Devid Marşal Lenq

Devid Marşal Lenq(ing. David Marshall Lang; 6 may 192420 mart 1991, Harlov[d], Esseks[d]) — tarixçi. London universitetində Qafqaz tədqiqatları professoru. Gürcüstan, ErmənistanBolqarıstan üzrə mütəxəssis.

Devid Marşal Lenq
Doğum tarixi 6 may 1924(1924-05-06)
Vəfat tarixi 20 mart 1991(1991-03-20) (67 yaşında)
Vəfat yeri
Elm sahəsi tarix[1]
İş yerləri
  • London Universiteti[d],
  • London Universitetinin Şərqşünaslıq və Afrikaşünaslıq Məktəbi[d]

Devid Marşal Lenq 6 may, 1924-cü ildə anadan olmuşdu. Kembric Müqəddəs İohan kollecini bitirmişdi. II Dünya Müharibəsi dövründə zabit kimi İranda xidmət etmişdi.1944-cü ildə Təbriz şəhərində vitse-konsul kimi çalışmışdı. Təbrizin Bərnəva məhəlləsində yaşayan ermənilərlə tanış olmuşdu. 1949-cu ildə London Şərq və Afrika məktəbində (SOAS) işləməyə başlamışdı.

D. M. Lenq Amerikanın numizmatika cəmiyyətində saxlanılan, elmə 2 variantda məlum olan belə sikkələri gürcü ərəb bənzətmələrinə, daha dəqiq desək, Abbasi dirhəmlərinə aid edib.

Devid Marşal Lenq 20 mart, 1991-ci ildə vəfat edib.

  • The Last Years of the Georgian Monarchy, 1658–1832 (New York: Columbia University Press, 1957)
  • First Russian Radical, Alexander Radischev, 1749–1802 (London: George Allen & Unwin, 1959)
  • A Modern History of Georgia (London: Weidenfeld and Nicolson, 1962)
  • The Georgians (New York: Praeger, 1966)
  • Armenia: Cradle of Civilization (London: George Allen & Unwin, 1970)
  • Peoples of the Hills: Ancient Ararat and Caucasus by Charles Allen Burney and D. M. Lang (London: Weidenfeld and Nicolson, 1971)
  • Bulgarians: From Pagan Times to the Ottoman Conquest (London: Thames and Hudson, 1976)
  • Lives and Legends of the Georgian Saints (New York: Crestwood, 1976)
  • The Armenians: A People in Exile (London: Allen and Unwin, 1981)
  • Armenia and Karabagh: the Struggle for Unity (London: Minority Rights Group, 1991)
  1. 1 2 Lang, David Marshall // Çex Milli Hakimiyyət Məlumat bazası.