Elman Lütvü oğlu Mehdiyev — Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sabiq sədri[1]
Elman Mehdiyev | |||||||
---|---|---|---|---|---|---|---|
Elman Lütvü oğlu Mehdiyev | |||||||
|
|||||||
Sələfi | Səlim Müslümov | ||||||
Şəxsi məlumatlar | |||||||
Doğum tarixi | |||||||
Təhsili | Azərbaycan Dövlət İqtisad İnstitutu(1993) | ||||||
|
|||||||
Təltifləri | "Dövlət qulluğunda fərqlənməyə görə" medalı |
Elman Mehdiyev 1971-ci ildə anadan olmuşdur. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutunu bitirmişdir. 1994-1996-cı illərdə Dövlət vergi xidməti orqanlarında çalışmışdır. 1996-2003-cü illərdə Azərbaycan Maliyyə Nazirliyində idarə rəisinin müavini vəzifəsində işləmişdir. 2003-cü ildən Azərbaycan Dövlət Sosial Müdafiə Fondunda şöbə müdiri vəzifəsində çalışmışdır. Azərbaycan Prezidenti İlham Əliyevin 10 iyul 2009-cu il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədrinin müavini təyin edilib və Fondun sədri təyin olunan müddətə kimi həmin vəzifədə çalışıb. 2013-cü ildə fondun sədri təyin edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 oktyabr 2007-ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilmişdir.[2]
Evlidir, 2 öladı var.