Elazığ zəlzələsi — Türkiyənin şərqindəki Elazığ ilində 6.7 bal gücündə bir dağıdıcı zəlzələ[2]. Zəlzələ 24 yanvar 2020-ci il tarixində yerli vaxtla 20:55-də baş verir. Zəlzələ hiposentri Sivricə şəhəri yaxınlığında 11,9 km dərinlikdə yerləşir. Zəlzələ qonşu Diyarbakır, Malatya, Adıyaman və Samsun illərində də hiss olunur. Müddəti təxminən 40 saniyə davam edir. Təkrar yeraltı təkanların gücü 5.4 ilə 3.3 arasında olur[3]. Zəlzələnin şiddəti Merkelli şkalası ilə VIII bal olaraq qiymətləndirilir.
Elazığ zəlzələsi | |
---|---|
Tarix | |
Maqnituda | 6,7 |
Hiposentrin dərinliyi | 11,9 |
Episentrin yeri | |
Əhatəsi | Doğanyol |
Ölənlər | 41 |
Xəsarət alanlar |
|
Afterşoklar | 1077 |
Xəritədə yeri | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Yeraltı təkanlar İsrail, Suriya, İran, İraq, Livan, Albaniya və Gürcüstanda da hiss edilir[4].
Türkiyənin böyük bir hissəsi Ərəb plitəsi ilə Avrasiya plitəsi arasındakı toqquşma nəticəsində qərbə doğru itələnən Anadolu plitəsindədir. Bu qərbə doğru hərəkət iki böyük fay zonası ilə müşayiət olunur. Bu iki şat boyunca hərəkət tarixən bir çox böyük və dağıdıcı zəlzələlərin səbəbi olmuşdur. 2020-ci ilin yanvarında Şərqi Anadolu fayında meydana gələn ən böyük zəlzələlər 2003-cü il Bingöl zəlzələsi (6.4) və 2010-cu il Elazığ zəlzələsi (6.1) olmuşdur.
Zəlzələdən bir neçə gün sonra 1,8–5,4 bal gücündə 1077 yeraltı təkan qeydə alınmışdır. Bunlardan 13-ü 4,0 baldan yuxarı olmuşdur[5].
Başlanğıcda Elazığ ilində təxminən beş evin, Malatya ilinin Doğanyol ilçəsində başqa 25 evin çökdüyü bildirilir[6]. Zəlzələdən sonra minlərlə sakin yeraltı təkanlar və binaların çökməsi təhlükəsi üzündən gecəni küçədə keçirtməli olur[7].
Zəlzələnin nəticələrini aradan qaldırmaq üçün aparılan işlər nəticəsində 72 binanın dağıldığı, 514-ün ciddi ziyan gördüyü, 409-nun isə az miqdarda ziyan və ya orta dərəcədə zədələnmiş olduğu təsbit edilir[8].
13.346 binanın bütövlüyünün qiymətləndirilməsi aparılmışdır. Elazığ, Malatya, Diyarbakır, Adıyaman və Kahramanmaraşda bunlardan 378-i dağıdılmış, 3249-u ciddi, 214-ü orta və 4826-sı daha az ziyan görmüş, 4629 bina isə salamat qalmışdır[9].
Hadisə zamanı Elazığ ilində təxminən 400 min insan yaşayırdı. 41 nəfər (Elazığda 37, Malatyada 4 də daxil olmaqla) ölmüş, 1607 nəfər yaralanmışdır (1523 yüngül xəsarətlə). Xilasedicilər 45 nəfəri dağıntılar altından çıxarmışlar.