Dmovski xətti

Polşanın Dmovski xətti üzrə təxmin edilən sərhəddi

Dmovski xətti (pol. Linia Dmowskiego) — Polşa tərəfinin Paris Sülh Konfransında təklif etdiyi Polşa Respublikasının təxmin edilən sərhədləri xəttidir.

Layihə xətti Polşa millətçi siyasətçisi Roman Dmovskinin rəhbərliyi altında hazırlanmış və onun şərəfinə adını almışdır. Konfransda Polşa nümayəndə heyətinin üzvləri Roman Dmovski, İqnasi Paderevski, Entoni Abraham və Tomasz Rogal tərəfindən təqdim edilmişdir [1].

Təklif olunan sərhədlər

[redaktə | mənbəni redaktə et]

Təklif olunan sərhəd xəttinə əsasən, Polşanın hüdudlarına II Polşa Respublikasının ərazisini təşkil edənlər istisna olmaqla, Vislanın yuxarı hissəsi ilə Dansinq (Qdansk), Varmiya və Masuriya, Litva, Qərbi Belarusiya, Polesiyanın qərb hissəsi, Yuxarı Sileziya, Podoliyanın qərb hissəsi, Voln və Jitomir daxil olmalı idi[2].

Sərhəd xətti Polşa nümayəndə heyətinin təklifinə əsasən, Baltik dənizi sahillərindən başlayaraq, şərqdə Labiavadan sərhəd sahil xətti boyunca, şimala doğru KlaypedaPalanqaya qədər davam edirdi. Sahildən Libavanın şimalına qədər sərhəd şərqə doğru əyilərək Polşa ilə Kurlandiya arasındakı 1772-ci il tarixi sərhədə uyğun olmalı idi. Kurlandiyanın İllukut uyezdinin sərhədlərinə çatırdı. Bu dairədə coğrafi mövqeyinə və polyak dilli əhalisinin çoxluğuna görə Polşanın bir hissəsi olmalı idi. Burada sərhəd uyezdin sərhədi boyunca Dvina çayı axarı və sağ sahilinə (Vitebsk əyaləti) keçir; sonra Polotsk rayonu daxil olmaqla Drissen rayonunun sərhədlərindən təxminən 30 kilometr məsafədə çayın şərqinə doğru uzanır. Sonra Qorodokun şimal-qərbindən keçir, Vitebskdən 30 kilometr qərbdə Dvinanın sol sahilinə qayıdır və Sennonin qərbindən keçərək cənuba, MinskMogilev əyalətlərinin sərhədlərinin kəsişdiyi nöqtəyə qədər gedir, bu sərhəd Berezinanın cənubundan Reçitsa rayonunun şimal sərhəddinə çatan yerə qədər davam edir; sonra Berezinanı keçib cənub-qərbdən Mozırın şərqindəki Pripyat şəhərinə gedir. Oradan, Pripyatı keçərək, sərhəd Mozır və Reçitsa uyezdləri arasındakı sərhəd xətti boyunca keçir və bundan sonra cənub-qərbdən Ovruç və Zvyagelin qərbinə keçir və İzyaslav, Ostrog və Zvyagelsk rayonlarının sərhədlərinin kəsişdiyi nöqtəyə çatır. Sonra cənuba doğru uzanaraq, sərhəd xətti İzyaslavski və Starokonstantinovski rayonlarının şərq sərhədləri boyunca, Podilyanınn Letiçevsky və Proskurovski rayonlarının sərhədləri ilə kəsişən nöqtəyə qədər davam edir. Oradan cənub istiqamətə uzanaraq, Zinkov yaxınlığındakı Uşitsa çayına çatır və Dnesterə doğru gedir, bu nöqtədə Polşa-Rumıniya sərhədi ilə üst-üstə düşür [3][4].

Təklifin taleyi

[redaktə | mənbəni redaktə et]

Konfransda Polşa sərhədinin bu xətt boyunca keçirmək təklifi rədd edildi. Sonralar müəllif özü də təklifdən imtina etdi. Çünki, danışıqlar zamanı Riqa Müqaviləsinin bağlanmasından əvvəl o, Minskn Polşa ərazisinə daxil edilməsinə qarşı çıxırdı[5]. Dmovski mövqeyini dəyişməsini monoetnik bir dövlət qurmaq istəyi ilə izah edirdi [6], amma əsl səbəb Pilsudskinin federativ ölkə yaradılması haqqında fikirlərinə qarşı çıxması idi [7]. Polşa-Sovet müharibəsinə son qoyan sazişin imzalanması nəticəsində sərhəd Minskdən təqribən 30 kilometr şimal və qərbdən keçdi [5]. Polşanın hüdudlarından kənarda, Stalin repressiyalarından əziyyət çəkən xeyli sayda polyak qaldı.

Dmovskinin təklif etdiyi sərhəd xəttinə görə Polşanın sahəsi 447 min km² [8] olmalı idi. 38 milyon əhalisi olacaq ölkənin təxminən 70% -ni polyaklar təşkil etməli idi.

  1. "Polska 1919 wg Romana Dmowskiego". WordPress (polyak). Konwent Narodowy Polski. 2014-03-24. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
  2. Piotr Szubarczyk. "Na straży polskich obowiązków" (polyak). Nasz Dziennik. 9 sierpnia 2014. 2018-06-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
  3. Akty i dokumenty dotyczące sprawy granic Polski…, 1920, Nota Delegacji Polskiej na Konferencję Pokojową w sprawie granic wschodnich Polski (Paryż, 3 marca 1919 r.), s. 129—133
  4. Akty i dokumenty dotyczące sprawy granic Polski…, 1920, Nota Delegacji Polskiej na Konferencję Pokojową w sprawie granicy zachodniej Polski (Paryż, 28 luty 1919 r.), s. 113—123
  5. 1 2 Piotr Gursztyn. "Dmowski — nierealistyczny realista" (polyak). Do Rzeczy. 2014-01-02. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
  6. Dr Krzysztof Kawęcki. "Wokół myśli politycznej Romana Dmowskiego i obozu narodowego" (polyak). Blogpress. 2014-09-02. 2019-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
  7. Aleksandra Lipka. "Józef Piłsudski i Roman Dmowski — dwie wizje niepodległej Polski". PolskieDzieje.pl (polyak). 2012-10-05. 2018-06-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-18.
  8. Mariusz Stępowski. "Kształtowanie się granic Polski po I Wojnie Światowej". olsztyn.pl (polyak). Archived from the original on 2011-07-19. İstifadə tarixi: 2018-06-18.