Dmitri Staxiyeviç Moor (rus. Дмитрий Стахиевич Моор; əsl soyadı: Orlov; 3 noyabr 1883[1][2], Novoçerkassk – 24 oktyabr 1946[1][3][…], Moskva) — SSRİ qrafiki. Rusiya SFSR əməkdar incəsənət xadimi (1932).
Dmitri Moor | |
---|---|
Doğum tarixi | 3 noyabr 1883[1][2] |
Doğum yeri |
|
Vəfat tarixi | 24 oktyabr 1946[1][3][…] (62 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | plakatçı rəssam[d], karikaturçu, rəssam, dizayner, qrafika ustası[d], vizual incəsənət rəssamı, illüstrasiyaçı |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Dmitri Staxiyeviç Moor 3 noyabr 1883-cü ildə Novoçerkassk şəhərində anadan olmuşdur. O, Rusiyada vətəndaş müharibəsi illərində inqilabi patetika ilə aşılanmış plakatlar çəkmişdir ("Sən könüllü dəstəyə yazılmısanmı?", "Vrankel hələ sağdır, onun nəfəsini kəs"; hər ikisi 1920). Sovet siyasi plakatlarının yaradıcılarından olan Moor plakatlarla yanaşı ("Kömək et", 1921-1922; "Zəhmətkeş, sayıq ol", 1937; "Sən cəbhəyə nə ilə kömək etmisən?", 1941), "Pravda" qəzeti (1920-ci ildən), "Krokodil" (1922-ci ildən) və s. jurnallar üçün satirik rəsmlər də işləmişdir. O, pedaqoji fəaliyyət göstərmişdir. Dmitri Staxiyeviç Moor 24 oktyabr 1946-cı ildə Moskvada vəfat etmişdir. [4]