Diana Ahadpour

Diana Əhədpur (17 aprel 1986, Tbilisi) — Azərbaycanlı model,[1] modelyer və iş qadını,[2] "Diana Ahadpour" brendinin yaradıcısı. Onun geyimləri dünyanın müxtəlif ölkələrində, o cümlədən də Azərbaycanda bir çox moda həftələrində nümayiş etdirilmişdir.[3]

Diana Əhədpur
Doğum tarixi 17 aprel 1986(1986-04-17) (37 yaş)
Doğum yeri
Vətəndaşlığı  SSRİ
 Azərbaycan
Milliyyəti azərbaycanlı
Təhsili
Fəaliyyəti model[d], dəb dizayneri, biznes ledi
Fəaliyyət illəri 2004–h.h.
dianaahadpour.com

Həyatı[redaktə | mənbəni redaktə et]

Diana Əhədpur 17 aprel 1986-cı ildə SSRİ respublikalarından olan Gürcüstan SSR-in paytaxtı Tbilisi şəhərində anadan olmuşdur. O, 1993-cü ildə Bakı şəhəri Nizami rayonu Məzahir Rüstəmov adına 32 nömrəli məktəbə, 2004-cü ildə isə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının moda fakültəsinə daxil olmuşdur.[4]

Karyerası[redaktə | mənbəni redaktə et]

Diana Əhədpur 2004-cü ildə peşəkar model karyerasına başlamışdır. O, 2012-ci ildə 1-ci vitse miss Azərbaycan tituluna layiq görülmüşdür. Əhədpur 2017-ci ildə "Diana Ahadpour" brendi altında bir geyim markası yaratmış, modelyerlik karyerasına başlamışdır.[5] 17 iyun 2017-ci il tarixində Bakı şəhərində yerləşən "Port Baku Mall"da "Diana Ahadpour" brendinin butiki açılmışdır.[6][7] 2018-ci ildə "Azerbaijan Fashion Week 2018" tədbirində Əhədpurun geyimləri nümayiş olunmuşdur.[8][9] Əhədpur 2018-ci ildə "Best Awards" nominasiyasına layiq görülmüşdür. O, 2018-ci ildə Türkiyənin İstanbul şəhərində yerləşən bir neçə multibrend mağazalara kapsul kolleksiyalarini təqdim etmişdir. Əhədpur 2019-cu ilde BƏƏ-nin Dubay şəhərində ərəb qadınlar üçün hazırlanmış kolleksiya ilə daha bir butik açmışdır. O, 2021-ci ildə iştirak etdiyi "Dubai Fashion 2021" moda sərgisində tamaşaçılardan tam xal almışdır.[10] Əhədpur həmin ilin martında Türkiyənin İzmir şəhərində də bir mağaza açmışdır.[11]

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

Diana Əhədpur iranlı biznesmen Əhədpur Xangah Mənuçehrlə ailəlidir, cütlüyün bir övladı var.[12] O, hal-hazırda Dubay şəhərində yaşayır.[13] Əhədpur 2020-ci il Tovuz döyüşləri zamanı şəhid Vüqar Sadıqovun üç övladını himayəsinə götürmüşdür.[14]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Azərbaycanlı dizayner dünyaca məşhur futbol ulduzu ilə bir arada - FOTO". Baku.WS (az.). 17 avqust 2020. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  2. Hacıyev, Orxan. "9 successful Azerbaijanis who are changing the beauty, IT and design industries". WEmedia (ingilis). 26 yanvar 2020. 2021-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  3. "Məşhur azərbaycanlı modelyer evli kişilərlə sevgili olmasından danışdı". Sputnik Azərbaycanca (az.). 11 mart 2020. 2021-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  4. Sausan Jouda, Diana Ahadpour. ДИАНА АХАДПУР Прошлое, любовь, тяжёлая жизнь современной Золушки ФРУКТОВЫЙ ЧАЙ С САУСАН (video) (rus). Rusiya: YouTube. 27 fevral 2020. 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 aprel 2021.
  5. "Diana Ahadpour". Navigator.az (ingilis). 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  6. "Diana Ahadpour Port Baku Mall-da öz şəxsi brendinin butikini açdı!". Baku.WS (az.). 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  7. "В Баку представлена летняя коллекция Diana Ahadpour – открытие бутика (ФОТО)". Trend İnformasiya Agentliyi (rus). 20 iyun 2017. 2017-06-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  8. "Bakıda "Azerbaijan Fashion Week" rəsmi moda həftəsinin 7-ci mövsümü təşkil ediləcək". Azərbaycan Dövlət İnformasiya Agentliyi (az.). 11 may 2018. 27 July 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  9. İsmayılova, Ləman. "Azerbaijan Fashion Week 2018 comes to end [PHOTO]". AzerNews (ingilis). 21 may 2018. 23 October 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  10. "Dubai'de herkes Azeri model Diana Ahadpour'un güzelliğini konuşuyor". Timeturk (türk). 22 fevral 2021. 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  11. "Azeri model Diana Ahadpour, İstanbul'dan sonra İzmir'e mağazasını açtı". Hüriyyət (türk). 2 mart 2021. 2021-04-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  12. Hüseyn, Pərviz. ""Mən səni də, Ermənistanı da pulla basdıraram" - Azərbaycanlı modelyerdən erməniyə". MediaPost (az.). 4 oktyabr 2020. 2021-07-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  13. "Mətanət İsgəndərli iş adamına ərə gedən keçmiş modelin Bodrumdakı villasında - VİDEO". Oxu.az (az.). 5 sentyabr 2020. 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.
  14. "Mətanət İsgəndərli Diana Əhədpurun Bodrumdakı villasında (VİDEO)". Qaynarinfo.az (az.). 5 sentyabr 2020. 2021-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2021.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]