Diş dişqurtlayan (lat. Ammi visnaga) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin dişqurtlayan cinsinə aid bitki növü.
Diş dişqurtlayan | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Diş dişqurtlayan |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün çırtlanmış tum qabığını xatırladan dişqurtlayan meyvələrinin çəyirdəyi bəlkə də ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı.
Dişqurtlayan ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir.
1 m-ə qədər hündürlüyü olan çoxbudaqlı ikillikot bitkisidir. Milşəkilli odunlaşmış incəbudaqlı kökə malikdir. Dikdayanan, incəşırımlı, en kəsiyində dəyirmi gövdəsi, növbəli düzülmüş, ayaları ikili və ya üçlü yarılmış və xətvarı paylar əmələ gətirmiş yarpaqları var.
Xoşagəlməyən qoxusu olan, ağ rəngli xırda çiçəkləri gövdə və budaqların sonunda məskunlaşaraq çoxşüalı, diametri 6-10 sm olan mürəkkəb çətirşəkilli çiçək qrupunu əmələ gətirmişdir. Çətirlərdəki şüalar müxtəlif uzunluqda olur. Şüalar çiçəkləyən dövrdə dağınıq, meyvələr yetişən dövrdə isə bir-birinə sıxılmış vəziyyətdə yerləşir.
Meyvəni yumurtavari və ya uzunsov-yumurtavari formalı iki yarımmeyvədən təşkil olunmuş sallaqmeyvədənibarətdir.
İyun-iyul aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvəsi yetişir.
Dişqurtlayan yabanı halda MDB məkanında, əsasən Azərbaycanda, Orta Asiyada və Qafqazda yayılmışdır.
Azərbaycanda əsasən Samur-Dəvəçi, Xəzərsahilli və Lənkəran düzənliklərində, Böyük və Kiçik Qafqazın orta dağ qurşağına qədər olan ərazilərdə rast gəlinir.
Quru yamaclarda, əkin yerlərində, dağ meşələrinin ətəklərində bitir.
Dərman bitki xammalı kimi dişqurtlayan meyvələrini onların kütləvi şəkildə yetişdiyi dövrdə tədarük edirlər. Bu məqsədlə, əsasən yetişmiş meyvələri, qismən yetişməmiş meyvələri toplayır, kənar qarışıqlardan, qüsurlu hissələrdən təmizləyir və havası dəyişilən mənzillərdə, altıaçıqlarda və s. yerlərdə qurudurlar.
Meyvələrin tərkibində furanoxromonun törəmələri olan birləşmələr: kellol, visnaqin, kellol qlikozodi və s., piranokumarinlər: samidin, dihidrosamidin, visnadin və s. aşkar edilmişdir. Meyvələrində həmçinin akasetin flavonodi, 0,2 %-ə qədər piyli yağ və s. maddələr var.
Dişqurtlayan meyvələrinin təsiredici maddələrinin spazmolitik təsiri saya əzələli orqanlarda təzahür edir və ilk növbədə sidik yollarında, bağırsaqlarda, bronxlarda, tac damarlarda özünü büruzə verir.
Dişqurtlayanın əsas təsiredici maddəsi kellin də spazmolitik təsirə malikdir. O, damarların, bağırsağın, sidik kisəsinin və öd kisəsinin divarlarının tonusunu azaldır, bronxların və ürəyin vena damarlarını genəldir. Təsiredici maddələrin məcmusu zəif sedativ təsir göstərir.
Visnadin kumarini ürəyin tac arteriyalarına, bronxlara, sidik və öd yollarına qarşı spazmolitik fəallıq göstərir, visnadin həmçinin fotosensibilizəedici təsirə də malikdir və bu dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır.
Dişqurtlayan tibdə spazmolitik təsir göstərən vasitə kimi ürəyin stenokardiya xəstəliyində, göyöskürək, bronxial astma, mədə və bağırsaq spazmlarında, həmçinin ürək arteriyalarını genəldici vasitə kimi aterosklerotik kardioskleroz və xroniki ürək çatışmazlığında istifadə edilir.