Elazığ zəlzələsi (2020)

Elazığ zəlzələsi — Türkiyənin şərqindəki Elazığ ilində 6.7 bal gücündə bir dağıdıcı zəlzələ[2]. Zəlzələ 24 yanvar 2020-ci il tarixində yerli vaxtla 20:55-də baş verir. Zəlzələ hiposentri Sivricə şəhəri yaxınlığında 11,9 km dərinlikdə yerləşir. Zəlzələ qonşu Diyarbakır, Malatya, Adıyaman və Samsun illərində də hiss olunur. Müddəti təxminən 40 saniyə davam edir. Təkrar yeraltı təkanların gücü 5.4 ilə 3.3 arasında olur[3]. Zəlzələnin şiddəti Merkelli şkalası ilə VIII bal olaraq qiymətləndirilir.

Elazığ zəlzələsi
Tarix
Maqnituda 6,7
Hiposentrin dərinliyi 11,9
Episentrin yeri
  • 38°23′24″ şm. e. 39°04′52″ ş. u.HGYO
Əhatəsi Doğanyol
Ölənlər 41
Xəsarət alanlar
Afterşoklar 1077
Xəritədə yeri
Elazığ zəlzələsi xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yeraltı təkanlar İsrail, Suriya, İran, İraq, Livan, AlbaniyaGürcüstanda da hiss edilir[4].

Türkiyənin böyük bir hissəsi Ərəb plitəsi ilə Avrasiya plitəsi arasındakı toqquşma nəticəsində qərbə doğru itələnən Anadolu plitəsindədir. Bu qərbə doğru hərəkət iki böyük fay zonası ilə müşayiət olunur. Bu iki şat boyunca hərəkət tarixən bir çox böyük və dağıdıcı zəlzələlərin səbəbi olmuşdur. 2020-ci ilin yanvarında Şərqi Anadolu fayında meydana gələn ən böyük zəlzələlər 2003-cü il Bingöl zəlzələsi (6.4) və 2010-cu il Elazığ zəlzələsi (6.1) olmuşdur.

Zəlzələdən bir neçə gün sonra 1,8–5,4 bal gücündə 1077 yeraltı təkan qeydə alınmışdır. Bunlardan 13-ü 4,0 baldan yuxarı olmuşdur[5].

Başlanğıcda Elazığ ilində təxminən beş evin, Malatya ilinin Doğanyol ilçəsində başqa 25 evin çökdüyü bildirilir[6]. Zəlzələdən sonra minlərlə sakin yeraltı təkanlar və binaların çökməsi təhlükəsi üzündən gecəni küçədə keçirtməli olur[7].

Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün aparılan işlər nəticəsində 72 binanın dağıldığı, 514-ün ciddi ziyan gördüyü, 409-nun isə az miqdarda ziyan və ya orta dərəcədə zədələnmiş olduğu təsbit edilir[8].

13.346 binanın bütövlüyünün qiymətləndirilməsi aparılmışdır. Elazığ, Malatya, Diyarbakır, Adıyaman və Kahramanmaraşda bunlardan 378-i dağıdılmış, 3249-u ciddi, 214-ü orta və 4826-sı daha az ziyan görmüş, 4629 bina isə salamat qalmışdır[9].

Qurban və xəsarət alanlar

[redaktə | mənbəni redaktə et]

Hadisə zamanı Elazığ ilində təxminən 400 min insan yaşayırdı. 41 nəfər (Elazığda 37, Malatyada 4 də daxil olmaqla) ölmüş, 1607 nəfər yaralanmışdır (1523 yüngül xəsarətlə). Xilasedicilər 45 nəfəri dağıntılar altından çıxarmışlar.

  1. https://www.aa.com.tr/en/turkey/death-toll-from-earthquake-in-turkey-rises-to-41/1714960.
  2. "M 6.7 - 4km ENE of Doganyol, Turkey". 2020-01-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-13.
  3. "Мощное землетрясение в Турции: больше 20 погибших, десятки людей под завалами". BBC-nin rus bürosu. 2020-01-25. 2020-11-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  4. "Землетрясение в Израиле: волна подземных толчков дошла из Турции" (rus). Vesty. 2020-01-24. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  5. "SON DEPREMLER". deprem.afad.gov.tr. 2020-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-28.
  6. "Не менее 30 домов обрушились в результате землетрясения на востоке Турции". ТАСС. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  7. "Тысячи жителей Турции провели ночь на улице после землетрясения". ТАСС. 2020-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  8. "Elazığ'daki depremde 29 kişi hayatını kaybetti, 1466 kişi yaralandı". www.aa.com.tr. 2020-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-01-25.
  9. "Поисково-спасательные работы в Элязыге и Малатье завершены". 2020-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-13.