Dini seqreqasiya — insanların dinlərinə görə ayrılması. Termin ictimai hadisə kimi baş verən dini əsaslı seqreqasiya hallarına, eləcə də açıq və ya gizli formada baş tutmasından asılı olmayaraq qanunlardan irəli gələn seqreqasiya hallarına tətbiq edilmişdir.[1][2]
Oxşar dini aparteid termini insanların dinlərinə, o cümlədən sosioloji hadisələrə görə ayrıldığı vəziyyətlər üçün də istifadə edilmişdir.[3][4]
Bəhai inancına mənsub olanlar kimi digər dini azlıqlar hökumət tərəfindən tanınmır və buna görə də öz dinlərinə etiqad etmək üçün heç bir qanuni müdafiə və ya konstitusiya hüququ yoxdur.[5] Bəhai Hüquqları üzrə Müsəlman Şəbəkəsi bəhai tələbələrinin dinlərinə görə universitetdən qovulması halları barədə məlumat vermişdir.[6][7][8] "Times Higher Education" qəzetinin məlumatına görə, bəhai pedaqoqlarından İran universitetlərində dərs demək üçün öz inanclarından əl çəkmələri tələb olunur.[9]
2015-ci ildə Malayziya hüquq müdafiəçisi Şəfiqə Osman Həmzə Malayziyada müxtəlif dinlərə qarşı aparteid siyasətlərinin tətbiqinin institutlaşdığını və geniş yayıldığını qeyd etmişdir. O, əlavə etmişdir ki, "Malayziyada yaşadıqlarımızın demək olar ki, aparteiddən heç bir fərqi yoxdur".[10]
İndiki dövrdə Pakistan rəsmi olaraq islam ölkəsidir və kimin müsəlman, kimin qeyri-müsəlman olmadığını müəyyən edir. Bu şərtlər altında əhmədi müsəlmanlar ölkənin qanunu ilə qeyri-müsəlman elan edilir və onlar öz inanclarını sərbəst şəkildə həyata keçirə bilməzlər. Onlara məscidlərini məscid adlandırmaq, əssalamu əleykum formasında insanlarla görüşmək qadağandır. Əhmədi müsəlmanlar Pakistan daxilində hökumətdən və hər hansı digər yüksək vəzifələrdən kənarlaşdırılır. Əhmədi müsəlmanlarının məktəb, kollec və universitetlərdən əhmədi müsəlman olduqlarına görə qovulması halları qeydə alınmışdır.[11][12]
1 mart 2004-cü ilə qədər Səudiyyə Ərəbistanı hökumətinin rəsmi internet saytında yəhudilərin ölkəyə girişinin qadağan edildiyi bildirilirdi, lakin bu təcrübə tətbiq edilməmişdir.[13][14][15]
Məkkədə yalnız müsəlmanlara giriş icazəsi verilir, qeyri-müsəlmanlar isə içəri girə və ya oradan keçə bilməzlər. Qeyri-müsəlman olaraq Məkkəyə girməyə cəhd etmək cərimə kimi cəzalarla nəticələnə bilər.[16] Qüyri-müsəlman olaraq Məkkədə olmaq deportasiya ilə nəticələnə bilər.[17]
↑Knox, H. M. "Religious Segregation in the Schools of Northern Ireland". British Journal of Educational Studies. 21 (3). October 1973: 307–312. doi:10.1080/00071005.1973.9973387. JSTOR3120328. "...[S]egregated schooling, although in theory open to all, is in practice availed of by virtually only one denomination...." Also refers to pre-Partition religious schools which retained their exclusively Catholic demographics after Partition.
↑Religion In Schools // The Big Debate. 2008-01-29. 0:09:29 and 0:11:52 minutes in. 2008-09-21 tarixində orijinalından arxivləşdirilib., in which Rabbi Dr Jonathan Romain says (at 0:09:29): "If you have separate Jewish, Catholic, Muslim, Sikh, Hindu schools, essentially you're segregating children, you're separating children" and (at 0:11:52): "It's a religious apartheid society we're creating."
↑Sandra Mackey's account of her attempt to enter Mecca in Mackey, Sandra. The Saudis: Inside the Desert Kingdom. W. W. Norton & Company. 1987. 63–64. ISBN978-0-393-32417-4.