველოს დამოუკიდებლობის დეკლარაცია" by Liza Buskhrikidze". 2019-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  2. "Давид Вачнадзе: ПРОБЛЕМА КАВКАЗА". 2017-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  3. "КАВКАЗСКАЯ КОНФЕДЕРАЦИЯ — РАЗБИТЫЕ МЕЧТЫ". 2016-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-22.
  • Ł. Muchin, M. Awril, W. Łosska, Российское зарубежье во Франции 1919–2000, 2008
  • ვაჩნაძე დავით // ქართველები უცხოეთში: წ.1 / რუსუდან დაუშვილი, გრიგოლ კალანდაძე, რუსუდან კობახიძე, გოჩა ჯაფარიძე, თემურ ტარტარაშვილი. — თბ., 2012. — გვ.85–87.
  • ფირცხალავა, დევი. დავით ვაჩნაძე და მისი შთამომავლები: რუსუდან დაუშვილის საუბარი დევი ფირცხალავასთან //ომეგა. — 2003. — N7. — გვ.120–124.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]