Elşən Əjdər oğlu Əjdərov (3 fevral 1973; Şahağac, Astara rayonu, Azərbaycan SSR – 27 yanvar 1994; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Birinci Qarabağ müharibəsi şəhidi.
Elşən Əjdərov | |
---|---|
Elşən Əjdər oğlu Əjdərov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Şahağac, Astara rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (20 yaşında) |
Vəfat yeri | Xocavənd rayonu, Azərbaycan |
Dəfn yeri | Bilinmir |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əjdər Əjdərov (1938–2020) |
Anası | Elmira Əjdərova |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 1992–1994 |
Rütbəsi | Əsgər |
Vəzifəsi | Tağım komandiri |
Döyüşlər | Birinci Qarabağ müharibəsi |
Elşən Əjdər oğlu Əjdərov 3 fevral 1973-cü ildə Astara rayonunun Şahağac kəndində anadan olub.[1] Əjdər kişi ilə Elmira ananın ailəsində səkkiz övladdan yeddincisi idi. Özündən böyük iki qardaşı keçmiş sovet ordusunda hərbi xidmət keçmişdilər. Elşən 1990-cı ildə Şahağac kənd 2 saylı tam orta məktəbini bitirib. Orta məktəb illərindən idmanla məşğul olurdu. Arzusu da Bədən Tərbiyə İnstitutunda ali təhsil almaq idi. Bakı şəhərində peşə təhsili alaraq fotoqraf peşəsinə yiyələnib.
7 avqust 1992-ci il tarixdə Astara hərbi komissarlığından elə Astara şəhərindəki hərbi hissəyə yola düşüb. 1993-cü il fevralın 8-də Beyləqana göndərildilər. 9 fevral tarixi ilk dəfə döyüşə girdiyi gün oldu. Beyləqan–Füzuli istiqamətində olan ərazini düşməndən müdafiə edən bu döyüşçülər mərdliklə döyüşürdülər. Neçə dəfələrlə döyüş zamanı düşmən mühasirəsinə düşmüşdülər. Döyüş yoldaşlarının çoxu tanıdığı rayon uşaqları idi. Mühasirədə olan 22 nəfərlik dəstəni xilas etməyə nail olmuşdu. Onun bu hərəkətini komandir məzuniyyətlə qiymətləndirmişdi. Son dəfəki döyüşü Xocavənd istiqamətindəki mövqelərin müdafiəsi uğrunda oldu. 1994-cü il yanvar ayının 27-i idi. Ermənilərdən Şişqaya yüksəkliyini azad edən döyüşçülər mövqelərdə durub, arxadan gələcək köməyi gözləyirdilər ki, yenə hücum edib, geri qaçan düşməni torpaqlarımızdan geriyə uzaqlaşdırsınlar. Belə bir məqamda geri çəkilən ermənilər təpədən dırnağadək silahlanmış halda əks hücuma keçdilər. Hər tərəfi bombalar yandırıb-yaxırdı. Elşəngil isə cəmi 24 nəfər idilər. Silahları tükənmiş, yorğun, ac-susuz, yuxusuz, döyüşdən yenicə çıxmış döyüşçülərin kələyini həm də şaxta, qar, yüksəkliyin soyuğu kəsmişdi. Bir tərəfdən də vertolyotlardan tökülən bombaların atəşi qarşısında nə edə bilərdilər ki? Son nəfəslərinə son güllələrinə qədər vuruşan 24 igidin sonu faciə ilə bitdi. Döyüş bitdikdən sonra 24 nəfərdən yalnız 2 nəfərin cəsədi qaytarıldı. 22 nəfər qoçaq, igid döyüşçünün sonu naməlum olaraq qaldı. Nə əsir, nə sağ, nə ölü olmaqları haqqında heç bir məlumat əldə olunmadı. Onlardan heç bir səs-soraq çıxmadı. Birinci Qarabağ müharibəsində 4000-ə yaxın itkin düşənlər siyahısında Elşən Əjdərovun da adı var. Doğulduğu Astara rayonu Şahağac kəndində yeni inşa olunan bulaq kompleksində Birinci Qarabağ müharibəsi şəhidi Elşən Əjdərovun xatirəsi əbədiləşdirilib. Yaşadığı Astara rayonunun Şahağac kəndində şəhidimizin adını əbədiləşdirilməsi üçün plakatı qoyulub.