Efremov atamanlarının sarayı

Efremov atamanlarının sarayı (rus. Дворец атаманов Ефремовых) ― Rusiyanın Rostov vilayətinin Staroçerkasskaya şəhərində 1761-ci ildə inşa edilmiş, Efremovlar ailəsinə məxsus olmuş malikanə.

Efremov atamanlarının sarayı
Əsası qoyulub 1761
Ölkə
Yerləşir Staroçerkasskaya
47°08′29″ şm. e. 40°01′19″ ş. u.
Efremov atamanlarının sarayı xəritədə
Efremov atamanlarının sarayı
Efremov atamanlarının sarayı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Memarlıq[redaktə | mənbəni redaktə et]

Malikanənin fasadı MoskvaSankt-Peterburq zadəganlarının malikanələrində də olduğu kimi klassik üslubda dizayn edilmişdir. Mərkəzi rizalitin üçbucaq altlığı dördü tək və ikisi cüt olan hamar yarım sütunla dəstəklənir. Birinci və ikinci mərtəbələr arasındakı döşəmə kolonnada üzərində yerləşir. Binanın pəncərələri ölçücə olduqca müxtəlifdir: alt mərtəbədəki pəncərələr ölçücə kiçik, formaca isə yastıdır və açardaşları Juxenkov kazaklarının evlərinin pəncərələrindəkinə bənzəyir; ikinci mərtəbənin pəncərələri isə daha böyük və daha yüngüldür, yüngül bir çərçivəyə malikdir və binaya saray görünüşü verir. Efremov sarayı yaxınlığındakı kilsə ilə eyni vaxtda tikilmişdir.[1]

Xüsusilə 1848-ci ildə baş vermiş yanğından sonra aparılan çoxsaylı yenidənqurma işləri binanı olduqca dəyişdirmişdir. Binanın orijinal görünüşü İmperator I Aleksandrın "isti sularındakı müxtəlif ehtiyacların tənzimlənməsi və təsviri üçün" QafqazaKrıma göndərdiyi memar Nikolay Lvov tərəfindən 1803-cü ildə hazırlanmış Çerkassk panoramasının eskizində qorunub saxlanışmışdır. Bu plana əsasən bina üfüqi istiqamətdə uzanaraq layihəsinin simmetriyasını qoruyub saxlayırdı.

1836-cı ildə daş divarla əhatə olunmuş yeni bir monastırın inşası ilə binanın ön fasadı həyətə doğru irəliləmişdir.[1]

Tarix[redaktə | mənbəni redaktə et]

Efremovlar ailəsi Donun ən seçilən və ən varlı sülalələrindən biri idi. Sülalənin banisi Moskva taciri Efrem Petrovun oğlu idi və o, 1670-ci ildə Çerkasskaya (indiki Staroçerkasskaya) köçərək burada uğurla ticarətlə məşğul olmuş və usta rütbəsinə yüksəlmişdir.

Efremov 1756-1761-ci illərdə həyətlərində Tanrı Anasının Don İkonu adına müqəddəs bir ev kilsəsi tikdirdi.

27 dekabr 1831-ci il tarixində Efrem Petrovun dul xanımı Yevdokiya Koakimovna, Ulyana Alekseyevna və oğlu kapitan Nikolay Stepanoviç, Donun baş yepiskopuna ərizə yazaraq ondan Staroçerkasskda monastır inşa etməsini xahiş etdilər. Müraciətdə Efremovlar ailəsinin üzvlərini belə bir addım atmağa sövq edən əsas və yeganə səbəb, inancları və Çerkassk torpağında dəfn olunan qohumlarının xatirəsini əbədiləşdirmək istəkləri idi. 25 yanvar 1937-ci ildə İmparator I Nikolay "Novoçerkassk Yeparxiyasının Staroçerkasskaya stanitsasında Efremov monastırının yaradılması haqqında" fərman imzaladı.[2]

Muzey[redaktə | mənbəni redaktə et]

Efremov sarayı Staroçerkassk muzey-qoruğunun əsas obyektidir. Köşkün geniş mənzillərində Çerkası və Don kazaklarının tarixinə dair müxtəlif sərgilər mövcuddur. Eksponatlar arasında kazakların Konstantinopoldan gətirdiyi 16-cı əsrə aid mərmər günəş saatları, 17-ci əsrə aid Azov qənimətləri və Don kazaklarının müxtəlif silahları var. 2014-cü ildə aparılan yenidənqurma işlərindən sonra sarayın ikinci mərtəbəsi ziyarətçilər üçün açışlmışdır və indi burada Efremovlar ailəsinə və kazak mədəniyyətinə həsr olunmuş bir sərgi var.[3]

2015-ci ildə Rostov vilayətinin Əmlak və Torpaq Münasibətləri Nazirliyi binanı Rus Pravoslav Kilsəsinə təhvil verməyi təklif etsə də, bölgə məhkəməsi köçürmə niyyətini qanunsuz elan etmişdir və bu səbəbdən muzey kompleksi hələ də dünyəvi bir qurum olaraq qalmaqdadır.[4][5]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Подворье атаманов Ефремовых" (rus). Rostov-Region. 2012-07-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  2. "Возникновение и учреждение монастыря" (rus). Свято-Донской Старочеркасский мужской монастырь. 2017-02-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  3. "Дворец атаманов Ефремовых в Старочеркасской открыт после реставрации" (rus). РБК. 2017-03-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  4. "РПЦ стремится заполучить Дворец атаманов Ефремовых Старочеркасского музея-заповедника" (rus). Don News. 2017-03-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.
  5. "Атаманский дворец Старочеркасска не достанется РПЦ" (rus). Дон-ТР. 2016-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-02-25.