“E.T.” – Keti Perrinin üçüncü studio albomu olan “Teenage Dream” albomundan olan sinql. Mahnının müəllif və prodüserləri Dr. Luke, Max Martin, Ammo və Keti Perridir. Mahnı müğənninin albomundan üçüncü təbliğat sinqlı kimi 17 avqust, 2010 – cu ildə çıxarılmışdır. Daha sonra mahnı albomun dördüncü sinqlı kimi 16 fevral2011 – ci ildə satışa çıxarılmışdır. Mahnının sinql versiyasında ABŞ repçisi Kanye Vestin də ifası əlavə edilmişdir.
“Taqqıltı-taqqıltı-alqış” vurğusu üzərində qurulmuş mahnının musiqisi Queen qrupunun məşhur "We Will Rock You" (1977) mahnısını xatırladır. “E.T.” “yad dünyadan gələn varlığa qarşı olan məhəbbət”dən bəhs edən elektronik balladadır. Yerdən kənar məcazların istifadə edildiyi mahnı arasında, Vestin söylədiyi rep də mövzuya uyğundur və onun ifasını Auto-Tune müşayət edir. Hər dəqiqədə yetmiş altı vuruş olmaqla mahnı yavaş temp üzərində qurulmuşdur. Bəzi tənqidçilər mahnının Rihanna, Evanescence və Queenin mahnıları ilə oxşar xüsusiyyətlərə malik olduğunu qeyd edirlər.
ABŞ, Kanada, Yeni Zellandiya və Polşa hit paradlarında birinci yerə yüksələn mahnı Avstraliya, İrlandiya və Birləşmiş Krallıqda ilk beşliyə, daha on Avropa ölkəsində isə ilk onikiliyə daxil olmuşdur. “E.T.” musiqi tənqidçilərinin əksəriyyətindən müsbət rəy almışdır. Xüsusilə Perrinin ifası çox bəyənilmiş, mahnının müğənninin səs imkanları üçün çox çətin - zil, bəm məqamlarla zəngin olduğu, lakin onun bu çətinliklərin öhdəsindən çox uğurla gəldiyi bildirilmişdir. Vestin ifası isə tənqidçilər tərəfindən müxtəlif cür qarşılanmışdır.
Mahnının klipi Floria Sigismondinin rejissorluğu ilə çəkilmişdir. Klipdə Perri və Vest kosmosda mahnı ifa edərkən təsvir edilir. 31 mart, 2011 – ci ildə MTV.com – da klipin təqdim edilməsindən sonra, onun haqqında müxtəlif fikirlər bildirilmiş, bəziləri isə klipi Lady Gaganın işlərinə bənzətmişdir. Keti Perri mahnını “California Dreams Tour” (2011) zamanı və “American Idol” kimi televiziya layihələrində canlı ifa etmişdir.
“E.T.”-nin yazılması haqqında ideya studiyada ABŞhip hop qrupu "Three 6 Mafia" üçün hazırlanmış ritmlərin eşidilməsindən sonra meydana gəlmişdir.[1][2] Musiqinin səs düzümünü bəyənən Perri “futurist, yad planetlilərlə bağlı bir mahnı” yazılması qərarına gəlmişdir.[1]
Albom müddəti üç dəqiqə otuz altı saniyə olan “E. T.” zəif pop elementləri olan elektonik və hip hop balladadır.[2][3][4][5] “BBC Music” mahnını “qeyri-real hadisələrdən təsirlənmiş yarım ballada” adlandırmışdır.[6] Perry, Lukasz Gottwald, Max Martin, və Joshua Coleman tərəfindən yazılan mahnının prodüserliyini son üç nəfərlə birgə Gottwald və Coleman etmiş, təşkilatçı kimi isə Dr. Luke və Ammo işləmişdir. “Alfred Music Publishing” tərəfindən nəşr edilmiş nota əsasən orijinalda mahnı F minor açarı üzərində, hər dəqiqədə 76 vuruş ritmi ilə yazılmışdır.[5]Keti Perrinin səs diapazonu isə E♭4 və D♭5 arasındadır.[5] “Los Angeles Times”dan Enn Pauers qeyd edir ki, barbadoslu müğənni Rihannanın təsiri altında yazılmış “E. T.” mahnısında Perri “hip-hop divasına məxsus boğaz elemenlərindən” istifadə etmişdir.[7] Mahnının musiqisi “qarışıq blip və blip səslərini müşaiyyət edən baraban zərblərinə əsaslanır".[8] “QMI Agency”dən Daril Sterdan qeyd edir ki, mahnıda Queen qrupunun "We Will Rock You" (1977) mahnısındakı “taqqıltı-taqqıltı-alqış” ritmindən istifadə edilmişdir.[3] “Allmusic”dən Stefan Tomas Örlivayn isə mahnının Rayan Tiderin işləri ilə oxşarlığa malik olduğunu bildirmişdir.[9] “Rolling Stone”dan Metyu Perpetua isə mahnının Evanescence qrupunun hard rok balladalarına bənzədiyini yazmışdır.[10]
Keti Perri qeyd edir ki, mahnı yad planetliyə qarşı olan məhəbbətə həsr edilmişdir.[11] Yad planetlilərlə bağlı məcazlar işlədərək o, oxuyur: “Sən başqalarına bənzəmirsən / Futurist sevgilim / Fərqli DNA – lı".[12] Xorun müşayəti ilə Perri sevgisini ünvanlandıraraq deyir: “Öp məni, öp məni / Məni öz sevginə yoluxdur və / Məni öz zəhərinlə birgə hiss et” və sevgilisini “geri qaytarmağa hazır olduğunu” iddia edir. Mahnının sinql versiyasının üzərində yenidən işlənmiş və ona Kanye Vestin yad planetlilərlə bağlı rep hissələri əlavə edilmişdir.[13][14] Vestin hissəsinin açılışında “Mənim çirkli fikirim var / Mən çirkli yolla irəliləyirəm” deyilir[15] və daha sonra o deyir ki, “Onlar məni yad planetli (eliyen) adlandırırlar/ Böyük başlıqlı astranavtlar”.[14] Perrinin final nəqarətindən əvvəl Vest daha bir parça rep söyləyərək “Mən Marsdan kənarda bir bar tanıyıram / Orada maşınların yerinə kosmik gəmilər sürürlər” deyə qeyd edir.[8][12] O, öz parçasını uydurma personaj Şrekdən sitat gətirərək “yad planetlilərin seksi”: “Səni araşdırarkən səni kəşf etdim / Bax, mən səndən asılı olmuşam və sənə deyirəm indi neyləyim” sözləri il bitirir.[14][15][16]“The National Post”dan Ben Kaplan qeyd edir ki, Vestin bu mahnıdakı ifası onun 2008 – ci ildə çıxardığı “808s & Heartbreak” adlı studio albomundakı işləri ilə bənzərdir.[8]
“Teenage Dream” albomu satışa çıxarılmamşdan əvvəl “E. T.” albomun üçüncü və sonuncu tanıtım sinqlı kimi 17 avqust2010 – cu ildə satışa çıxarılmışdır.[17]2010 – cu ilin dekabrında Twitter sosial şəbəkəsi vasitəsiylə fanatlarından “Teenage Dream” albomunun növbəti sinqlının “E. T.” olmasıyla bağlı fikirlərini soruşdu.[18] Müzakirələr zamanı “Peacock” mahnısının növbəti sinql olmasına daha çox üstünlük verilsə də müğənninin Facebook səhifəsi vasitəsilə albomdan çıxarılacaq dördüncü sinqlın “E. T.” olacağı elan edildi.[18][19][20] Elanla eyni vaxta sinqlın üz qabığı kimi istifadə ediləcək Perrini pişik gözləri və geniş yaxalıqlı paltarda təsvir edən şəkil də yayımlandı.[13][20] Mahnının Kanye Vestin də iştirakı ilə yazılmış sinql versiyası 16 fevral2011 – ci ildə satışa çıxarıldı.
“E.T.” mahnısı tənqidçilərdən müxtəlif rəylər almışdır.Lakin əksər tənqidçilər qeyd edirlər ki, mahnı Perrinin öz səs imkanlarını göstərməsi üçün yaxşı imkan yaratmışdır.[10][21][22] Mahnı “BBC Music”dən müğənninin əvvəlki "Hot n Cold" və "California Gurls" mahnılarından da zövq aldığını bildirən Al Fox tərəfindən mükafatlandırılmışdır.[6] “Entertainment Weekly”dən li Qrinblat qeyd edir ki, Perri ABŞ rok musiqiçiləri Lita Ford və Trent Reznorun musiqi üslublarını kombinasiya edərək öz böyük səs imkanlarını nümayiş etdirmişdir.[23] “Slant Magazine”dən Metyu Kul mahnının anlaşılmazlığını bəyənmədiyini bildirərək “E. T.”nin “t.A.T.u.”nun" “All the Things She Said" mahnısını xatırlatdığını söyləmişdir.[24]
“Now” dan Ceyson Riçards mahnını “bacarıqsız”, “Sputnikmusic”dən Rudi Klaper “piskeyfiyyətli” adlandıraraq səs düzümünün normal olmadığını bildirmişdir.[25][26] Bill Lamb About.com üçün yazdığı məqalədə mahnını beş ulduzdan üç yarım ulduzla qiymətləndirmişdir.[22] Buna əlavə olaraq “PopMatters”dən Stiv Leftrayc yazır: “Üstəgəl, 'E.T.' və 'Circle the Drain' kimi mahnıların nə düşündürücü məzmun, nə də maraqlı musiqisi baxımından Perrinin yaradıcılığında hansısa ciddi irəliləyişə səbəb olacağını da demək olmaz.”[27]
Vestin ifası haqqında da tənqidçilərin fikirləri müxtəlifdir. Mahnını “böyük duet” adlandıran Kaplan hər iki müğənninin ifasını tərifləyir.[8][22] Bundan başqa “Entertainment Weekly”dən Bred Viti kişi ifasının mahnını inkişaf etdirdiyini yazmışdır.[28] “Digital Spy”dan Robert Kopsi mahnıya beş ulduzdan dörd ulduz vermiş, lakin repçinin ifasının mahnıya heç nə əlavə etmədiyini vurğulamışdır.[29] “New York”dan Amos Barşad Vestin yad planetli məcazlarının kobud və misoqnist yönümlü olduğunu qeyd etmişdir.[12]
Mahnının təbliğat sinqlı kimi satışa çıxarılmış solo versiyası 64.000 dijital nüsxə ilə satılaraq Billboard Hot 100 – də qırx ikinci yerdə debüt etmişdir.[30] Həmin həftə mahnı Canadian Hot 100 – də on üçüncü yürdə debüt etmişdir.[31]Avstraliyada2011 – ci ilin fevral ayında on ikinci yerdə debüt edən mahnı beşinci yerə kimi yüksələ bilmişdir.[32] Daha sonra “E. T.” “Australian Recording Industry Association” tərəfindən ikiqat platinium sertifikata layiq görülmüşdür.[33] Bir həftə sonra Yeni Zellandiyada on yeddinci yerdə debüt edən “E. T.” 31 yanvar, 2011 – ci ildə birinci yerə yüksəlmiş, Yeni Zellandiya mahnının birinciliyə yüksəldiyi altıncı ölkə olmuş və bu ölkədə “Recording Industry Association of New Zealand” tərəfindən 15.000 nüsxə satışa görə mahnı platinium sertifikata layiq görülmüşdür.[34][35]20 iyul2011 – ci ildə “E. T.” "Firework" və "California Gurls" mahnılarından sonra Perrinin “Yeni Zellandiyada bütün zamanların ən yaxşı sinqlı” (New Zealand's Best Singles of All Time) olan üçüncü mahnısı olmuşdur.[36]26 fevral2011 – ci ildə “Billboard"ın "Hot Dance Club Songs” hit paradında otuz yeddinci yerdə daxil olan mahnı tezliklə birinci yerə yüksəlmişdir ki, bununla da mahnının birinci yerə yüksəldiyi hit paradların sayı altıya çatmışdır.[37][38]
Mahnının Vestin ifası ilə çıxarılmış ikinci sinql versiyası 110.000 nüsxə ilə satılaraq 5 mart2011–ci ildə yenidən “Billboard Hot 100”ə daxil olmuşdur.[39]9 aprel2011–ci ildə “E. T.” hit paradda birinci yerə yüksələrək Perrinin beşinci, Vestin isə dördüncü bir nömrəli sinqlı olmuşdur.[40][41] Mahnı Lady Gaganın “Born This Way” mahnısının altı həftəlik uğuruna son qoymuş, “Teenage Dream” albomu isə tarixə dörd bir nömrəli sinqla malik olan doqquzuncu albom kimi daxil olmuşdur.[42] Üç həftə birinci yerdə qalan mahnı böyük satış miqdarı ilə də yadda qalmışdır.[43][44][45] “Billboard"ın "Hot Digital Songs” hit paradında isə mahnı yeddi həftə birinci yerdə qalaraq Eminemin2010 – cu ildə satışa çıxarılmış "Love the Way You Lie" mahnısından sonra ən uzun müddət bu yeri saxlayan mahnı olmuşdur.[46]
“Billboard"ın "Mainstream Top 40 (Pop Songs)”ın tarixində “E. T.” həftəlik ifa sayına görə rekorda imza nail olmuşdur: “Nielsen Broadcast Data Systems”in hesablamalarına görə 25 aprel – 1 may2011–ci il tarixləri arasında mahnı 131 radio stansiyasında 12.330 dəfə ifa olunmuşdur ki, bu da orta hesabla hər radioda həftədə 94 ifa deməkdir.[47] Bu nəticə Perrinin əvvəlki sinqlı olan "California Gurls"ün (12.159) nəticələrindən daha yüksək idi.[47] Bu rekord sonradan Perrinin "Last Friday Night (T.G.I.F.)" sinqlının 13 avqust, 2011 – ci ildə 12, 468 ifa sayı ilə yenilənmişdir.[48] Bu arada, mahnı Perrinin “Rhythmic Airplay Chart”da ilk bir nömrəli mahnısı olmaqla ifaçını bu hit paradda mahnısı birinciliyə yüksəlmiş üçüncü qadın ifaçı etmişdir.[49]
Billboard hit paradlarında mahnı yaxşı uğur qazanaraq “Adult Pop Songs chart” da ikinci, “Adult Contemporary”və“Latin Pop Songs” hit paradlarında isə on ikinci yerə kimi yüksələ bilmişdir.[50][51]Nielsen SoundScana görə mahnının ən çox satış miqdarı əldə etdiyi həftə “Billboard Hot 100”də birinciliyə yüksəldiyi və Perrinin mahnını “American Idol”da canlı ifa etdiyi təqdimatdan sonrakı dördüncü həftə olmuşdur ki, bu zaman mahnı 344.000 nüsxə ilə satılmışdır.[44] Mahnı 300.000 dijital nüsxə ilə satılaraq bu nəticəni əldə etmiş dörd mahnıdan biri olmuşdur.[46] “E. T.” 28 aprel2011–ci ildə “Recording Industry Association of America” tərəfindən ikiqat platiniun sertifikata layiq görülmüşdür.[52]2011 – ci ilin avqustunda əldə edilmiş nəticəyə görə “E. T.” 4. 531. 000 nüsxə satışla həmin ilin birinci yarısının ən çox satılan sinqlı olmuşdur.[53] Bu Perrinin beşinci, Vestin isə dördüncü 4 milyondan artıq nüsxə ilə satılmış mahnısı olmuşdur.[54][55]
Mahnı “Canadian Hot 100” ə on səkkizinci yerdə yenidən daxil olaraq 7 may, 2011 – ci ildə, on ikinci həftəsində birinci yerə yüksəlmişdir.[56][57] “E. T.” İrlandiyada beşinci yerə yüksəlmiş, Avstriya, Almaniya və İtaliyada ilk onluğa daxil olmuş, Belçikanın Wallonia hit paradında, Danimarka, Fransa, Finlandiya, Norveç, İsveç və İsveçrədə ilk on ikiliyə, Belçikanın Flanders hit paradında isə on dördlüyə daxil olmuşdur.[32][58][59][60] “UK Singles Chart”da mahnı səkkizinci həftəsində üçüncü yerə yüksəlmiş, bununla da həmin çat mahnının bu ölkədə ilk onluğa daxil olduğu səkkizinci hit parad olmuşdur.[61][62] Mahnı 200.000 nüsxə satış miqdarına görə “British Phonographic Industry (BPI)” tərəfindən gümüş sertifikata layiq görülmüşdür.[63] “Slovak airplay chart”da mahnının solo versiyası on səkkizinci, “Czech airplay chart”da on ikinci, “Dutch Top 40”da iyirmi yeddinci, “Greek airplay chart”da isə iyirmi səkkizinci yerə kimi yüksəlmişdir.[64][65][66][67]
Keti Perrinin klipdə evolyusiyadan əvvəlki və sonrakı görünüşü
Klipin çəkilişləri 2011-ci ilin fevral ayında həyata keçirilmişdir.[68] “E. T.” mahnısı üçün çəkilmiş klip 31 mart2011–ci ildə MTV.com – da təqdim edilmişdir.[69]MTV – nin yayımladığı təbliğat fotosunda Vest adi küçə geyimində, Perri isə pastel rəngli qəribə makiyaj və böyük başlıqla təsvir edilmişdi.[13]21 martda klipin ilk qısa treyleri yayımlandı: 19 saniyə davam edən treylerdə naməlum uçan obyektlər görünürdü.[70] Klipin rejissoru Kristina Agilera və Merlin Mensonla birgə həyata keçirdi işlərdən sonra, özünəməxsus “qara qadınsayağı” tərzi ilə tanınmış Floria Sigismondi olmuşdur.[13][71] “NRJ"nin fransı radiosunun “Le 6/9” verilişinə 10 mart2011–ci ildə verdiyi müsahibədə Perri klipin otuz saniyəlik hissəsini izlədikdən sonra Sigismondinin işindən razı qaldığını bildirmişdir.[72] Başqa bir müsahibəsində o deyir: “Mən bu albomdakı mahnılara daha çox klip çəkdirmək istəyirəm. Bu mahnıların tarixçəsidir. [...] Mən həqiqətən də kliplərin çəkilməsi zamanı çox həyəcanlanıram, çünki onların yaşama müddəti insanların yaşama müddətindən dəfələrlə uzundur."[13][70]
Klip Midge Williams & Her Jazz Jestersin "Where in the World Can My Lover Be?" mahnısının zəif səslə fonda ifa olunması ilə başlayır. Musiqi Vestin Sputnikə bənzər kosmik maşında vakkum şəraitində görünməsi ilə başlayır.[73] Klipdə yad planteli kimi açıq kosmosda təsvir edilən Perri, inkişaf edərək insana yaxın formaya düşür və xaraba qalmış, insanlar tərəfindən tərk edilmiş Yer kürəsinə enir.[74] Klipdə xeyli ov oyunu səhnələrindən də istifadə edilmişdir.[75] Yer kürəsində Perri xarab olmuş robota rast gəlir (kosmik adama bənzər) və onu öpür, bundan sonra həmin robot Şaun Rozun canlandırdığı çılpaq adama çevirilir.[74][76] Bir neçə saniyə sonra isə məlum olur ki, Perrinin evolyusiyası tamamlanmayıb və onun ayaqları ceyran ayaqlarıdır.[77] Bu arada, Vest klipdə yalnız kosmik gəmidə səyahət edən halda təsvir edilir.[78][79]
Klipin əvvəlindən sonuna kimi Perri mavi rəngin üstünlük təşkil etdiyi ağır kosmetikalı və ekstravanqart aksesuarlarla[80], pişik gözünə bənzər göz və Meduzanı xatırladan başlıqla təsvir edilir.[81][82][83] “New York”dan Vaylla Paskin Perrinin klipdəki görünüşünü, Lady Gaganın "Born This Way" klipindəki obrazı, Kraliça Şeba, Ziggi Stardast, Lara Kroft, Padme Amidala və “Yer kürəsindəki döyüş zonası” və “Jadzia Dax” filmlərindəki yad planetlilər obrazları ilə müqayisə edirlər.[75][81][84][85] Klip özü isə “Avatar" filminin davamı və ya Keti Perrinin video oyunu” adlandırılmışdır.[10]2011 – ci ilin iyununda klip ”Fuse tv” tərəfindən bütün zamanların yüz ən seksual klipi arasında doxsan altıncı yerdə qərarlaşdırılmışdır.[86]
2011 – ci il “MTV Video Music Awards”da Perrinin “E. T.” Klipi beş kateqoriyada mükafata nominant kimi elan edilmiş, lakin, iki kateqoriyada Ən uğurlu əməkdaşlıq və Ən yaxşı xüsusi effektlər[87] kateqoriyalarında MTV musiqi mükafatına layiq görülmüşdür.[88]
Perri mahnını bir neçə dəfə, bonus mahnı kimi “Walmart Soundcheck” çəkilişlərində Manhettendəki “Madison Square Garden”də, 10 dekabr2010 – cu ildə Z100 – ün “Jingle Ball”ında canlı ifa etmişdir.[89][90] Perri mahnını ikinci konsert turu olan “California Dreams Tour” zamanı da ifa etmişdir.[91] Mahnının canlı ifasından iOS üçün hazırlanmış Revenge 2 oyununda da istifadə edilmişdir.[92] Mahnının sözləri 16 mart2011 – ci ildə Perrinin veb saytına göndərilmişdir.[93] Vest isə mahnını 2011 – ci ildə “Coachella Valley Music and Arts Festival”da Keti Perrisiz ifa etmişdir.[94] Perri mahnını 21 aprel2011–ci ildə “American Idol”un onuncu sezonunda ifa etmişdir.[95]
“Teenage Dream”dən olan digər sinqllar kimi “E. T.” mahnısı da bir çox digər ifaçılar tərəfindən ifa edilmişdir. Mahnının akustik versiyası 2011 – ci ilin mayında VersaEmerge tərəfindən ifa edilmişdir.[96] Bir ay sonra “E. T.” mahnısı üçün Kardaşyan və Cenner ailəsi tərəfindən Mexiko səfəri tərəfindən çəkilmiş video yayımlanmışdır.[97] “Huffington Post”dan olan jurnalist bu videonu “sözün əsl mənasında dəhşətli dərəcədə yaxşı” adlandırmışdır.[98] Həmin ay Vinter Qordon mahnını Avstraliyanın “Dancing With the Stars” verilişində slov sevgi balladası kimi ifa etmişdir. “Idolator”un müxbiri Qordonun ifasına fikir bildirərkən “vokal imkanlarının cazibəyə tabe olmayaraq orijinal versiyanı üstələdiyini” bildirmişdir.[99]
↑ 12"BPI Certified Awards". British Phonographic Industry. To access, user must enter the search parameter "Kanye West" and select "Search by: Keyword", with the other two set to "All". October 6, 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: September 10, 2011.
↑ 12SNS IFPI(slovak.). Hitparáda — RADIO TOP100 Oficiálna. IFPI Czech Republic. Qeyd: axtarış sətrinə bunu daxil edin 201120. Yoxlanılıb May 25, 2011.