Elmir Tofiq oğlu Vəlizadə (25 dekabr 1964, Mingəçevir) — Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri (2021-ci ildən), Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin sabiq müavini, 2-ci dərəcə dövlət müşaviri.
Elmir Vəlizadə | |
---|---|
2 fevral 2018 – 14 iyun 2021 | |
Nazir | Ramin Quluzadə Rəşad Nəbiyev |
7 mart 2014 – 13 fevral 2017 | |
Nazir | Əli Abbasov Ramin Quluzadə |
26 dekabr 2007 – 7 mart 2014 | |
Nazir | Əli Abbasov |
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri | |
19 iyul 2005 – 26 dekabr 2007 | |
Prezident | İlham Əliyev |
12 aprel 1998 – 19 iyul 2005 | |
Prezident | Heydər Əliyev İlham Əliyev |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 25 dekabr 1964 (59 yaş) |
Doğum yeri | |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Elmir Tofiq oğlu Vəlizadə 25 dekabr 1964-cü ildə Mingəçevir şəhərində anadan olmuşdur. Əslən şuşalıdır. 1982-ci ildə Avtomatlaşdırılmış İdarəetmə Sistemləri ixtisası üzrə Azərbaycan Neft və Kimya İnstitutuna (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) daxil olmuşdur. 1983–1985-ci illərdə ordu sıralarında hərbi xidmətdə olmuşdur.[1]
Hərbi xidmətdən sonra təhsilini davam etdirmiş və 1989-cu ildə həmin ali məktəbi bitirib mühəndis-sistem texniki ixtisasına yiyələnmişdir. Təhsildə fərqləndiyinə görə təyinatla institutun Hesablama Mərkəzində mühəndis vəzifəsində işə başlamışdır. 1989–1991-ci illərdə orada çalışmaqla yanaşı institutun Hesablama maşınları və proqramlaşdırma kafedrasında pedaqoji fəaliyyət göstərmişdir. Süni intellekt və ekspert sistemləri mövzusu üzrə elmi tədqiqatlarla məşğul olmuşdur, bir neçə elmi məqalələrin və metodiki vəsaitin müəllifidir.[2]
Elmir Vəlizadə 1991-ci ilin aprel ayından Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının EHM və çoxaltma texnikası sektorunda birinci dərəcəli mütəxəssis kimi əmək fəaliyyətinə başlamışdır. 1992–1998-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində və Prezidentin İcra Aparatında müxtəlif vəzifələrində çalışmışdır.[3]
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 12 aprel 1998-də Azərbaycan Respublikası Prezidenti İcra Aparatının İnformasiya resursları və texnologiyaları mərkəzinin rəhbəri[4], 19 iyul 2005-ci ildə isə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinin müdiri təyin edilmişdir.[5]
26 dekabr 2007-ci ildə bu vəzifədən azad edilərək Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini təyin edilmişdir.[6] 2014-cü ildə rabitə və yüksək texnologiyalar nazirinin müavini, 2 fevral 2018-ci ildə isə nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini vəzifəsinə təyin olunmuşdur.[7]
Elmir Vəlizadə 2021-ci ilin sentyabr ayından Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsində rəqəmsal media ilə iş sektorunun müdiri vəzifəsində çalışır.[8]
Azərbaycan Respublikasının Prezidentinin 22 iyun 2015-ci tarixli Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.[9]
Rus və ingilis dillərini bilir.
Ailəlidir, 1 övladı var.