Eftanaziya

Evtanaziya[1] (yun. εὖ — yaxşı + yun. θάνᾰτος — ölüm) — sağalmaz xəstəlikdən əziyyət çəkən insanı və ya heyvanı həyatdan məhrum etmə təcrübəsi.

Scales of justice
Ümumi hökmlər
 
Beynəlxalq cinayətlər
Kütləvi qətl
İnsan alveri
Soyqırım
Müharibə
İmmiqrant qaçaqçılığı
Terrorizm
Şəxsə qarşı törədilən cinayətlər
Qətl
Sifarişli qətl
Adamöldürmə
Övlad qətli
Ata qətli
Ehtiyatsızlıqdan qətl
Linç mühakiməsi
Namus qətli
Ayin qətli
İntihar
Duel
Padşahöldürmə
Adam yaralama
İşgəncə
Əziyyət
Cinsi təcavüz
Uşaqların cinsi istismarı
Şantaj
Təhlükə
Təhqir
Oğurluq
Təhrik
Dələduzluq
Qatil
Muzdlu qatil
Seriyalı qatil
Kamikadze • Assasin
Kriminal olmayan qətl
Ölüm hökmü
Evtanaziya • Abort
Millətə və dövlətə qarşı cinayətlər
Rüşvət
Vəzifədən sui-istifadə
Böhtan
Yalandan şahidlik etmək
Respublikanı, Dövlətin təşkilat və orqanlarını alçaltma
Dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq
Hərbi xidmətdən boyunqaçırma
Vətənə xəyanət
Hüquq portalı

Hollandiya qanunvericiliyinin müəyyənləşdirdiyi tərifə əsasən, "bu və ya digər şəxsin öz istəyi ilə həyatına son qoymaq qərarı və həmin qərarın bu işdə maraqlı olmayan şəxs tərəfindən yerinə yetirilməsi evtanaziya adlanır". "Evtanaziya" sözü ilk dəfə XVII yüzillikdə F. Beykon tərəfindən işlənib[2]. O, bu sözü "yüngül ölüm" mənasında işlədib, XIX əsrdə isə bu ifadə "kimisə mərhəmətdən öldürmə" mənasını daşımağa başladı. Əslində evtanaziya ideyası qədimdən yaranıb. Lakin Hippokrat dövründən bu günə qədər ənənəvi tibb etikasına belə bir qadağa daxildir:

" "Mən heç kimə, hətta bunu xahiş edənə belə ölüm gətirə biləcək dərman verə bilmərəm, hətta bunu məsləhət də görə bilmərəm". Amma son vaxtlar həkimlərdə bu təcrübəyə əl atmaq – xəstənin ölümünü onun istəyi ilə yüngülləşdirmək, tezləşdirmək zərurəti yaranıb, xüsusən də pasiyent bunu xahiş etdikdə. Biz bu tendensiyaya necə yanaşmalıyıq? "

Köhnəlmiş qadağalardan azad olmaq kimi, yoxsa mənəvi nöqteyi-nəzərdən düz olmayan təhlükəli presedent kimi Bu, çox mübahisəli məsələdir, evtanaziya sözü yaranandan bununla bağlı fikir ayrılıqları mövcuddur. Özü də təkcə tibb alimləri arasında deyil, həm də dindarlar arasında. Ona görə də dünyadakı mövcud praktikaya diqqət yetirmək gərəkir[3][4]. Dünyada 3 ölkədə insanların həyatı könüllü tərk etməsinə icazə verilir. Birinci məkan Fələstindir. Burada könüllü ölməyin çox sadə və çeşidli yolları var ki, hamısına da "sionist işğalçılarına qarşı şəhadət" deyilir: şəhid olmaq istəyən kəs ölümü könüllü seçir, sonra da israillilərə maksimum ziyan vurmaq ıçın özünü partladır. İkinci məkan Hollandiyadır ki, burada ağır xəstə olan insanların ölüm seçmələri qanunla rəsmiləşdirilib[5]. Üçüncü məkan isə ABŞ-nin Oreqona ştatıdır. Oreqonada 1997-ci ildən bəri qüvvəyə minmiş yerli qanuna görə, könüllü ölüm proseduru yolverilən sayılır. Birləşmiş Ştatların başqa yerində belə qanun yoxdur[6].

1999-cu ildə "Doktor Ölüm" ləqəbli erməni əsilli amerikalı Con Gevorkyan ağır xəstələri öz razılıqları ilə ölümə yolladığı üçün Miçiqanda ömürlük həbsə məhkum edilmişdi[7]. Həkimlər ən ağır vəziyyətdə olan xəstənin sağalması, ağrılarının yüngülləşməsi üçün bütün mümkün vasitələrdən istifadə etməlidirlər. Və xəstənin istəyi ilə onların ölümünün gerçəkləşdirilməsi qeyri-etik sayılır. Bir sözlə, evtanaziyanın rəsmiləşdirilməsi bəşəriyyətin mənəvi dəyərlərini alt-üst edə bilər.

Evtanaziya və İslam

[redaktə | mənbəni redaktə et]

Quran və Sünnəyə (peyğəmbərin hərəkətləri və deyimləri) əsaslanaraq insan həyatının istənilən sahəsi ilə bağlı fitva çıxara bilər. Gəlin konkret hallara baxaq: tutaq ki, həkim aktiv evtanaziya – pasiyentin ölümünə yönəlmiş məqsədyönlü prosedurları həyata keçirir. Özü də onun xəstəsi xərcəng xəstəliyindən əzab çəkir, güclü ağrıları, ürəkkeçmələri var. Həkim tam əmindir ki, xəstənin yaşamaq şansı yoxdur. Ağrıları qaldırmaq üçün olan dərmanın ölüm dozasını xəstəyə verərək həyatına son qoyur. İslam buna icazə verirmi? Adının çəkilməsini istəməyən azərbaycanlı dindarlardan biri bu suala belə cavab verdi:

" "Aktiv evtanaziya İslamda qadağan olunur. Ölüm dozasını verməklə, yaxud digər vasitədən istifadə etməklə həkim xəstəni öldürmək, yaxud onun ölümünü sürətləndirmək məqsədi güdür. Bu isə İslama görə ən böyük günah hesab olunur. Həkimin hərəkətləri istənilən halda qəsdən öldürmə hesab olunur, baxmayaraq ki, onun bu münasibəti xəstəyə mərhəmətindən irəli gəlir. Həkim xəstəyə onu Yaradandan daha mərhəmətli ola bilməz. Böyük Yaradan ona həyat bəxş edib və lazımi məqamda da onu geri alacaq[8]" "

.

"Deyək ki, uşaq kəllə — beyin iflicindən əziyyət çəkir. Bu xəstəliyin simptomları əqli gerilik, ətrafların müxtəlif dərəcəli iflicidir. Belə xəstə daimi qulluq tələb edir. Əgər o xəstələnərsə, məsələn, ağciyərləri soyuqlayıbsa həkim müalicə aparmır və nəticədə uşaq ölür. Yaxud xəstə komadadır. Sağalma şansı yoxdur. Onun həyatı "süni nəfəs" aparatı vasitəsilə saxlanılır[9].

Bu aparat söndürülən kimi xəstə ölür. Bu cür hallarda söhbət müalicənin dayandırılmasından gedir[10]. Yəni həkimin qənaətinə görə, istənilən halda Yaradanın obyektiv qanunlarına əsasən ölümün qarşısı alına bilməyəcək. Ona görə də hesab edirəm ki, müalicə prosesi üç şərtlə aparılmalıdır: ağrılar, dərmanların effektivliyi və sağalma ehtimalı olduğu halda[11]. Bu, Məhəmməd peyğəmbərin həyat tərzinə də müvafiqdir. O özü müalicə olunub və bunu bütün tərəfdarlarına da buyurub. Əgər sağalma mümkün deyilsə, İslamda müalicə prosesi "arzuolunmazdır" və "vacib" deyil. Bundan başqa, dərman preparatları xəstəliyin müddətini uzada bilər və bununla da onun əzablarını uzatmış olar[12].

Beləliklə, passiv evtanazya İslamda tələb olunan hərəkət olmasa da qanunidir və icazə verilir. Həkimin bu növ evtanaziyanı təcrübədən keçirmək hüququ var".

  1. "ГРАМОТА.РУ — справочно-информационный интернет-портал «Русский язык» | Словари | Проверка слова". 2023-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-25.
  2. Harris, NM. "The euthanasia debate". J R Army Med Corps. 147 (3). October 2001: 367–70. doi:10.1136/jramc-147-03-22. ISSN 0035-8665. PMID 11766225.
  3. "Euthanasia". Worldrtd.net. 5 August 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 6 July 2017. Philosopher Helga Kuhse: "'Euthanasia' is a compound of two Greek words – eu and thanatos meaning, literally, 'a good death'. Today, 'euthanasia' is generally understood to mean the bringing about of a good death – 'mercy killing,' where one person, A, ends the life of another person, B, for the sake of B."
  4. Voluntary Euthanasia // Voluntary Euthanasia (Stanford Encyclopedia of Philosophy). Plato.stanford.edu. Metaphysics Research Lab, Stanford University. 2018. 21 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 May 2019. When a person performs an act of euthanasia, she brings about the death of another person because she believes the latter's present existence is so bad that he would be better off dead, or believes that unless she intervenes and ends his life, his life will very soon become so bad that he would be better off dead.
  5. Voluntary and involuntary euthanasia Arxiv surəti 5 sentyabr 2011 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 5 sentyabr 2011 at the Wayback Machine BBC Accessed 12 February 2012. Archived from the original
  6. Carr, Claudia. Unlocking Medical Law and Ethics (2nd). Routledge. 2014. səh. 374. ISBN 9781317743514. İstifadə tarixi: 2 February 2018.
  7. Borry P, Schotsmans P, Dierickx K. "Empirical research in bioethical journals. A quantitative analysis". J Med Ethics. 32 (4). April 2006: 240–45. doi:10.1136/jme.2004.011478. PMC 2565792. PMID 16574880.
  8. Philippe Letellier, chapter: History and Definition of a Word, in Euthanasia: Ethical and Human Aspects By Council of Europe
  9. Francis Bacon: The Major Works by Francis Bacon, edited by Brian Vickers, p. 630.
  10. "euthanasia". Oxford Dictionaries. Oxford University Press. April 2010. 21 August 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 April 2011.
  11. Kohl, Marvin; Kurtz, Paul. A Plea for Beneficient Euthanasia // Kohl, Marvin (redaktor). Beneficient Euthanasia. Buffalo, New York: Prometheus Books. 1975. səh. 94., quoted in Beauchamp & Davidson (1979), p 295.
  12. Wreen, Michael. "The Definition of Euthanasia". Philosophy and Phenomenological Research. 48 (4). 1988: 637–53 [639]. doi:10.2307/2108012. JSTOR 2108012. PMID 11652547.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]