Denden-qu

Denden məbədi (電電宮, Denden-qu?)Yaponiyanın Kioto şəhərinin Nişikyo rayonunda yerləşən şintoist məbədi. Elektrik və radio dalğaları kamisi Denden-Myocinə həsr olunmuşdur.

Şintoizm
Denden məbədi (電電宮?)
Din
Həsr olunub Denden-Myocin
Festivalları 23 may
Yerləşməsi
Ölkə Yaponiya Yaponiya
Prefektura  Kioto prefekturası
Şəhər Kioto
Rayon Nişikyo
Denden məbədi xəritədə
Denden məbədi
Denden məbədi
Saytı
kokuzohourinji.com/dende…
Şintoizm terminologiyası

Denden-Myocin orta əsrlərdə Kiotonun kiçik bölgələrində sitayiş edilən ildırım kamisi olmuşdur.[1] Bu tanrı kənd təsərrüfatı və çəltik yığımı ilə də assosiasiya edilmişdir.[1] Yaponiyada Denden-Myocinə həsr olunmuş yeganə məbəd Horin məbəd kompleksinin içində tikilmişdir.[1] Məbəd yerli sakinlər arasında populyar olsa da, 1864-cü ildə Hamaquri darvazası üsyanı zamanı baş verən yanğın nəticəsində məhv olmuş və bərpa olunmamışdır.[1]

1956-cı ildə Kinki Radio Tənzimləmə Şurasının direktorunun təklifi ilə Denden-Myocinə həsr olunmuş yeni məbəd tikilmişdir.[1] Bu zamandan etibarən Denden-Myocin elektrikradio dalğalarının kamisi hesab olunmağa başlamışdır.[1] Osaka prefekturasında baş tutan Ekspo 70 tədbiri münasibətilə 1969-cu ildə məbəd yenilənmişdir.[2]

Xüsusiyyətlər

[redaktə | mənbəni redaktə et]

Məbəddə Henrix HersTomas Edisona həsr olunmuş abidə tikilmişdir.[1] Məbəd kompüter mühəndisləri, proqramçılar, telefon xidməti provayderləri arasında populyardır.[1] Elektrikli nəqliyyat vasitələrinə sahib şəxslər təhlükəsiz səyahət üçün bu məbəddə dua edirlər.[1]

Məbəddə satılan omamorilər 16 qiqabaytlıq SD yaddaş kartı formasındadır.[1] Məbədin illik festivalı 23 may tarixində baş tutur.[2]

  1. 1 2 3 4 5 6 7 8 9 10 "Denden-gu". Atlas Obscura (ingiliscə). 2 avqust 2022. 2022-09-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2022.
  2. 1 2 "Denden-gu Shrine". Kokuzo Hourinji (ingiliscə). 2022-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 sentyabr 2022.