Edvard Teller

Edvard Teller (ivritcə:אדוארד טלר), (15 yanvar 1908[1][2][…], Budapeşt, Avstriya-Macarıstan[4]9 sentyabr 2003[1][2][…], Stenford[d], Kaliforniya[5][6]) — O, macarəsilli amerikalı fizikABŞ-da nüvə texnologiyasının banilərindən biridir. Edvard Teller İkinci Dünya müharibəsində Manhetten layihəsinin üzvü və Lourens Livermor Milli Laboratoriyasının yaradıcısı olmuşdur.

Edvard Teller
ing. Edward (Ede) Teller
mac. Teller Ede
Doğum tarixi 15 yanvar 1908(1908-01-15)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 9 sentyabr 2003(2003-09-09)[1][2][…] (95 yaşında)
Vəfat yeri
Elm sahəsi nəzəri fizika
İş yerləri
Təhsili
Elmi rəhbərləri Verner Heyzenberq[7]
Üzvlüyü
Mükafatları Prezidentin "Azadlıq" medalı Enriko Fermi mükafatı
ABŞ Milli Elmlər medalı
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəziləri onu “hidrogen bombasının atası” adlandırır. Özü isə bunu dəyərsiz hesab edirdi. O, doktorluq dissertasiyasını Leypsiq Universitetində Verner Heyzenberqin rəhbərliyi altında yazmış və Enriko Ferminin məsləhəti ilə nüvə fizikasına müraciət etmişdir.

Edvard Teller Macarıstanın paytaxtı Budapeştdə yəhudi ailəsində anadan olmuşdur. Atası məşhur hüquqşünas, anası pianoçu idi və Avstriyanın vəliəhdi Sarayevoda öldürüləndə onun altı yaşı vardı. Birinci Dünya müharibəsindən sonra Teller on səkkiz yaşında Macarıstanı tərk edərək Almaniyaya getmişdir. Bu geri dönməz səyahətin səbəbi Macarıstanda antisemit qanunların sərtləşdirilməsi idi. Macarıstan universitetləri həmin dövrdə yəhudi abituriyentləri qəbul etmədiyi üçün təhsilini davam etdirməyi orada qeyri-mümkün idi.

O, Almaniyanın Leypsiq Universitetində fizika sahəsinə daxil olub və kvant fizikası üzrə doktorluq dissertasiyasını yazmış, eyni zamanda bu universitetin nüvə fizikası tədqiqat mərkəzində işləmişdir. Amma həmin illərdə Almaniyada yəhudilərin həyatı çətinləşdi. Edvard Teller də o dövrün bir çox görkəmli alimləri kimi Hitler Almaniyada hakimiyyətə gəldikdən sonra Almaniyanı tərk edərək, 1935-ci ildə İngiltərədə, sonra Danimarkada qısa müddət qaldıqdan sonra həmişəlik Amerikaya gedir və 1941-ci ildə orada vətəndaşlıq alır.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Edward Teller // Encyclopædia Britannica (ing.).
  3. 1 2 NNDB (ing.). 2002.
  4. 1 2 Теллер Эдвард // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. 1 2 The explosion of the first atomic bomb.
  6. 1 2 Neue Reaktor-Technologien.
  7. Mathematics Genealogy Project (ing.). 1997.