Karvan FK (Karvan Futbol Klubu) — 11 iyun 2004-cü ildə Yevlax şəhərində təsis edilmiş, UEFA Kubokunda ilk təsnifat mərhələsini keçən Azərbaycan klubudur.
Karvan İK | |||
---|---|---|---|
Klubun tam adı | Karvan İdman Klubu | ||
Ölkə | |||
Ləqəb(lər) | Qara-Ağlar | ||
Rəng(lər) | Qara-ağ | ||
Yaranma tarixi | 11 iyun 2004 | ||
Bağlama tarixi | 18 sentyabr 2014 (2021-ci ildə yenidən təhsis edildi) | ||
Stadionu | Yevlax şəhər stadionu | ||
Tutumu | 5.000 | ||
Prezidenti | Ruslan Səmədov[1] | ||
Baş məşqçisi | Kənan Kərimov | ||
Liqa | Azərbaycan Region Liqası | ||
2021–22 | 2. (I Pley-off-da məğlub oldu) | ||
| |||
Rəsmi saytı | |||
Vikianbarda əlaqəli mediafayllar |
"Karvan" İdman Klubu 11 iyun 2004-cü ildə Yevlax şəhəridə təsis edilmişdir. Yevlax şəhər stadionunda əsaslı yenidənqurma işləri aparılmış, 6000 yerlik müasir standartlara cavab verən stadion, həmçinin meydança qurulmuş, futbolçular üçün düşərgə inşa edilmiş və bütün lazımi infastrukturlarla təchiz olunmuşdur.
"Karvan"ın Avropa miqyaslı yarışlarında ilk qoluna Yuri Muzıka imza atdıb. Klub futbol ictimaiyyətinin yaddaşında "ilk"ləri ilə də yadda qaldı. Azərbaycanda ilk dəfə olaraq klubun rəsmi internet səhifəsindən milli çempionatın oyunları canlı yayımlanmışdır. UEFA Kubokunda ilk dəfə tur keçən Azərbaycan klubunun daha bir ilki isə komandaya dəvət olunan yeni oyunçuların imza mərasimləridir. XIII Azərbaycan çempionatı ərzində komandamını tanıtmağa yardım edən klub broşürləri, oyun bukletləri, oyunçuların şəkilləri ilə olan illik təqvimlər də ilklərindəndir.
Klub XIII Milli Çempionatda üçüncü yeri tutaraq UEFA İntetoto kuboku uğrunda yarışa qatılmış, Polşanın "Lex" klubu ilə qarşılaşmışdır. İntetoto kuboku komandanın hazırlıq planına mane olduğu üçün və eyni zamanda ölkəmizin fubol reytinqinə heç bir təsir göstərmədiyinə görə komanda bu yarışda ikinci heyətlə təmsil olunmuşdur. Komandanın avrokuboklarda ilk qoluna Yuri Muzıka imza atmışdır.
Klub, 26 sentyabr 2021-ci ildə təkrar bərpa olunub.[2] 2 noyabr 2021-ci ildə isə Azərbaycan Region Liqasında təkrar mübarizə aparacağı elan edilib.[3] 2021–22 mövsümündə Şimal-Qərb regionunda mübarizə apardı və ikinci pilləni tutaraq, final mərhələsində mübarizə aparmaq üçün haqq qazandı.[4] I pley-off mərhələsində Ağsu Siti klubuna ilk matçda 2–0 məğlub olub, ikinci matçda 1–0 qalib gəlsə də mübarizəni ilk mərhələdə dayandırıb.[5]
Klubun 2022–23 mövsümündə təkrar mübarizə aparacağı açıqlanıb.[6]
2004/2005 mövsümündən etibarən güclülər dəstəsində çıxış edən "Karvan" futbolun inkişafı üçün əsas amillərdən olan texniki təminata da diqqət yetirir. Belə ki, artıq tam istifadəyə verilmiş 6 000 nəfərlik stadionda yenidənqurma işləri də başa çatmışdır. Avropa standartlarına uyğun olan ot örtüyü ilə təchiz olunmuş stadionun yenidən qurulmasında Kiyev "Dinamo"sunun mütəxəssisləri də yaxından iştirak edib.
Bundan əlavə Yevlaxda "ağ-qaralar"ın qaldığı idman düşərgəsinin yaxınlığında müasir standartlara cavab verən yeni idman düşərgəsi tikilib istifadəyə verilmişdir. Futbolçuya lazım olan hər bir avadanlıqla təchiz olunmuş düşərgədə 3 meydança, hovuz, tennis kortu, ailəli futbolçular üçün kottejlər, futbolçuların asudə vaxtlarını mənalı keçirmələri üçün internet və kompüter zalları fəaliyyət göstərir.
2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 203 xal ilə Azərbaycan klubları arasında 6-cı, dünyada isə 547-ci pillədə başa vurmuşdur[7].
Mövsüm | Liqa | Yer | O | Q | H | M | VQ | BQ | Xal | Azərbaycan Kuboku |
---|---|---|---|---|---|---|---|---|---|---|
2004–05 | 1-ci | 3 | 34 | 23 | 7 | 4 | 66 | 18 | 76 | 1/8 final |
2005–06 | 1-ci | 2 | 26 | 17 | 6 | 3 | 50 | 9 | 57 | Finalçı |
2006–07 | 1-ci | 7 | 24 | 10 | 5 | 9 | 36 | 30 | 35 | 1/8 final |
2007–08 | 1-ci | 11 | 26 | 6 | 5 | 15 | 23 | 36 | 23 | 1/8 final |
2008–09 | 1-ci | 9 | 26 | 10 | 4 | 12 | 28 | 33 | 34 | 1/8 final |
2009–10 | 1-ci | 12 | 22 | 2 | 5 | 15 | 17 | 36 | 11 | 1/8 final |
2010–11 | 2-ci | 8 | 26 | 6 | 8 | 12 | 26 | 40 | 26 | 1/16 final |
2011–12 | 2-ci | 3 | 26 | 16 | 7 | 3 | 55 | 22 | 55 | 1/16 final |
2013–14 | 2-ci | 8 | 30 | 12 | 6 | 12 | 46 | 56 | 42 | İştirak etməyib |
2021–22 | Şimal-Qərb regionu | 2 | 12 | 8 | 1 | 3 | 31 | 19 | 25 | İştirak etməyib |
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Futbol klubu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Komandalar | |
---|---|
Mövsüm | 1992 • 1993 • 1993-94 • 1994-95 • 1995-96 • 1996-97 • 1997-98 • 1998-99 • 1999-00 • 2000-01 • 2001-02• 2002-03 • 2003-04 •
2004-05 • 2005-06 • 2006-07 • 2007-08 • 2008-09 • 2009-10 • 2010-11 • 2011-12 • 2012-13 • 2013-14 • 2014-15 • 2015-16 • 2016-17 • 2017/2018 • 2018/2019 • 2019/2020 • 2020/2021 • 2021/2022 • 2022/2023 • 2023/2024 • 2024/2025 |