Dur-Şarrukin (akkad. "Sarqonun qalası") — qədim Aşşur şəhəri. Hazırda İraqda, Neynəva mühafazasının şimal-şərqində Xorsabad şəhər yeri kimi tanınır. E.ə. 717-707-ci illərdə II Sarqon tərəfindən salınmış, ancaq II Sarqonun qəfil ölümündən sonra şəhərin tikintisi dayandırılmışdır. Paytaxt Nineviya şəhərinə köçürülmüşdür. E.ə. VII əsrdə şəhər Midiya orduları tərəfindən dağıdılmışdır. Ərazinin daima sakinləri isə aysorlardır[1][2].
Qədim şəhər | |
Dur-Şarrukin | |
---|---|
ərəb. دور شروكين | |
| |
36°30′34″ şm. e. 43°13′46″ ş. u.HGYO | |
Ölkə | İraq |
Salınma tarixi | e.ə. 706 |
Digər adı | Xorsabad |
Dağılma tarixi | e.ə. 605 |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Assuriya çarı II Sarqon e.ə. 717-ci ildə Dəclə və Böyük Zab çaylarının birləşdiyi yerdə özü üçün yeni iqamətgahın tikintisinə göstəriş vermişdir. Assuriya mənbələrində göstərilir ki, şəhərin tikintisi üçün lazım olan oduncaq və işçi qüvvəsi uzaq Finikiyadan cəlb olunmuşdur. Şəhər ətrafı ərazilərdə zeytun bağları salınmış və bu zeytun yağının istehsalı üçün nəzərdə tutulmuşdur. 706-cı ildə tikintilər dayandırılmış və bir il sonra Sarqon döyüşdə öldürüldü. Onun oğlu Sennaxerib şəhərin yenidən tikilməsi fikrindən vaz keçmiş və paytaxtı yenidən Nineviyaya daşımışdır. Assuriya dövlətinin süqutundan sonra şəhər tədricən dağılmışdır.[3]
Dur-Şarrukin düzbucaqlı formada olub tərəflərinin ölçüsü 1760 və 1635 metr idi. Ümumi sahəsi 3 km² və ya 700 акр idi. Şəhər divarlarının uzunluğu 16 280 assuriya uzunluq vahidinə bərabər idi. Şəhər divarlarında 157 gözətçi qüllələri mövcud idi.
Qazıntılar Fransa (1843-46 illərdə P.E.Botta, 1858-65 illərdə V.Pleys) və Amerika (1928-35 illərdə E.Kyera, H.Loud) tədqiqatçıları tərəfindən aparılmışdır. Düzbucaq planlı şəhər 8 möhkəmləndirilmiş qapısı (o cümlədən heykəllərlə bəzədilmiş portalları olan) və kvadrat formalı bürcləri olan divarlarla (hünd. 20 m-ədək, qalınlığı 24 w-ədək) əhatələnmişdi. Divarların daxilində müntəzəm planlı tikililər, hündür (təqr. 14 m) platforma üzərində saray-içqala (təqr. 10 ha) - 30-dan çox böyük və kiçik daxili həyət ətrafındakı evləri (200-dən çox) ümumi yastı dam örtüyü altında qruplaşdırmış qonaq, yaşayış otaqları, məbəd və təsərrüfat komplekslərindən ibarət memarlıq ansamblı yerləşirdi. Mərkəzdə hündürlüyü 42 m olan, hər pilləsinin divarlarına müəyyən rəngli (ağ, qara, qırmızı, göy, narıncı, gümüşü, qızılı) üzlük çəkilmiş yeddipilləli zikkurat ucalırdı. Saraya giriş qapıları qanadlı, insanbaşlı öküz (şedu) qorelyefləri ilə bəzədilmiş, otaqların divarlarına içəri tərəfdən qabarıq ortostatlarla (epik qəhrəmanların, hökmdarların təsvirləri, hərbi səfərlərdən epizodlar və s.) üzlük vurulmuşdur. Tapıntılar arasında mixi yazılı lövhələr vardır. Tapıntıların bir hissəsi Fransaya aparılmış və Luvr muzeyində saxlanılır.