Edqar Longe (18 avqust 1879, İngiltərə – 12 dekabr 1950[1][2], Alforvill) — Fransanın sosialist aktivisti, həkim, Karl Marksın nəvəsi.
Edqar Longe | |
---|---|
fr. Edgar Longuet | |
Doğum tarixi | 18 avqust 1879 |
Doğum yeri | |
Vəfat tarixi | 12 dekabr 1950[1][2] (71 yaşında) |
Vəfat yeri | |
Atası | Şarl Longe |
Anası | Cenni Longe |
Fəaliyyəti | həkim, siyasətçi |
Partiyası |
Edqar Longe 18 avqust 1879-cu ildə İngiltərənin Remsgeyt qəsəbəsində Şarl Longenin və Karl Marksın qızı Cenni Longenin ailəsində dünyaya gəlib.[3][4] Uşaq ikən çox yemək yediyinə görə onu Canavar deyə çağırırdılar.[5] Edqar 18 aylıq olanda ailəsi Fransaya köçmüşdü.[6]
O, Fransa işçi hərəkatında olduqca fəal idi və 1905-ci ildə Jül Gedin dəstəkçisi kimi Sosialist Partiyasına qoşulmuşdu. 1937-ci ildə sosialistlərdən ayrılan Edqar 1938-ci ildə fəal üzvü olduğu Fransa Kommunist Partiyasına daxil oldu.[7] Siyasi cəhətdən o, sadiq Stalinçi kimi Sovet İttifaqına heyran idi.[8]
Longe babası Karl Marksla Karlın qızları Cenni (Longenin anası), Eleonora və Lauranın və ailə dostu Fridrix Engelsin birlikdə çəkdirdiyi dagerotipi 1948-ci ildə Moskvadakı Sov.İKP MK-nın Marksizm-Leninizm İnstitutuna bağışlamışdı.[9] Həmin il o, Fridrix Engelsin və babası Karl Marksın yazdığı "Kommunist Manifesti"nin Sovet İttifaqında və Polşa Xalq Respublikasında 100 illik yubileyinin qeyd edilməsində iştirak etmişdi.
Longe Parisətrafı ərazidə – Alforvildə yaşayırdı.[3] O, 1950-ci ildə vəfat etmiş və ölümündən bir qədər əvvələ qədər həkim kimi çalışmışdı.[8]
Edqar Longe rəssam Frederik Longenin və siyasətçi Pol Longenin atasıdır. Edqarın qardaşı Jan da fəal sosialist və Fransa Deputatlar Palatasının üzvü olub.[4]