Devid Emil Andersen - (ing. David Emil Andersen; 23 iyun 1980, Melburn) 23 iyun 1980-cı ildə Melburnda anadan olmuşdur. Avstraliyanın "Melburn Yunayted" və Avstraliya komandasında çıxış edən peşəkar Avstraliya basketbolçusu. Mərkəz və ağır forvard mövqeyində oynayır. "Virtus" (2001) və "OMİK" Moskva (2006, 2008) komandalarının tərkibində üç qat Avropa çempionatının qalibidir. O, eyni zamanda Danimarka vətəndaşıdır.
Devid Andersen | |
---|---|
Mövqeyi | Uzun hücumçu, mərkəz |
Boyu | 211 sm |
Çəkisi | 113 kq |
Vətəndaşlığı | |
Doğum tarixi | 23 iyun 1980 (44 yaş) |
Doğum yeri | |
Oyunçu seçimi | Atlanta Hoks |
Vikianbarda əlaqəli mediafayllar |
Devid Andersen Avstraliya idman institutunu bitirmişdir. O, 1998-ci ildə ilk dəfə "Vullonqonq Xoks" klubu ilə müqavilə imzalamış və həmin komandanın tərkibində Avstraliyanın Milli basketbol liqasında bir mövsüm oynamışdır. 1999-cu ildə Andersen Avropaya getmiş və İtaliyanın "Virtus" komandasında çıxış etmişdir.
2001-ci ildə o, "Virtus" komandasının tərkibində ilk dəfə basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 2003-2004-cü il mövsümündə "Siena" komandasının tərkibində oynamışdır.
2004-cü ildə Moskvanın "OMİK" komandasının tərkibinə keçmiş, bu komandada oynadığı 4 mövsümdə o, Avropa basketbolunun ən yaxşı mərkəz hücumçusu şöhrətini qazanmışdır. 2005-ci ildə "OMİK" basketbol klubuna Bolonyada Andersenlə birlikdə işləmiş İtaliyalı məşqçi Ettope Messina rəhbərlik etmişdir. Onun rəhbərliyi altında Devid daha 2 dəfə: 2006-cı və 2008-ci illərdə basketbol üzrə Avropa çempionatının qalibi olmuşdur. 2008-ci ildə Devid Andersen "Barselona" basketbol komandasına keçmiş və o, bu komandanın tərkibində çıxış edən ilk Avstraliyalı basketbolçu olmuşdur.
14 iyul 2009-cu ildə "Xyuston Pokets" basketbol klubu Andersen üçün "Atlanta" komandasına 2 mln. dollar ödəmişdir.[1] Klub həmçinin Devid Andersenlə 2 il müddətinə müqavilə imzalamaq üçün "Barselona" klubuna 500 min dollar ödəmişdir.[2] NBA-da özünün debut mövsümündə Andersen 63 oyun keçirmiş və orta hesabla 5,8 xal toplamışdır.
28 iyul 2010-cu ildə "Xyuston Pokets" basketbol klubu Anderseni "Toronto Reptors" klubuna vermişdir.[3] 20 noyabr 2010-cu ildə Andersen Carret Ceklə birlikdə Çerrid Beylessin və Predraq Stoyakoviçlə əvəz olunaraq "Nyu-Orlean Xornets" basketbol komandasının tərkibinə keçmişdir.[4]
2011-ci ilin iyun ayında Devid İtaliyanın "Siena" basketbol komandasına qayıtmışdır.[5]
16 avqust 2012-ci ildə "Fənərbaxça Ülker" komandası ilə müqavilə imzalamışdır.
Andersen 1998-ci ildən Avstraliya yığmasının tərkibində çıxış edir. Əvvəlcə o, 18 yaşadək gənclər arasında dünya çempionatında iştirak etmişdir. Devid Andersen Avstraliya yığmasının tərkibində 2004-cü ildə keçirilən yay Olimpiya oyunlarında (9-cu yer) və 2008-ci ildə keçirilən yay Olimpiya oyunlarında (7-ci yer) çıxış etmişdir.