Adamöldürmə

Adamöldürmə — "Öldürmə" anlayışı insanın həyatı və ölümü ilə ayrılmaz surətdə bağlıdır. Məlum olduğu kimi, insanın həyatı bioloji baxımdan maddələr mübadiləsi, qidalanmaifrazatdan ibarətdir. Qeyd edilən funksiyanın bitməsi ilə insan həyatı da sona çatır. Bioloji mənada insan həyatı anlayışının verilməsinin insan həyatının sərhəddini müəyyən etmək üçün əhəmiyyəti vardır. Həyat doğum prosesi ilə başlayır. Həyatın təbii və labüd sonu orqanizmin qocalması nəticəsində fizioloji ölüm hesab edilir.

Scales of justice
Ümumi hökmlər
 
Beynəlxalq cinayətlər
Kütləvi qətl
İnsan alveri
Soyqırım
Müharibə
İmmiqrant qaçaqçılığı
Terrorizm
Şəxsə qarşı törədilən cinayətlər
Qətl
Sifarişli qətl
Adamöldürmə
Övlad qətli
Ata qətli
Ehtiyatsızlıqdan qətl
Linç mühakiməsi
Namus qətli
Ayin qətli
İntihar
Duel
Padşahöldürmə
Adam yaralama
İşgəncə
Əziyyət
Cinsi təcavüz
Uşaqların cinsi istismarı
Şantaj
Təhlükə
Təhqir
Oğurluq
Təhrik
Dələduzluq
Qatil
Muzdlu qatil
Seriyalı qatil
Kamikadze • Assasin
Kriminal olmayan qətl
Ölüm hökmü
Evtanaziya • Abort
Millətə və dövlətə qarşı cinayətlər
Rüşvət
Vəzifədən sui-istifadə
Böhtan
Yalandan şahidlik etmək
Respublikanı, Dövlətin təşkilat və orqanlarını alçaltma
Dövlətin birliyini və ölkə bütövlüyünü pozmaq
Hərbi xidmətdən boyunqaçırma
Vətənə xəyanət
Hüquq portalı
Qüstav Dorenin Qabilin Habili öldürməsini əks etdirən rəsm

Ölümün baş vermə anı

[redaktə | mənbəni redaktə et]

Ölümün baş vermə anı haqqında məsələ tibbi ədəbiyyatda mübahisəlidir. Müəlliflərin bir qisminin fikrincə, insanda ürək döyüntüsünün və tənəffüsün dayanması anından ölüm baş verir. Başqa qrup müəlliflərin fikrincə, ürəyin döyünməsini həyatın mövcudluğunu mütləq təsdiq edən dəlil hesab etmək olmaz, lakin beyində və mərkəzi əsəb sistemində üzvi dəyişikliyin baş verməsi hamılıqla mübahisəsiz həyatın sonu kimi qəbul edilir. Belə dəyişiklik gedənə qədər baş verən ölüm insanın klinik ölümü hesab edilir. Bununla yanaşı klinik ölüm baş verdikdən sonra da tənəffüsü və ürək döyüntüsünü bərpa etmək və insan həyatını geri qaytarmaq hallarına təsadüf edilir.

Bir qisim insanların ölümü vaxtından əvvəl (patoloji) — xəstəliklə, yaxud da zorakı hərəkətlərələ bağlı olur. Patoloji ölüm anlayışı həm də adam öldürməni (qəsdən, yaxud da ehtiyatsızlıqdan) əhatə edir. Beləliklə, ölümün zorakı xarakteri öldürmənin bir halıdır, lakin zorakılıqla bağlı baş verən ölüm həm də qanunauyğun xaraterdə ola bilər. Bu səbəbdən patoloji ölüm hallarının da bir-birindən fərqləndirilməsi zərurəti meydana gəlir. Qanunla yol verilən hallarda həyatdan məhrum etmədən, bədbəxt hadisə nəticəsində baş verən ölümdən, habelə özünü öldürməkdən fərqli olaraq, öldürmə halları Cinayət Məcəlləsinin Xüsusi hissəsində qeyri-hüquqi əməl kimi qeyd edilir və belə əməli törədənlər qanunla təqib olunur. Öldürmə hallarını qanuni həyatdan məhrum etmə və təqsirlə bağlı olmayan təsadüfi öldürmə hallarından fərqləndirmək üçün adam öldürmənin anlayışına "təqsirli həyatdan məhrum etmə" əlaməti daxil edilmişdir.

Nəhayət, adam öldürməni özünü öldürmədən fərqləndirmək üçün adam öldürmə anlayışına həm də “başqasını həyatdan məhrum etmə” əlaməti nəzərdə tutulmuşdur.

Yuxarıda qeyd edilənləri nəzərə almaqla, adam öldürməyə aşağıdakı məzmunda tərif vermək olar: Adam öldürmə başqasını qanunsuz olaraq, qəsdən və ya ehtiyatsızlıqdan həyatdan məhrum etmədə ifadə olunan ictimai təhlükəli əməldir.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

https://e-qanun.az/framework/52568