Dreyfus

Alfred Dreyfus (fr. Alfred Dreyfus; 9 oktyabr 1859[1][2][…], Müluz, İkinci Fransa İmperiyası12 iyul 1935[3][4][…], Paris[5]) — yəhudi mənşəli fransız zabiti, böyük siyasi əhəmiyyət daşımış Dreyfus işi prosesinin baş qəhrəmanı.

Alfred Dreyfus
fr. Alfred Dreyfus
Doğum tarixi 9 oktyabr 1859(1859-10-09)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 12 iyul 1935(1935-07-12)[3][4][…] (76 yaşında)
Vəfat yeri
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Monparnas qəbiristanlığı[d]
Təhsili
Fəaliyyəti hərbi qulluqçu, ordu zabiti[d]
Fəaliyyət illəri 1880-ci ildən
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Alfred Dreyfus 1859-cu ildə Elzasda anadan olan yəhudi olmuşdur. O, Fransanın Baş Qərargahında kapitan rütbəsində çalışmışdır.

Bu proses XIX əsrin sonu XX əsrin əvvəllərində Fransa tarixində çox böyük iz buraxmış, o dövrkü Fransa cəmiyyətini "dreyfusçular"a və "antidreyfusçular"a bölmüşdür.

Emil Zolyanın L`Aurore qəzetindəki "Mən ittiham edirəm" başlıqlı məqaləsi, 13 yanvar 1898

Məşhur fransız yazıçısı Emil Zolyanın 1898-ci il yanvar ayının 13-də Parisdə nəşr olunan "L'Aurore" qəzetinin baş səhifəsində Fransa prezidenti Feliks Fora ünvanlanmış "Mən ittiham edirəm" (J'Accuse) başlıqlı məşhur məktubu dərc edildikdən sonra "Dreyfus işi" yeni mərhələyə qədəm qoymuşdur. Bu məsələ ətrafında hakim partiyalar və ordu rəhbərliyi arasında fikir ayrılıqları yaranmışdır. Dreyfusa qarşı irəli sürülən ittihamların əsassız olduğuna inananlar bu işin antisemitizm nümunəsi olduğunu iddia etmişlər.

Kapitan Dreyfus 1894-cü ilin dekabrında məhkəmə qərarı ilə hərbi xidmətdən uzaqlaşdırılaraq ömürlük həbs cəzasına məhkum edilmiş və 1895-ci ilin yanvarında cəzasını çəkmək üçün Fransa Qvianasına, paytaxt Kayennadan 11 km aralıda yerləşən Şeytan adalarına göndərilmişdir.

1899-cu ilin sentyabrında kassasiya şikayəti əsasında məhkəmə işinə yenidən baxılmış və Alfred Dreyfusun həbs cəzası 10 ilə endirilmişdir. Lakin tezliklə o, Fransa prezidenti tərəfindən əfv olunmuşdur. Buna baxmayaraq, Dreyfusun tərəfdarları onun bəraət alması üçün çalışmış və 1903-cü ilin noyabrında yenidən kassasiya şikayəti ilə məhkəməyə müraciət etmişlər. 1906-cı ildə məhkəmənin qərarı ilə Dreyfus bəraət almış, üzərindəki bütün ittihamlar götürülmüş, ordudakı vəzifəsinə geri qaytarılmış və Fəxri Legion ordeni ilə təltif edilmişdir.

  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Alfred Dreyfus // Léonore verilənlər bazası (fr.). ministère de la Culture.
  3. 1 2 Alfred Dreyfus // Encyclopædia Britannica (ing.).
  4. 1 2 Alfred Dreyfus // Gran Enciclopèdia Catalana (kat.). Grup Enciclopèdia, 1968.
  5. 1 2 Deutsche Nationalbibliothek Record #118527460 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.