Dayana Ter-Hovanesyan (ing. Diana Der Hovanessian; 21 may 1934, Vuster[d], Massaçusets – 1 mart 2018[1], Kembric, Massaçusets) ― erməni əsilli ABŞ şairi, tərcüməçisi və yazıçısı. Onun şeirlərinin əksəriyyəti Ermənistana və erməni diasporuna həsr olunmuşdur. O, iyirmi beşdən çox kitab müəllifidir.
Dayana Ter-Hovanesyan | |
---|---|
ing. Diana Der Hovanessian | |
Doğum tarixi | 21 may 1934 |
Doğum yeri |
|
Vəfat tarixi | 1 mart 2018[1] (84 yaşında) |
Vəfat yeri |
|
Təhsili | |
Fəaliyyəti | şair, tərcüməçi, yazıçı |
Janr | poeziya |
dianaderhovanessian.com |
Dayana Ter-Hovanesyan Massaçusets ştatının Vuster şəhərində yaşayan erməni ailəsində anadan olub.[2] O, ingilis dili ixtisası üzrə Boston Universitetində təhsil almışdır və daha sonra təhsilini Harvard Universitetində davam etdirdi, tanınmış ABŞ şairi Robert Louell orada onun müəllimlərindən biri idi..[3] O, İrəvan Dövlət Universitetində Amerika ədəbiyyatı üzrə professor, iki dəfə isə erməni poeziyası üzrə Fulbrayt qrantı proqramı üzrə professor dərəcəsini almışdır. Boston Universiteti, Bard Kolleci və Kolumbiya Universiteti də daxil olmaqla bir çox təhsil müəssisələrində seminarlar aparmışdır və həmçinin qonaq şair və Amerika poeziyası, tərcümədə erməni poeziyası və Amerika Birləşmiş Ştatları və xarici ölkələrdə insan hüquqları ədəbiyyatı mövzuları üzrə mühazirəçi olmuşdur.[4] Otuz ildən çox müddət ərzində o, Yeni İngiltərə poeziya klubunun (ing. New England Poetry Club) prezidenti vəzifəsində çalışmış[5] və Kolumbiya Universitetinin tərcüməçilər şurasının üzvü olmuşdur.[6] O, bir neçə Massaçusetts məktəblərində şair olaraq çalışırdı.[7]
Şeirlərinin üç cildi erməni dilinə tərcümə edilərək İrəvanda nəşr edilmişdir. Bundan başqa, onun əsərləri yunan, fransız və rumın dillərinə tərcümə edilmişdir.[8] Ter-Hovanesyanın şeirləri "The New York Times", "Christian Science Monitor", "The Boston Globe", "Paris Review", "Writer's Almanac", "AGNI", "American Poetry Review" və "The Nation" kimi jurnallarda dərc olunmuşdur.
"Mən demək olar ki, hər gün yazıram" (Ter-Hovanesyanla intrevyu) (ing.)