Dmitri Kramarenko

Dmitri Kramarenko (12 sentyabr 1974, Bakı[2], Azərbaycan SSR, SSRİ) — sovet və azərbaycanlı futbolçu. Qapıçı mövqeyində çıxış etmişdir. Hazırda Neftçi PFK qapıçılar üzrə məşqçisidir.

Dmitri Kramarenko
"Bakı 2019: Ulduzlar Finalı" qarşılaşmasında Prezident İlham Əliyevlə görüş zamanı çəkilmiş foto[1]
"Bakı 2019: Ulduzlar Finalı" qarşılaşmasında Prezident İlham Əliyevlə görüş zamanı çəkilmiş foto[1]
Ümumi məlumatlar
Tam adı Dmitri Serqeyeviç Kramarenko
Doğum tarixi (50 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 186
Çəkisi 84 kq
Mövqeyi qapıçı
Əsas ayağı sağ
Klub haqqında məlumat
Klub Azərbaycan Neftçi
Vəzifəsi Qapıçılar üzrə məşqçi
Karyerası
Klub karyerası[* 1]
1991 Azərbaycan Dinamo 3 (0)
1992 Azərbaycan Neftçi PFK 31 (-16)
1993—1994 Rusiya Dinamo Moskva FK 4 (-4)
1995 Rusiya Torpedo FK 4 (-2)
1996—1997 Rusiya Alaniya Vladiqafqaz FK 31 (-27)
1998—2001 Rusiya Dinamo Moskva FK 45 (-57)
2002—2003 Rusiya MOİK Moskva FK 3 (-2)
2004 Rusiya Baltika Kalininqrad FK 15 (-12)
2005—2006 Azərbaycan Karvan İK 28 (-12)
2006 Rusiya Terek FK 16 (-21)
2007—2010 Azərbaycan Xəzər-Lənkəran 36 (-25)
2010—2011 Azərbaycan İnter Bakı 10 (-8)
2012—2013 Azərbaycan Simurq PİK 16 (-?)
Milli yığma[* 2]
1992—2005 Azərbaycan Azərbaycan 33 (0)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 25 avqust 2018 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 25 avqust 2018 tarixində redaktə olunub.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sovet futbolçusu Sergey Kramarenkonun oğludur.

Bakının Neftçi klubunun yetirməsidir. İlk əvvəllər müdafiəçi mövqeyində məşqlərə qatılsada sonradan qapıçı olmuşdur[3].

Profesional şəkildə Bakının Dinamo GOHM FK 1991-ci ildə debüt etmişdir. Növbəti il Azərbaycan Yüksək Liqasında Neftçi klubunun şərəfini qorumuşdur.

1993-cü ildə Moskvanın Dinamo klubundan təklif alır. Qapıçı bunu müsbət qarşılasa da Neftçi futbolçunu həvəssiz buraxmalı olur. Dmitri Kramarenko Rusiya Yüksək liqasında Moskvanın "Spartak" klubuna qarşı oyunda debüt edir. Oyun 1:1 hesabı ilə bitir. Bu onun klubun heyətində 1993-cü ildə birinci və axırıncı oyunu olur. Oyunda Ledyaxovla toqquşmada sağ ayağından yaralanır və 70-ci dəqiqədə Valeri Kleymenovkla əvəzlənir.

1996—1997-ci illərdə "Alaniya" klubunda oynayır və 1996-cı ildə Rusiya Yüksək liqasının gümüş mükafatçısı olur.

2002-ci ildə Atletiko Madrid FK baxışda olur[4].

2004-cü ildə Azərbaycana qayıdır və Karvan İK çalışır. 2004/05 mövsümündə bürünc, 2005/06 mövsümündə gümüş medalçı olur. 2006-cı ildə Terek klubunda çalışır. 2007-ci ildə isə yenidən Azərbaycana qayıdır.

Birlik kubokunu Xəzər Lənkəranla qazanır.

Azərbaycan milli futbol komandasında 33 oyun keçirmişdir. 1994-cü ildə Rusiya Olimpiya yığmasının yoldaşlıq oyunılarında qapısını qorumuşdur[5].

13 aprel 2015-ci ildən Neftçi PFK qapıçılar üzrə məşqçisidir.

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Atası milliyyətcə rus, anası isə azərbaycanlıdır. Dmitri Kramarenko 2005-ci ildə İslam dinini qəbul edib, müsəlman adı Əlidir[6]. Ailəlidir, həyat yoldaşı İrina bir müddət biatlonla məşğul olub. İki əkiz qızı var. Qızı Lalə Kramarenko gimnastika üzrə Rusiya yığmasının tərkibində iştirak edir.[7] Digər qızı Diana tennislə məşğuldur.

  1. İlham Əliyev "Bakı 2019: Ulduzlar Finalı" qarşılaşmasına baxıb Arxivləşdirilib 2021-10-16 at the Wayback Machine. president.az, 03.03.2019  (az.)
  2. "Seleksiya: Birinci divizyon. Dinamo-1998". 2021-04-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  3. Саприн Н., Мартынов А. "Динамо" — "Спартак" // Спорт-экспресс. — 1993. — № 201 (4 сентября). — с. 2.
  4. "Тренерский штаб" (rus). Спорт-Экспресс. 2012-06-05 tarixində arxivləşdirilib.
  5. "Газета СПОРТ-ЭКСПРЕСС. ЧМ-2010. Отборочный турнир. Группа 4". 2009-03-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-08-25.
  6. "Atletiko"nu bir zənglə tərk edən bakılı: Anam həmişə deyir ki, yəqin azərbaycanlı olduğuna görə mənə oxşamısan – LAYİHƏ
  7. "Yığmamızın məşqçisinin qızı Bakıda Rusiya adına qızıl qazandı - FOTO". 2019-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-14.