Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Respublikası Maliyyə Nazirliyi – Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanı.
Maliyyə Nazirliyi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan |
Yurisdiksiya | Azərbaycan Respublikası |
Yaradılma tarixi | 1918 |
Tabelik | Azərbaycan Prezidenti |
Baş qərargah | Bakı |
Ünvan | S.Vurğun küçəsi 135, AZ1022 |
Rəhbərlik | |
Nazir | Samir Şərifov |
Nazir müavini | Azər Bayramov |
Aparat rəhbəri | Cavanşir Yusifov |
|
|
Rəsmi saytı | maliyye.gov.az |
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan edilən zaman yaradılmışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyi Azərbaycan Respublikasında maliyyə siyasətini həyata keçirən və dövlət maliyyəsinin idarə olunmasını təşkil edən mərkəzi icra hakimiyyəti orqanıdır. Maliyyə Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 09 fevral tarixli 48 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə uyğun olaraq fəaliyyət göstərir.
SSRİ Maliyyə Nazirliyinin "Maliyyə orqanlarının işçiləri üçün qısamüddətli kursların və iqtisadi seminarların təşkili haqqında" 09 fevral 1968-ci il tarixli 36 saylı məktubuna uyğun olaraq, Azərbaycan SSR Maliyə Nazirliyinin 31 mart 1968-ci il tarixli A-13 saylı əmri ilə Azərbaycan SSR Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu yaradılmış və həmin dövrdən fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 30 sentyabr 1996-cı il tarixli 66 saylı əmri ilə "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Maliyyə sistemi işçilərinin daimi fəaliyyət göstərən təkmilləşdirmə kursu" "Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursu adlandırılmışdır".
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 iyun 2002-ci il tarixli 91 saylı qərarı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin İxtisasartırma Kursunun bazasında Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzi yaradılmışdır.
Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) Maliyyə Nazirliyinin 30 dekabr 1977-ci il № 716 əmrinə əsasən təşkil edilib və Respublika Dövlət müəssisəsi hesab edilir.1990-cı ilin yanvar ayından Maliyyə Nazirliyinin nəzdində tam təsərrüfat hesablı müəssisə kimi fəaliyyətə başlayıb.