Elman Yusifov

Elman Fərhad oğlu Yusifov (20 oktyabr 1959, Qaracallı, Qubadlı rayonu) — Azərbaycan alimi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru.

Elman Yusifov
Elman Fərhad oğlu Yusifov
Doğum tarixi 20 oktyabr 1959(1959-10-20) (65 yaş)
Doğum yeri
Elmi dərəcəsi
  • fizika-riyaziyyat elmləri namizədi[d]
İş yerləri
Təhsili

Elman Yusifov 20 oktyabr 1959-cu ildə Qubadlı rayonunun Qaracallı kəndində anadan olmuşdur. 1967-ci ildə Bakı şəhəri 172 №-li məktəbə daxil olmuşdur. 1978–1983-cü illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini elektronika ixtisası üzrə bitirmişdir, 1999–2001-ci illərdə Qərb Universitetinin İqtisadiyyat fakültəsində beynəlxalq iqtisadi münasibətlər üzrə magistr elmi dərəcəsi almışdır. 1983–1984-cü illərdə AMEA Fizika İnstitutunun Fiziki-Kimyəvi Biologiya Sektorunda akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq Proseslərinin Molekulyar Genetik Əsasları şöbəsində baş laborant vəzifəsində işləmişdir. 1984–1990-cı illərdə SSRİ EA Kristalloqrafiya İnstitutunda akademik B. Vaynşteynin rəhbərlik etdiyi Zülal Kristalloqrafiyası laboratoriyasında (Moskva) stajor-tədqiqatçı və əyani aspirant olmuşdur. 1990-cı ildə Azərbaycan EA Botanika İnstitutunda elmi işçi vəzifəsində işləmişdir. 2002-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mərkəzi Aparatının İşlər İdarəsinin rəisi, Mərkəzi Aparatın Elm Şöbəsinin rəisi, ET Meşəçilik İnstitutunun direktor müavini (II Dərəcə Dövlət Qulluqcusu ixtisas dərəcəsi) vəzifələrində işləmişdir. 2005-ci ildən Azərbaycan MEA Zoologiya İnstitutunda aparıcı elmi işçi, informasiya və patent qrupunun rəhbəri, İnformasiya və innovasiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. 2008–2010-cu illərdə "AzGerneft" müştərək müəssisəsində baş ekoloq vəzifəsində işləmişdir.

Ailəlidir, iki övladı var.

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

E. Yusifov 1990-cı ildə Kristalloqrafiya İnstitutunda (Moskva şəhəri) "Micrococcus Iysodeikticus bakteriyasından ayrılmış katalaza fermentinin 3A dəqiqliklə rentgen-struktur analizi" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 39 elmi, 50 — dən çox elmi-kütləvi məqalənin, 5 monoqrafiya, 3 kitab, 1 exoxəritə, 3 kitabça və 3 plakatın həmmüəllifidir. Fizika-riyaziyyat üzrə fəlsəfə doktorudur.Azərbaycanın Qırmızı Kitabının ikinci nəşrinin (Fauna) işçi qrupunun məsul katibi olmuşdur.

Elmi-pedaqoji fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Uzun müddət müxtəlif ali təhsil ocaqlarında Ekologiya, Azərbaycanın sosial-iqtisadi coğrafiyası, İnternet-iqtisadiyyat, Konfliktologiya və s. fənlərdən dərslər aparmışdır. Həmmüəllifi olduğu "Ekoloji Menecment" kitabının[1]E. Yusifov tərəfindən Azərbaycanın Bakı şəhərində yerləşən bütün ali məktəb tələbələri arasında təqdimatı keçirilmişdir.

Elmi-təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun, Heydər Əliyev Mərkəzinin Humanitar və Sosial Layihələr Departamentinin, Mədəniyyət və Turizm Nazirliyinin eksperti olmuşdur. "Ekostil-Azərbaycan" Təbiəti Mühafizə İctimai Birliyinin sədridir.

  • BP şirkətinin IV Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatı
  • V Respublika Bioloji Müxtəliflik müsabiqəsinin II mükafatı
  • VI Respublika Bioloji Müxtəliflik müsabiqəsinin birinci mükafatı

Yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Kitablar və monoqrafiyaları

[redaktə | mənbəni redaktə et]
  • Гаджиев В.Д., Юсифов Э.Ф. Флора и растительность Кызылагачского заповедника и их биоразнообразие[2]. Баку: "El-ALliance", 2003. 182 səh.
  • Təhməzov B., Yusifov E. F. Ətraf mühit, iqtisadiyyat, həyat[3]. Баку: "El-ALliance", 2004. 336 səh.
  • Yusifov E. F, Hacıyev V. C. Hirkan biosfer rezervatı[4]. Баку: "El-ALliance", 2004. 168 səh.
  • Yusifov E. F, İsayeva N. S., Əsgərov F. S. << Bioloji Müxtəliflik:Abşeron yarmadasının təbiət abiələri[5]>> Bakı, << Nurlar >> Nəşriyyat-Poliqrafiya Mərkəzi,2007,424 səh.
  • Yusifov E. F, Məmmədov Q., Xəlilov M., Kərimov V. "Azərbaycan: Ekoturizm potensialı[6][7]." 2 cilddə Bakı, Şərq-qərb, 2012, I cild səh. 359, II cild səh. 419
  • Yusifov E. F., Məmmədov V. "Ekoloji Menecment[8][9]" 2 cilddə Bakı-2014, I cild səh. 382, II cild səh. 426

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]
  • Crystallization and preliminary X-ray crystallographic data of a histide-binding protein from Escherichia coli Journal of molecularBiology (1989) 207.
  • Evolutionarily conserved tree-dimensional structure of catalas. The origin of life (The sixth ISSOL meeting and the ninth international conference). Prague, 1989.p.198
  • Heyvanlar aləminin universal deskriptorları. AMEA-nın xəbərləri, 2006, № 5–6.s.912–917
  • Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri və quru onurğalıları ilə zəngin sahələri. Bakı: Nurlar, 2008.
  • Azərbaycan:ekoturizm potensialı. 2 cilddə. Bakı: Şərq-qərb, 2012
  1. "Ekoloji menecment: II cild". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  2. ФЛОРА И РАСТИТЕЛЬНОСТЬ КЫЗЫЛАГАЧСКОГО ЗАПОВЕДНИКА И ИХ БИОРАЗНООБРАЗИЕ [ölü keçid]
  3. "AZƏRBAYCAN EKOLOGİYASI – 10 İLDƏ" (PDF). 2022-03-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-06-13.
  4. "Azərbaycan Ədəbiyyatının Virtual Kitabxanası". 2018-05-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  5. "Bioloji müxtəliflik: Abşeron yarımadasının təbiət abidələri". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  6. "Azərbaycan: ekoturizm potensialı: I cild=Azerbaijan: ecotourism potential: I volume". 2022-07-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13. (#missing_pipe)
  7. "Azərbaycan: ekoturizm potensialı: II cild=Azerbaijan: ecotourism potential: II volume". 2018-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13. (#missing_pipe)
  8. "Ekoloji menecment: II cild". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.
  9. "Ekoloji menecment: I cild". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-06-13.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]