Denis mağarası

Denis mağarası (altay dili. Аю-Таш) — Dağlıq Altayda, Anuy çayı (Rusiyanın Altay diyarının Ust-Kan rayonu) sahilində mağara, çoxtəbəqəli arxeoloji abidə.

Denis mağarası
altay dili. Аю-Таш
Mağaranın girişi
Mağaranın girişi
Ümumi məlumatlar
Uzunluğu 110 m
Sahəsi 270 m²
Yerləşməsi
51°23′51″ şm. e. 84°40′34″ ş. u.HGYO
Ölkə  Rusiya
Region
Rayon
  • Ust-Kan rayonu
Denis mağarası xəritədə
Denis mağarası
Denis mağarası
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Denis mağarasından Anuy çayı dərəsinin görünüşü

Mağara Anuy çay dərəsinin sağ sahilində, Qara Anuy kəndindən 6 km aşağıda yerləşir. Mağara dəniz səviyyəsindən 670 metr, çay yatağından isə 28 metr yüksəklikdə yerləşir. Mağaraya giriş Anuy silsiləsinin cənub-qərb və qərb ətəyindədndir. Mağara horizontal forma tipinə, geniş girişə və suya yaxın yerləşdiyindən uzun müddət qədim yaşayış məskəni olmuş. Mağaraya çatmaq asandır və o üzdən bölgədə çox məşhurdur.

Sahəsi 270 m², uzunluğu 110 metr olan mağaranın arxeoloqlar üçün maraqlı hissəsi onun girişdən sonrakı (qrott) hissəsidir. Oval formasında olan giriş ortalama 32×7 metrdir, üzü cənub-qərb istiqamətə baxır. Girişdən sonra mağara daxili tədricən genişlənir və 10 -11 metrə çatır. Daxili hissə sonra tədricən bir neçə hissələrə bölünür və mağaranın davamını təşkil edir. Mağaranın əsas hissəsi il boyu quru qalır. Baxmayaraq ki, temperatur mağara xaricində olan temperatura yaxındır.

Tədqiqat tarixi

[redaktə | mənbəni redaktə et]

Yerli camaat onu “Ayu taş” (ayı daşı) adlandırır. Mağaranın Denis adlandırılması XVIII əsrin sonlarında bu ərazidə yaşamış tərkidünya Dionisinin adı ilə bağlıdır. 1926, 1977, 1979-cu illərdə tədqiq olunmuş, 1982-ci ildən isə müntəzəm arxeoloji qazıntılar başlamışdır. 22 təbəqə müəyyən edilmişdir. Mərkəzi zalda aparılmış radiokarbon analizləri təbəqələrin təqribən 37235 (11-ci təbəqə), 34700 və 39360 (21-ci təbəqə) il bundan əvvələ aid olduğunu göstərir. Termolüminessensiya metodu ilə alınmış nəticələrə görə 14-cü, 21-ci və 22-ci təbəqələr 69 min – 300 min il bundan əvvələ aiddir.

Alimlərin xronologiyanın bu üsulla təyin olunmasını daha dəqiq hesab etməsi, onun paleomaqnit üsulu ilə aparılan analizə uyğun gəlməsidir. Mərkəzi zalda (22–12-ci təbəqələr) və giriş hissəsindəki təbəqələr Mustye dövrünə (əsasən, qaşovlar, həmçinin itiuclular, dişli-gəzli alətlər də var) aiddir. 11-ci təbəqə Orta Paleolitdən Üst Paleolitə keçid, 9-cu təbəqə isə Üst Paleolit dövrünün başlanğıcına aiddir. 12-ci və 22-ci təbəqələrdən Neandertal adamına, digər ehtimallara görə Homosapiensə aid olan dişlər tapılmışdır. Son təbəqələr isə Tunc (Karasuk mədəniyyətinə aid bıçaq və s.) və Erkən Dəmir dövrü, orta əsrlərə (o cümlədən 15 əsrə aid dəmir əşyalar dəfinəsi) və yeni dövrə aiddir.[1].[2].

  • Denis mağarası // Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk. Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 476. ISBN 978-9952-441-11-6.
  • Деревянко А. П.Молодин В. И. Денисова пещера. Новосибирск, 1994. Ч. I. — 262 с.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]