Domaniç müharibəsi

Domaniç müharibəsi və ya İkizcə döyüşü Osmanlı bəyliyinin həyata keçirdiyi 3-cü müharibə olmuşdur.

Domaniç müharibəsi
Bizans-Osmanlı müharibələri
Tarix 1287
Yeri Domaniç, İkizcə
Səbəbi Ərtoğrul Qazinin rəhbərliyi altında olan Qayılar XIII əsrin ikinci rübündə Domaniç və Söyüddə məskunlaşmışdılar. Bu vəziyyətdən narahat olan Bizans imperiyasının bu ərazidəki təkfurları Qayıları aradan götürmək və Domaniç ilə Söyüdü geri almaq istəyirdilər. Müharibənin səbəbi isə Qayıların Domaniç yaylasında olduğu bir vaxtda İnəgöl və Qaracahisar təkfurlarının ordularından ibarət olan birləşmiş Bizans ordusunun İnəgöldən hərəkət edərək Domaniç dağını keçməklə Çərşənbə yaylasındakı Qayılara hücum etməsidir.
Nəticəsi Qəti türk qələbəsi
Münaqişə tərəfləri

Qayı boyu

Birləşmiş Bizans Ordusu:
Qaracahisar təkfuru Kalanoz
İnəgöl Təkfuru Ayos Nikolayos

Bu müharibə Osmanlı imperiyasının yaradılması mərhələsində mühüm qırılma nöqtəsidir. Osmanlı imperiyasının yaranmasına yol açan ən mühüm tamamlayıcı mərhələlərdən biri hesab olunur. Osmanlı siyasi təşkilatının inkişafının müxtəlif mərhələləri mövcuddur. Hər bir siyasi hadisə, müharibə və ya ərazi ələ keçirmə Osmanlı imperiyasının dövlət olma müddətini təmin etmişdir. Domaniç və Söyüddən başlayaraq Bursanın alınmasına qədər uzanan yarım əsrdən çox bir müddət ərzində davam etmiş olan məskunlaşma və təşkilatlanma prosesi Osmanlı imperiyasının yaradılış mərhələləridir. Çünki Osmanlı imperiyası 1299-cu ildə birdən-birə yaradılmamışdır. Dövlət, kritik dönüş nöqtələrindən keçərək yavaş-yavaş yaradılmışdır. Məhz dövlətin yaradılması zamanı baş vermiş olan "Domaniç müharibəsi" Osmanlı imperiyasının kritik dönüş nöqtələrindən və mühüm təməl daşlarından biri olmuşdur.

Osmanlılar Qulacahisarı ələ keçirdikdən (1285) sonra səhər saatlarında həmin ərazinin təkfurları bir yerlərə yığışırlar. Onlar Qaracahisar təkfuruna xəbər göndərdilər: “Nəyi gözləyirsən, səni və sənin nəslini əsir götürüb bu vilayəti əlimizdən alırlar. Onlar məhv edirlər. Onlar bir yerdə məskunlaşmış türklər deyildirlər ki, hətta bizim onlarla münasibətlərimiz olsun. Onları indi bu şəhərdən köçürməsək və ya qovmasaq, sonrakı peşmançılıq bizə fayda verməyəcəkdir” dedilər.

Qayıların gündən-günə güclənməsini və xüsusilə də onların Qulacahisarı tutmasını qəbul edə bilməyən İnəgöl təkfuru Aya Nikola, qonşusu Qaracahisar təkfurunu Qayılara qarşı təhrik etməyə davam etmişdir. Bu hadisədən sonra İnəgöl təkfuru ilə Qaracahisar təkfuru ittifaqa girmişdirlər. Qısa bir müddətdən sonra İnəgöl təkfuru Qaracahisar təkfuru ilə birləşərək Qayılara qarşı bərabər hərəkətə keçmişdirlər. İnəgöl təkfuru olan Aya Nikola Qaracahisar təkfuru ilə ittifaq edərək çoxlu sayda əsgər yığmışdırlar. Qaracahisar təkfurunun qardaşı olan Kalanozu bu ordunun komandiri təyin edirlər.

Birləşmiş Bizans ordusu ilə Qayılar İnəgöldən yola düşərək Domaniç İkizcə ərazisində qarşı-qarşıya gəlmişdirlər. Müharibənin axırında birləşmiş Bizans ordusu məğlubiyyətə məruz qalır. Qayılar müharibədə qalib gəlsələr də, bu dəfə də Osman bəyin böyük qardaşı olan Saru Batu Savcı bəy öldürülmüşdür. Düşmən tərəfdən isə Qaracahisar təkfurunun qardaşı və eyni zamanda da ordu komandiri olan Kalanoz/Keloz və bir çoxları öldürülmüş, qalanları isə döyüş meydanından qaçmışdırlar.

Domaniç İkizcə Şəhidliyi

[redaktə | mənbəni redaktə et]

Bir-birinə çox oxşayan iki təpədən adını götürmüş olan İkizcə (Alçay/Akmeşhed) ərazisindəki şam bağında yerləşən Saru Batu Savcı bəyin məzarı xalq arasında "Bəkirin babası" kimi də adlandırılır. Bu ad ona görə verilib ki, “Bəkir” adlı bir şəxs Saru Batu Savcı bəyin məzarı ilə maraqlanmışdır. Saru Batu Savcı bəyin qəbrinə qulluq edən məzardar (Bəkirin babası) Koca Bəkir haqqında arxiv məlumatları isə: arxiv işləri üzrə baş idarədə olan dividend dəftərindəki (ML.VRD.TMT.) 7737/A və 7737/B təsnifat nömrələri və 5-1 xana rəqəmlərində qeyd olunmuşdur.

Uzun bir tarixə malik olan və “Babalar Günü” kimi adlandırılan mərasimlər isə 1999-cu ilə qədər könüllülər tərəfindən təşkil edilmişdir. Yəqin ki, Bəkir adlı bu şəxs də həm türbədəki işlərdə, həm də mərasimlərdə qulluq edən bu insanlardan biri olmuşdur. (Qaraköy və ətraf kəndlərdə hələ də türbə və mərasimlərlə məşğul olan şəxslər vardır.) 1999-cu ildən bu yana muxtar, ağsaqqallar məclisi və qeyri-hökumət təşkilatları (Domaniç K.Kayı Türkmənləri Assosiasiyası və Domaniç K.Ərtoğrul Qazi Assosiasiyası və Şəhid Saru Batu Savcı Bəy Assosiasiyası) bu mərasimlərdəki təşkilati işləri həyata keçirdərək bu mərasimləri daha əhatəli və müntəzəm bir festivala çevirmişdirlər.

Hər il avqust ayının axırıncı bazar günü ənənəvi olaraq Domaniç mahalına məxsus olan Qaraköydə Saru Batu Savcı bəyin anım mərasimləri keçirdilir. 2012-ci ildən etibarən isə Saru Batu Savcı bəyin şəhadətinin 725-ci yubileyi münasibəti ilə tədbirlər keçirilmişdir.

Məşhədin (Şəhidliyin) mühafizə altına alınması və Türbədar Qoca Bəkir

[redaktə | mənbəni redaktə et]

Saru Batu Savcı bəyin məzarının olduğu şam bağının ərazisi meşə qaçaqmalçılarının şüursuz formada kəsməsi nəticəsində çox azalmış, bundan sonra isə 1930-cu ildə Qaraköy Muxtarı Fərfər Xəlil (Özyaşar) və ağsaqqallar şurası bütün kənd camaatının əlini Qurana basdırmıs və şam ağacını kəsməmələri mövzusunda onlara and içdirmişdir. Yerli insanlar bu bağdan ağac kəsməyi bədbəxtlik hesab edir. Lakin Saru Batu Savcı bəyin məzarı üstündə yerləşən hündür şam ağacı 1997-ci ildə meşə qaçaqmalçıları tərəfindən kəsilmişdir.

Domaniçdəki İkizcə döyüşündə şəhid olan Saru Batu Savcı bəyin şəhadətinin dəqiq yeri Baş Nazirliyin Osmanlı Arxivləri Ümumi Müdirliyi və Sənəd Kadastr Baş Müdirliyindəki müfəssəl, icmal və təməl kitablarında qeyd edilmişdir:

  1. Baş nazirlik Osmanlı Arxivində 808 nömrəli təsnifat nömrəsi ilə qeyd edilmiş olan 1487-ci il tarixli müfəssəl dəftərin 38-ci səhifəsində,
  2. Baş nazirlik Osmanlı Arxivində 285 nömrəli təsnifat nömrəsi ilə qeyd edilmiş olan 1530-cu il tarixli icmal mühasibatı kitabının 38-ci səhifəsi və 255-ci səhifəsi,
  3. Torpaq və Kadastr Baş Müdirliyinin Kuyud-u Kadime Arxivində yerləşən 85 nömrəli təsnifat nömrəsi ilə qeyd edilmiş olan 1573-cü il tarixli müfəssəl dəftərin 92-ci səhifəsində,
  4. Sənəd və Kadastr Baş Müdirliyinin Kuyud-u Kadime Arxivində yerləşən təsnifat nömrəsi 81 olan 1573-cü il tarixli vəqflər dəftərinin 319-323-cü səhifələrində Qaraköy sərhədləri daxilində yerləşən Saru Batu Savcı bəyin şəhid olması ilə bağlı tarixi qeydlər mövcuddur.

Osmanlı arxiv sənədlərinə görə isə Domaniçdə cəmi iki ədəd şəhid məzarlığı mövcuddur: Mərmərlər Məşhədi və Akməşhəd.

  • Mərmərlər Məşhədi: Osmanlı dövlətinin yaradılması dövrünün əhəmiyyətli simalarından biri hesab edilən və Ərtoğrul Qazinin nökərlərindən biri olan Qoyun Babanın Bizanslılarla qarşıdurmada öldüyü yer olan Mərmərlər Məşhədi Cənub kəndindən 1 km şimalda olan Qırmızı təpənin ətəklərindədir.(Karye-i Cənub Səid / TK-KKA-75, s.94)
  • Akməşhəd: İkizcə müharibəsi zamanı Saru Batu Savcı bəyin öldürüldüyü yerdir. Qaraköy-Çokköy-Küçükköy torpaqlarının kəsişmə nöqtəsidir. Qeyd: Müharibələr zamanı axıdılmış olan qanların xatırladılması baxımından bu məşhədlərdəki yer adları (Alçay-Qızıltəpə) əhəmiyyətlidir.

Kalanozun öldürüldüyü dərə

[redaktə | mənbəni redaktə et]

Bu müharibədə Bizans ordusunun komandanı olmuş olan Kalanozun məzarı, Çokköy ərazisindəki Dolon mövqeyinin Koruklu/Kokulu dərəsi ərazisində yerləşir. İkizcə müharibəsində Bizans ordusunun məğlub olmasından sonra komandir Kalanoz Yaylacık rotasındakı Qaracahisar qalasına qaçarkən Koruklu/Kokulu dərəsində Osmanlı əsgərləri tərəfindən öldürülmüşdür. Rəvayətlərə görə böyük qardaşı Savcı Bəyin intiqamını almaq istəyən I Osmanın "Yeri eşin, itin qarnını deşin" əmri ilə öldürülmüş olan Kalanoz Dolon/Dola ərazisindəki Koruklu dərəsində çuxurda basdırılmışdır. Bu ərazi xalq arasında Kalanozun öldürüldüyü dərə kimi tanınır.

Qeyd: Köhnə Yörük türkmən anlayışında “Koruk” sözü qeyri-adi, diqqəti cəlb edən, pis mənalarında işlədilmişdir. Məşhur inanca görə, Koruklu dərəsində mənfi mənada metafizik/parapsixoloji hadisələr baş verir.