Dinar dağları | |
---|---|
Ölkə(lər): | Sloveniya Xorvatiya Bosniya və Herseqovina Serbiya Albaniya Monteneqro Kosovo |
Qitə: | Avropa |
Uzunluq: | 645 km |
Ən yüksək zirvə: | Yezerçe (2,694 m) |
Geoloji quruluş: | Çökmə süxurlar |
Koordinatlar: | 45° şm. e. 17° ş. u.HGYO |
Dinar dağları (serb. Динариди, xorv. Dinaridi, sloven. Dinaridi, bosn. Dinaridi, mont. Динариди, alb. Malësia E Dignarit və ya Dinar Alpları) — Balkan yarımadasının ən böyük dağ silsilələrindən biridir.[1][2] O, Sloveniya, Xorvatiya, Bosniya və Herseqovina, Serbiya, Albaniya, Monteneqro və Kosovo ərazisini əhatə edir. Dinar dağlarınn ən yüksək nöqtəsi Albaniya sərhədləri daxilindədir və buradakı hündürlük 2694 metrdir.[3]