Şarl Longe

Şarl Feliks Sezar Longe (14 fevral 1839[1], Kann[d][3]5 avqust 1903[1], Paris[3]) — jurnalist, Fransa işçi sinfi hərəkatının, o cümlədən 1871-ci il Paris kommunasının görkəmli nümayəndəsi, Birinci İnternasionalın Baş Şurasının prudonist üzvü (1866–1867, 1871–1872).

Şarl Longe
Doğum tarixi 14 fevral 1839(1839-02-14)[1]
Doğum yeri
Vəfat tarixi 5 avqust 1903(1903-08-05)[1] (64 yaşında)
Vəfat yeri
Dəfn yeri
Həyat yoldaşı
Uşaqları
Fəaliyyəti siyasətçi, jurnalist, tərcüməçi
Üzvlüyü
  • Birinci İnternasional[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şarl Longe 14 fevral 1839-cu ildə Fransanın Kann şəhərində dünyaya gəlmişdir. O, siyasi fəaliyyətə başladıqdan sonra Birinci İnternasionalın Belçika üzrə müxbir katibi (1866),[4] eləcə də Lozanna (1867),[5] Brüssel (1868) və London konfranslarında (1871)[5] nümayəndə kimi çalışmışdır. O, həmçinin "Journal Officiel" nəşrinin redaktoru olub.[6]

Longe 1871-ci ildə Paris Kommunasında iştirak etmiş və cari hökumət məğlub olduqdan sonra qaçqın kimi İngiltərəyə köçmüş, burada isə Karl Marksla tanış olmuşdu. Longe 2 oktyabr 1872-ci ildə Londonda Marksın böyük qızı Cenni ilə evləndi. Cütlüyün bu nikahdan altı övladı dünyaya gəldi; onlardan ilk beşi oğlan, sonuncusu isə qız idi.[6] Şarlın iki oğlu körpə ikən dünyasını dəyişmişdi. Şarlın jurnalist oğlu Jan və həkim oğlu Edqar sonralar Fransada tanınmış sosialist fəallara çevrildilər.[7]

1880-ci ilin iyulunda Fransa hökuməti tərəfindən verilən siyasi amnistiyadan sonra Longe Fransaya qayıtdı. Burada o, Jorj Klemanso tərəfindən təsis edilmiş radikal gündəlik qəzet olan "Ədalət" (fr. La Justice) qəzetinin redaktoru vəzifəsini tutdu.[6] Həyat yoldaşı və uşaqları 1881-ci ilin fevralında ona qoşuldular və ailə Paris yaxınlığındakı Arjantöy qəsəbəsində məskunlaşdı.[7] Burada Cenni 1883-cü ilin yanvarında, ehtimal ki, sidik kisəsi xərçəngindən vəfat etdi.[6] İki ay sonra Cenninin atası Karl Marks da öldü; Longe onun dəfn mərasimində çıxış edənlərdən biri idi.[8]

Şarl Longe 5 avqust 1903-cü ildə 64 yaşında Parisdə vəfat etdi. O, Per-Laşez qəbiristanlığında dəfn edilib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Ouest-France (fr.). Rennes: 2013. ISSN 0999-2138; 2262-4279
  3. 1 2 3 4 Лонге Шарль // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохоров 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  4. Belgian section International Working Men's Association Collection. 2012-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  5. 1 2 Yuri Mikhailovich Steklov. 8 // History of The First International. 2007-09-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-25.
  6. 1 2 3 4 Francis Wheen. Karl Marx: A Life. London: WW Norton & Company. 1999. səh. 326.
  7. 1 2 Saul K. Padover. Karl Marx: An Intimate Biography. New York: McGraw-Hill Book Co. 1978. səh. 479-480.
  8. "A Darwinian Gentleman at Marx's Funeral - E. Ray Lankester" (ingilis). 2012-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 25 fev 2024.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]