Diqlas Ticarət Mərkəzində yanğın (2019)

Diqlas Ticarət Mərkəzində yanğınBakıda, Nizami rayonu, Qara Qarayev küçəsi 81Q ünvanında yerləşən ticarət mərkəzində baş vermiş yanğın.[1]

Diqlas Ticarət Mərkəzində yanğın
Ölkə  Azərbaycan
Yanma tarixi 26 mart 2019
Səbəbi Ticarət mərkəzinə yaxın dönərxanaların birində baş vermiş yanğın[1][2]
Diqlas Ticarət Mərkəzində yanğın xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Zəmin[redaktə | mənbəni redaktə et]

Yanğın səhər saatlarında baş verib. Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti və Aviasiya dəstəsinin 3 ədəd helikopteri tərəfindən yanğının söndürülməsi üçün tədbirlər davam edir.[1][3] Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova deyib:

" Ticarət mərkəzinə mülki adamları buraxmırdılar, ona görə onlardan xəsarət alan olmayıb. Yanğınsöndürənlərdən 6 nəfər yüngül xəsarət alıb, onlara da Sabunçu xəstəxanasında yardım göstərilib və buraxılıb[1] "

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov hadisə yerində olub:

" Yanğının qonşuluqdakı tikililərə keçməsinə imkan verilməyib. Əks halda, hadisənin qarşısını almaq çox çətin olardı. Çünki ticarət mərkəzinin binasının bayır hissəsi alkopon materiallarla üzlənib. Bunlar isə yanan maddələrdir[1] "

Yanğın zamanı bir nəfər əlinin kəsilməsi ilə bağlı xəstəxanaya yerləşdirilib. Nazirlikdən verilən məlumata görə, həmin şəxs 3 saylı Sabunçu Rayon Xəstəxanasına yerləşdirilib:

" Şəxsiyyəti hələ dəqiqləşdirilməyib, amma Fövqəladə Hallar Nazirliyinin əməkdaşı olduğu məlumdur[4] "

6 saylı Təcili Tibbi Yardım Stansiyasının həkiminin verdiyi məlumata görə yanğında 10 nəfər tüstüdən zəhərlənib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov bildirib ki, hadisə ilə əlaqədar şöbəyə gətirilən olmayıb.[3]

Yanğın elektrik naqillərini də sıradan çıxarıb.[3]

Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, hazırda kəşfiyyat, soyutma, gizli yanğın və tüstülənmə mənbələrinin aşkar olunması üçün söküntü işləri aparılır.[5]

Reaksiyalar[redaktə | mənbəni redaktə et]

Ölkə daxili[redaktə | mənbəni redaktə et]

Ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə müşavirə keçirilib[6]. Elə həmin gün Azərbaycan Respublikası Prezidenti "Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında" Sərəncam imzalamışdır[7].

Martın 29-da isə "Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 3,0 (üç) milyon manat ayrılmışdır[8].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 4 5 ""Diqlas" ticarət mərkəzində yanğın davam edir". bbc.com. 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
  2. "Bakıda məşhur ticarət mərkəzi yandı - Yenilənib + Foto + Video". qafqazinfo.az. 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
  3. 1 2 3 "Bakıda dəhşətli yanğın: "Diqlas"ı sökməyə başladılar - VİDEO + YENİLƏNİB". oxu.az. 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
  4. "Bakıda ticarət mərkəzində yanğın baş verib". amerikaninsesi.org. 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
  5. "FHN: hazırda ticarət mərkəzində gizli yanğın və tüstülənmə mənbələrinin aşkarlanması üçün söküntü işləri aparılır". azertag.az. 26 mart 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 mart 2019.
  6. Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar İlham Əliyev in sədrliyi ilə müşavirə keçirilib Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az, 28.03.2019  (az.)
  7. Bakı şəhərinin Nizami rayonu ərazisində “Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar Komissiyanın yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2021-10-26 at the Wayback Machine. president.az, 28.03.2019  (az.)
  8. Bakı şəhərinin Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğın nəticəsində zərər çəkmiş sahibkarlara maddi yardım göstərilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Arxivləşdirilib 2019-03-29 at the Wayback Machine. president.az, 29.03.2019  (az.)