Diana Əhədpur (17 aprel 1986, Tbilisi) — Azərbaycanlı model,[1] modelyer və iş qadını,[2] "Diana Ahadpour" brendinin yaradıcısı. Onun geyimləri dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda bir çox moda həftələrində nümayiş etdirilmişdir.[3]
Diana Əhədpur | |
---|---|
Doğum tarixi | 17 aprel 1986 (37 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | model[d], dəb dizayneri, biznes ledi |
Fəaliyyət illəri | 2004–h.h. |
dianaahadpour.com |
Diana Əhədpur 17 aprel 1986-cı ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-in paytaxtı Tbilisi şəhərində anadan olmuşdur. O, 1993-cü ildə Bakı şəhəri Nizami rayonu Məzahir Rüstəmov adına 32 nömrəli məktəbə, 2004-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının moda fakültəsinə daxil olmuşdur.[4]
Diana Əhədpur 2004-cü ildə peşəkar model karyerasına başlamışdır. O, 2012-ci ildə 1-ci vitse miss Azərbaycan tituluna layiq görülmüşdür. Əhədpur 2017-ci ildə "Diana Ahadpour" brendi altında bir geyim markası yaratmış, modelyerlik karyerasına başlamışdır.[5] 17 iyun 2017-ci il tarixində Bakı şəhərində yerləşən "Port Baku Mall"da "Diana Ahadpour" brendinin butiki açılmışdır.[6][7] 2018-ci ildə "Azerbaijan Fashion Week 2018" tədbirində Əhədpurun geyimləri nümayiş olunmuşdur.[8][9] Əhədpur 2018-ci ildə "Best Awards" nominasiyasına layiq görülmüşdür. O, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən bir neçə multibrend mağazalara kapsul kolleksiyalarini təqdim etmişdir. Əhədpur 2019-cu ilde BƏƏ-nin Dubay şəhərində ərəb qadınlar üçün hazırlanmış kolleksiya ilə daha bir butik açmışdır. O, 2021-ci ildə iştirak etdiyi "Dubai Fashion 2021" moda sərgisində tamaşaçılardan tam xal almışdır.[10] Əhədpur həmin ilin martında Türkiyənin İzmir şəhərində də bir mağaza açmışdır.[11]
Diana Əhədpur iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə ailəlidir, cütlüyün bir övladı var.[12] O, hal-hazırda Dubay şəhərində yaşayır.[13] Əhədpur 2020-ci il Tovuz döyüşləri zamanı şəhid Vüqar Sadıqovun üç övladını himayəsinə götürmüşdür.[14]