Drakula (Marvel Comics)

Drakula (ing. Dracula) — Marvel Comics personajlarından biri. Brem Stoker tərəfindən 1897-ci ildə yazılmış Drakula əsəri əsasında hazırlanmışdır.

Drakula
ing. Dracula
Nəşriyyat Marvel Comics
Yayım tarixi "Drakulanın qəbri" #1 (aprel, 1972)
Yaradıcı(lar) Cerri Konuey
Cin Kolan
Xüsusiyyətlər
Əsl adı Vlad Təpəş Drakula/Dreyk
Doğum tarixi 1430
Doğum yeri Şasburq, Transilvaniya
Cinsiyyəti kişi
Boyu 196 sm
Çəkisi 100 kq
Göz rəngi qırmızı
Saç rəngi
Növü vampir
Vətəndaşlıq
Komiks bioqrafiyası
Kainat pis
Üzvlükləri Vampirlər
Yaşamayan Legion
Müdafiəçilər
Ləqəbləri Qraf Drakula, Dreyk
Gücləri Telepatiya

Nəşr olunma tarixi

[redaktə | mənbəni redaktə et]
"Drakulanın qəbri" komiksinin ilk sayı (aprel, 1972)

Marvel Comics Atlas Comics adlanarkən "Qeyri-müəyyənlik" komiksinin 7-ci sayında Drakula personajı görünmüşdü. Müasir Drakula personajı isə 1972-ci ildə Cerri Konuey və Cin Kolan tərəfindən yaradılaraq aprel ayında "Drakulanın qəbri"[1] komiksinin ilk sayına daxil edilmişdi.

"Drakulanın qəbri" komiksi 1979-cu ilə qədər nəşr olunmuş və Drakula personajı komiksin əsas personajı olmuşdur. Doktor Strenc personajının məşhurlaşmasından sonra dəbdən düşsə də, personaj yenidən özünə komiks tapmışdır. Marvel Comicsin çap etdirdiyi 4 saylıq "Drakulanın qəbri" komiksində Drakula ilə yanaşı Qurd adam və Kolan da yer almışdılar. 1990-cu illərdə qısa müddət "Naytstralkers""Bleyd" komikslərində görünmüşdür. Daha sonra "Drakula: Ölümsüzlük lordu" mini-seriyası nəşr olunmuşdur.

"İks-adamlar: Apokalipsis Drakulaya qarşı" komiksində Drakula Viktoriya dövründə Londonda İks-adamların böyük düşməni Apokalipsis ilə döyüşmüşdür.

Drakula "Kapitan Britaniya və MI13"[2] adlı komiks hekayəsinin "Vampir dövləti" adlı hissəsində Doktor Dumla birlikdə peyda olmuşdur.[3][4]

2010-cu ildə Viktor Qişler tərəfindən yazılan "Drakulanın ölümü" komiksi çap olunmuşdur.[5][6][7]

Əsl adı Vlad Drakuladır. 1430-cu ildə Transilvaniyanın Şasburq şəhərində anadan olur. Transilvaniyalı ziyalının 2-ci oğludur. Hələ uşaq ikən Transilvaniyanın lideri olur. Bir neçə il Osmanlı türklərinə qarşı döyüşür, məğlub olur, taxtını yenidən qazanmağa məcbur olur. Zofiya adlı qadınla evlənir və Lilit adlı qızı olur. Amma daha sonra Zofiyadan ayrılır və Mariya adlı qadınla evlənir, Vlad Təpəlus adlı oğlu dünyaya gəlir. Üçüncü həyat yoldaşı Dominidən Yanus adlı oğlu olur.

1459-cu ildə Drakula türk lideri Turaka qarşı döyüşdə ağır yaralanır. Turak ona mərhəmət edir, onu Lianda adlı qaraçının yanına aparıb sağaltmasını xahiş edir. Amma Lianda bir vampir idi, Turakın qaraçılara etdiyi zülmlərin əvəzini çıxmaq üçün Drakulanı vampirə çevirir. Turak Drakulanın arvadı Mariyaya təcavüz edir, sonra öldürür. Drakula Turakı tapıb vampirə çevirir, öz oğlu Vlad Təpəlusu qaraçılara tapşırır.

Drakula bir döyüşdə digər vampir Nimroda qalib gələrək dünyadakı bütün vampirlərin başçısı olur. Varna Drakulaya digər vampirlərdə olmayan əlavə güclər verir. 1471-ci ildə Drakula taxtından əl çəkir.

XIX əsrdə Drakula İngiltərədə Abraham van Helsinq və Conatan Harker ilə qarşılaşır, bu hadisələrdən ilhamlanan Stoker 1897-ci ildə Drakula romanını yazır. Amma insanlar tərəfindən məhv edilib qayada gizlədilmiş tabuta yerləşdirilir.

XX əsrdə Drakula Klifton Qreyvs tərəfindən həyata döndürülür və Drakula Frank Dreyk ilə döyüşməli olur.[8]

Drakulanın Marvel Comics versiyası 1980-ci ildə çəkilən animasiya filmində yer almışdır. Filmin sujet xətti "Drakulanın qəbri"[9] komiksinə əsaslanmışdır. Film isə "Drakula: Qaranlığın vampir imperatoru" adlanırdı.

2004-cü ildə çəkilən "Bleyd: Üçlük" filmində də Drakulanın Marvel Comics versiyası yer almış və Drakulanı filmdə Dreyk adı ilə görünmüşdür. Drakulanı filmdə Dominik Persel oynamışdır.

  • "Hörümçək-qadın"
  • "Hörümçək-adam və onun heyranedici dostları"
  • "Super qəhrəman heyət şousu"
  • "Qisasçılar birlikdə"[10]
  • "Mükəmməl Hörümçək-adam"[11]
  • "Halk və SMASH cəsusları"
  • "Marvel Super Hero Squad Online"
  • "Marvel: Avengers Alliance"
  1. Tomb of Dracula ran from issue No. 1 to #70
  2. Appearing first at the end of the previous arc Captain Britain and MI13 #9
  3. Bloody Hell: Cornell on Captain Britain Arxivləşdirilib 2008-10-26 at the Wayback Machine, Comic Book Resources, January 21, 2009
  4. Newsarama 9: Paul Cornell Arxivləşdirilib 2012-09-12 at the Wayback Machine, Newsarama, February 11, 2009
  5. Nomad. "The X-Men Get All Fanged Up in Curse of the Mutants". DreadCentral. May 6, 2010. October 13, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 12, 2015.
  6. "Victor Gischler talks DEATH OF DRACULA and X-MEN". Comic Monsters. May 12, 2010. May 23, 2010 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: May 26, 2010.
  7. Richards, Dave. "Victor Gischler Plots "The Death of Dracula"". Comic Book Resources. May 19, 2010. August 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: May 26, 2010.
  8. Tomb of Dracula Vol. 1 #1
  9. Jones, Stephen. The Essential Monster Movie Guide. Billboard Books, 2000. p. 119
  10. "Arxivlənmiş surət". 2015-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-12.
  11. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-08-12.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]