Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsiAzərbaycan PrezidentininPrezident Administrasiyasının fəaliyyətinin maddi-texniki və maliyyə təminatı ilə məşğul olur. İşlər İdarəsi Administrasiyanın tərkibinə daxil deyil.[1][2] Azərbaycanın dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqandır.[3]

Prezidentin İşlər İdarəsi
  • Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi
(ARPİİ)
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 25 noyabr 1991
Tabelik Azərbaycan Prezidenti
Rəhbərlik
Prezidentin İşlər müdiri Ramin Quluzadə

Tabeliyində olan orqan Azərbaycan Nəşriyyatı, İctimai-Siyasi Sənədlər Arxivi, Azərsuvenir və s.

2021-ci ildən Prezidentin İşlər müdiri Ramin Quluzadədir.[4][5]

Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 17 sentyabr tarixli Fərmanına əsasən çap mediası subyektinin təsisçisi ola bilən 10 dövlət orqanından biridir.[6]

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinə tabe olan təşkilatlar:

Təsisçisi olduğu qəzetlərin siyahısı:

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin «Azərsuvenir» (Azərbaycan Suvenirləri) Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 iyul 2012-ci il tarixli 155 saylı Qərarı ilə Azərbaycan «Zərgərsənaye» İstehsalat Birliyinin bazasında yaradılmışdır. Müəssisənin əsas fəaliyəti dövlət orden və medallarının, müxtəlif yubiley və xatirə medallarının, döş nişanlarının, dünya dövlətlərinin bayraqlarının, Azərbaycan milli naxış və ornamentləri ilə bəzədilmiş yüksək əyarlı hədiyyəlik gümüş məmulatlarının və digər milli suvenirlərin istehsalından ibarətdir. Bütün məhsullar «Azərsuvenir» MMC-nin istehsalı olan futlyarlarla fərdi qaydada qablaşdırılır. Yuxarıda qeyd olunan məhsulların müasir tələblərə cavab verən yüksək keyfiyyətli istehsalatını təmin etmək məqsədi ilə, müəssisədə yeni istehsalat sahələri yaradılmış müasir avadanlıqlar və yüksək texnoloqiyalar tətbiq edilmişdir. Bütün məmulatların istehsalı «Azərsuvenir» MMC-də fəaliyyət göstərən, yüksək peşəkarlardan ibarət bədii-texniki şuranın nəzarəti altında icra olunur.[16]

İctimai-Siyasi Sənədlər Arxivi

[redaktə | mənbəni redaktə et]

Arxivdə Qafqazda, xüsusilə Bakıda 1898–1914 illərdə sosial-demokratik hərəkat, 1905–1907 illər rus inqilabı Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının Bakı Komitəsi", "Hümmət" və "Ədalət" partiyaları, 1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq xalqlarının I qurultayı, eləcə də İran, Türkiyə, Əfqanıstanda o dövrdə baş vermiş siyasi hadisələr haqqında zəngin materiallar qorunur. Onların arasında 20 əsrin əvvəllərində Bakıda gizli inqilabi fəaliyyət göstərmiş Lado Ketsxoveli, İosif Stalin, Serqo Orconikidze, Məşədi Əzizbəyov, İvan Fioletov, Məhəmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov, Sultanməcid Əfəndiyev və başqalarının həyat və fəaliyyətinə aid çoxsaylı sənəd və materiallar var.

Arxivdə Azərbaycan Kommunist Partiyasının yaranmasından onun ləğvinə qədərki fəaliyyəti dövründə keçirdiyi qurultay, konfrans və partiya fəalları yığıncaqlarının, Mərkəzi Komitə plenumlarının, büro və katibliyin iclaslarının stenoqrafik hesabatları, protokolları, qərarları və s. sənədlər mühafizə olunur. Həmçinin arxivdə Azərbaycan Kommunist Partiyası vilayət, şəhər və rayon komitələrinin, iri partiya təşkilatlarının plenum, fəallar yığıncağı və büro və iclaslarının protokolları, qərarları, yazışmaları və başqa sənədlər saxlanılır.

1969-cu ildən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə başçılıq etmiş Heydər Əliyevin fəaliyyəti dövrünə aid arxivdə qorunan sənədlər xüsusi əhəmiyyət kəsb edir. Bu sənədlər Heydər Əliyevin Azərbaycanın inkişafında, qabaqcıl respublikalardan birinə çevrilməsində xidməti fəaliyyətini, onun milli mədəniyyətə, elmə, təhsilə göstərdiyi diqqəti, bütün respublika ərazisində görülən abadlıq və quruculuq işlərinə qayğısını əks etdirir. Onun təşəbbüsü ilə yeni və çoxsaylı inzibati binaların, sənaye, mədəniyyət, elm, səhiyyə, idman təhsil obyektlərinin yaradılması, yaşayış massivlərinin salınması barədə verilmiş partiya qərarları, sərəncamlar və digər materiallar arxivin qiymətli sənədlərindəndir. Arxivdə Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə aid dəyərli materiallar arasında Cümhuriyyət parlamentinin iclas protokolları, "Müsavat" partiyasının proqramı, müstəqil Azərbaycanın ilk qəzetinin (" Azərbaycan") nəşri ilə bağlı sənəd, Azərbaycandan xaricdə nəşr olunan qəzetlər haqqında məlumatlar və s. var. Arxivdə 30-cu illərin repressiyası və repressiyaya məruz qalan adamlar barədə xeyli material da qorunur. Arxiv Azərbaycanın ictimai-siyasi, iqtisadi-mədəni həyatının müxtəlif sahələrinin tədqiqatçıları üçün geniş sənəd bazasına malikdir.[17]

Arxivdə 1887–1991-ci illərə aid 4834 fond üzrə 1119972 iş saxlanılır.

1991-ci ilin axırlarında Azərbaycan Kommunist Partiyasının ləğvi ilə əlaqadar olaraq, 1928-ci ilin sonundan fəaliyyət göstərən Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Partiya Tarixi İnstitutunun (son adı Azərbaycan KP MK-nın Tarixi-Siyasi Tədqiqat İnstitutu) Partiya Arxivi və İnstitutun əsaslı kitabxanası Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Baş Arxiv İdarəsinin sərəncamına verilmişdir. Ləğv olunmuş Partiya Tarixi İnstitutu Partiya Arxivində mühafizə olunan sənədlərin tarix üçün əhəmiyyətini nəzərə alaraq, habelə respublikada gələcəkdə yaranacaq siyasi partiyalar və ictimai hərəkat təşkilatlarının sənədlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 1991-ci il dekabr ayının 18-də Azərbaycan Respublikası Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Mərkəzi Arxivini yaratmaq haqqında qərar qəbul etmişdir. 1994-cü ildən Dövlət Siyasi Partiyalar və İctimai Hərəkatlar Arxivi adlanıb.

1991-ci ildən etibarən arxiv Azərbaycan Respublikası Nazirlər Kabineti yanında baş Arxiv İdarəsinin tabeliyinə verilmiş və bu tabelik 2007-ci ilin iyun ayınadək davam etmişdir. 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində fəaliyyət göstərir.

2009-cu ilin iyulunda Azərbaycan Prezidenti tərəfindən arxivin adı dəyişdirilərək «Siyasi Sənədlər Arxivi» adlandırılmağa başlandı.

Bu sənədlər təkcə Azərbaycanda deyil, o cümlədən, Qafqazda Yaxın Şərqdə milli azadlıq hərəkatlarını, sinfi mübarizə tarixini, eləcə də Azərbaycanın 19-cu əsrin ikinci yarısından 1991-ci ilə qədərki ictimai, siyasi, iqtisadi və mədəni həyatın əks etdirir.

  1. "ADMİNİSTRASİYA » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-08-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  2. "Prezident Administrasiyası hansı işləri görür?". Oxu.Az (az.). 2019-11-01. 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  3. ""Prezident Administrasiyası ləğv edilə bilməz" –Ekspert şərhi » Ovqat.com". Ovqat.com. 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  4. "R.N.Quluzadənin Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2023-12-18.
  5. "Sabiq nazir PA-da mühüm sahəyə rəhbərlik edəcək". www.musavat.com. İstifadə tarixi: 2023-12-18.
  6. "Çap mediası subyektinin təsisçisi ola bilən dövlət orqanlarının (qurumlarının) Siyahısı". Azərtac. 2022-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-14.
  7. "Bakıda ABŞ Prezidenti üçün inşa edilmiş bina". Bakuplus.az (az.). 2022-12-24. İstifadə tarixi: 2024-06-22.
  8. 1 2 "Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2009-cu il tarixli 404 №-li sərəncamı". e-qanun.az (ingilis). 2022-12-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  9. "Prezidentin İşlər İdarəsinə hansı əmlaklar daxildir? - Siyahı". Axar.Az (az.). 2021-01-26. 2024-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-03.
  10. "Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli 2645 №-li sərəncamı". e-qanun.az (az.). 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  11. "Prezidentin dincəlməkliyi..." www.azadliq.org. 2019-09-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-22.
  12. "Prezidentin İşlər İdarəsinə tabe olan bu mühüm qurumda DƏYİŞİKLİK". manset.az (ingilis). 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  13. "Prezidentin İşlər İdarəsinin müəssisəsi ₼30 milyona yaxın xalis mənfəət əldə edib" (ingilis). 2023-07-11. 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  14. "Azərbaycan Prezidenti İlham Əliyev Prezidentin İşlər İdarəsinin kitabxanasında olmuşdur". 2006-06-27.
  15. ""Azərbaycan mənim ürəyimdir..."". Xalqqazeti.az (az.). 2023-12-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-18.
  16. "Azərsuvenir MMC – Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi". Azərsuvenir MMC – Azərbaycan Respublikası Prezidentinin işlər idarəsi (az.). 2023-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-12-13.
  17. "Azərbaycan Milli Ensiklopediyası" (PDF). 2016-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-07-17.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]