Eduard Melikoviç Ayanyan (erm. Էդուարդ Մելիքի Այանյան; rus. Эдуа́рд Ме́ликович Аяня́н; 25 mart 1919[1], Çaykənd, Gəncə quberniyası – 26 fevral 1994, Moskva) — SSRİ hərbçisi, Sovet İttifaqı Qəhrəmanı, fizika-riyaziyyat elmləri namizədi.
Eduard Ayanyan | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 mart 1919[1] |
Doğum yeri | |
Vəfat tarixi | 26 fevral 1994 (75 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı | |
Təhsili | |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Sovet Sosialist Respublikaları İttifaqı |
Qoşun növü | artilleriya[d][1] |
Rütbəsi | baş leytenant |
Döyüşlər | |
Təltifləri |
|
Vikianbarda əlaqəli mediafayllar |
Eduard Melikoviç Ayanyan 24 mart 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti ərazisində, indiki Göygöl rayonunun Çaykənd kəndində anadan olmuşdur. Erməni əsillidir. 1941-ci ildən Sovet Ordusunda xidmət etməyə başlamışdır. İkinci Dünya müharibəsində əvvəlcə zenit artilleriyası vzvoduna, sorra isə batareyasına komandirlik etmişdir. Baş leytenant Ayanyan Stalinqrad, Kursk, Xarkov, Kiyev və Budapeşt uğrunda döyüşlərində iştirak etmişdir. 1943-cü ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür.[2]
1953-cü ildən SSRİ Elmlər Akademiyası Mexanika Problemləri İnstitutunda elmi işçi olmuşdur. 1-ci dərəcəli "Vətən müharibəsi" və "Qırmızı ulduz" ordenləri ilə təltif olunmuşdur. 15 may 1945-ci ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. 26 fevral 1994-cü ildə Rusiyanın paytaxtı Moskva şəhərində vəfat etmişdir.[2]